partlamağa başladı. Tank elə yanırdı ki, bütün düz
işıqlanmışdı. İraqlıların ürəyinə böyük qorxu və təşviş
düşdü, keşikçilərin əksəri hara gəldi atəş açırdı.
İbrahimgilə çatanda onlar da işlərini bitirmişdilər.
Birlikdə dağa doğru yola düşdük. İbrahim dedi ki, səhərə
qədər vaxtımız çoxdur, silahımız və partlayıcı
maddələrimiz də var. Gəlin pusqu qurub düşməni daha
çox qorxudaq.
Hələ İbrahimin sözləri bitməmiş torpaq yoldan başqa
bir gurultu qopdu. Bir düşmən avtomobili minaya düşüb