İki qardaş kimi
Əli Sadiqi
Şəhid Şahbazinin yas məclisində iştirak etmək üçün
sərhəd şəhərlərindən birinə yollandıq. Oranın adət-
ənənəsinə uyğun olaraq, yas məclisi səhərdən günortaya
qədər keçirilirdi.
Günorta qonaqlara aftafa-ləyən gətirdilər. Əllərini
yuyandan sonra nahar yeməyi yeyəcəkdilər və bununla
məclis bitəcəkdi.
İçəri girəndə gördüm ki, Cavad məclisin başında oturub,
İbrahim də yanında. Mən də gedib İbrahimin yanında
oturdum.
İbrahimlə Cavad iki qardaş kimi çox səmimi dost idilər.
Onların zarafatları da maraqlı idi.
Məclisin sonunda şəhidin yaxınlarından ikisi su gətirdi.
Onlar birinci Cavada yaxınlaşdılar.
Cavad bu mərasim barədə bir şey bilmirdi. İbrahim
onun qulağına nəsə pıçıldadı. Cavad təəccüblə ucadan
soruşdu: "Ciddi deyirsən?" İbrahim astadan dedi: "Yavaş!"
Sonra İbrahim üzünü mənə tutub çox ürəkdən, amma
səssiz güldü. Mən dedim: "Nə olub, İbrahim? Ayıbdır,
gülmə".
- Cavada dedim ki, aftafa ilə başını yumalısan.
Bir neçə saniyədən sonra elə də oldu. Cavad əllərini
yuyandan sonra başını suyun altına tutdu. Üz-başından su
axa-axa təəccüblə ətrafına baxırdı.
Dedim: "Nə etdin, Cavad?! Bura hamamdır?!"
Sonra çəfiyəmi verdim, başını quruladı.
***
İbrahim, Cavad və Rza Qudini bir neçə günlük
kəşfiyyatdan qayıdırdılar. Sağ olduqlarını bilib çox
138
sevindik və onları qarşılamaq üçün Şəhid Əndərzqu
qərargahının önünə toplaşdıq. Bir neçə dəqiqədən sonra
maşınla gəldilər. İbrahimlə Rza düşdü. Uşaqlar sevincək
onlara yaxınlaşdılar, görüşüb-öpüşdülər.
Uşaqların biri soruşdu: "Ağa İbrahim, Cavad
haradadır?"
Bir anlığa hamı sakit oldu. İbrahim də bir qədər
dayandı, sonra kədərlə "Cavad..." - deyib maşının arxasına
baxdı.
Orada bir nəfər uzanmışdı, üstünə ədyal sərmişdilər.
Bütün uşaqları sükut bürüdü.
İbrahim yenə dilləndi: "Cavad... Cavad...” Birdən
gözlərindən yaş axdı. Uşaqların bir neçəsi ağlamağa
başladı: "Cavad! Cavad!" Sonra maşının arxasına keçdilər.
Hamının ağladığı yerdə birdən Cavad yuxudan oyanıb
oturdu və dedi: "Nədi? Nə olub?" O, mat-məəttəl ətrafına
baxırdı.
Gözüyaşlı uşaqlar hirslə İbrahimi axtarmağa başladılar.
O isə artıq içəri girmişdi.
|