Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə59/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   55   56   57   58   59   60   61   62   ...   86
Salam-olsun-İbrahimə-1

Tərbiyə üsulu 
Cavad Məclisirad, Mehdi Həsən Qumi 
Bizim evimiz ağa İbrahimgilə yaxın idi. O vaxt mənim 
16  yaşım  vardı.  Hər  gün  küçədə  uşaqlarla  voleybol 
oynayır, sonra da damda quş uçururduq. 
O  vaxt  təxminən  170  göyərçinim  var  idi.  Azan 
veriləndə qardaşım məscidə gedirdi. Mənsə məscid adamı 
deyildim. 
Axşamüstü idi və biz yenə voleybol oynayırdıq. İbrahim 
evlərinin  önündə  əsa  ilə  dayanıb  bizə  baxırdı.  Oyun 
zamanı  top  onun  yanına  düşdü.  Mən  topu  götürməyə 
gedəndə o götürdü və baş barmağı üzərində gözəl şəkildə 
fırladıb dedi: "Buyurun, ağa Cavad". 
Adımı  bilməsinə  çox  təəccübləndim.  Oyunun  sonuna 
qədər  bir  gözüm  onda  idi.  Fikirləşirdim  ki,  mənim  adımı 
haradan bilir. 
Bir neçə gündən sonra yenə oynayanda yaxınlaşıb dedi: 
"Dostlar, məni də oyuna alırsınız?" 
- Əlbəttə. Siz voleybol da oynayırsınız? 
– Bilməsəm də sizdən öyrənərəm. 
Əsanı kənara qoyub axsaya-axsaya oynamağa başladı. 
Mən  o  vaxta  qədər  elə  yaxşı  oyunçu  görməmişdim.  O 
hələ  yaralı  idi  və  yerindən  tərpənmirdi.  Topa  çox  güclü 
zərbə vurur, servisləri də çox yaxşı götürürdü. 
Axşam  qardaşıma  dedim:  "Ağa  İbrahimi  tanıyırsan? 
Yaxşı voleybol oynayır". 
Qardaşım  gülüb  dedi:  "İbrahim  məktəblər  arasında 
voleybol çempionu olub. Həm də güləş üzrə çempiondur". 
Təəccüblə  dedim:  "Doğru  deyirsən?!  Bəs  nə  üçün  bizə 
heç nə demədi?" 
- Bilmirəm. Ancaq bil ki, o, çox böyük adamdır. 


 
 
161 
Bir  neçə  gündən  sonra  biz  voleybol  oynayanda  yenə 
gəldi.  Hamı  onu  öz  komandasına  istəyirdi.  Yenə  oynadıq 
və çox gözəl oyun göstərdi. 
Oyunun  ortasında  məsciddə  günorta  azanı  başladı. 
İbrahim  topu  saxlayıb  dedi:  "Uşaqlar,  birlikdə  məscidə 
gedəkmi?" 
Dedik: "Gedək". 
Sonra birlikdə camaat namazına getdik. 
Bir  neçə  gün  ötdü.  Ağa  İbrahimi  çox  istəyir,  ona  görə 
məscidə gedirdim. Bir dəfə bizi nahar yeməyinə dəvət etdi 
və  birlikdə  çox  söhbətləşdik.  Ondan  sonra  hər  gün  ağa 
İbrahimi  axtarırdım.  Onu  bir  gün  görməyəndə  darıxır, 
həqiqətən  narahat  olurdum.  Bir  dəfə  onunla  zorxana 
idmanına getdik. Onun əxlaq və rəftarını çox sevirdim. O, 
sevgi və dostluqla bizi namaza və məscidə aparırdı. 
Yaralı dövrünün sonları idi. Cəbhəyə qayıtmaq istəyirdi. 
Bir  axşam  küçədə  oturanda  mənə  Fəthülmübin 
əməliyyatındakı  13-14  yaşlı  uşaqlardan  danışdı  və  bir 
cümlə  ilə  sözünü  dedi:  "Onlar  yaş  və  bədən  baxımından 
səndən  kiçik  olsalar  da,  Allaha  təvəkkül  edib  böyük 
qəhrəmanlıqlar  yaradırlar.  Sən  də  burada  oturub  gözünü 
göyə dikmisən ki, görüm göyərçinlər nə edirlər". 
Ertəsi  gün  bütün  göyərçinləri  başqasına  verib  cəbhəyə 
yollandım. 
O  hadisədən  illər  ötür.  İndi  təhsil  məsələləri  üzrə 
ekspertəm  və  başa  düşürəm  ki,  İbrahim  öz  tərbiyə  işini 
necə  düzgün  və  dəqiq  görürmüş.  O,  çox  gözəl  şəkildə 
yaxşı  işlərə  dəvət  edir,  pis  işlərdən  çəkindirirdi.  Onun 
gözəl rəftarı tərbiyə iddiaçılarına örnək idi; özü də elə bir 
zamanda ki, tərbiyə üsulları haqda heç bir söhbət getmirdi. 
*** 


 
 
162 
Şəbanın on beşi idi. İbrahimlə küçəyə girdik. Küçə çox 
gözəl  bəzədilmişdi.  Məhəllə  uşaqları  küçənin  sonunda 
toplaşmışdılar.  Onlara  yaxınlaşanda  kart  oynadıqlarını 
gördük. 
İbrahim  çox  hirslənsə  də,  heç  nə  demədi.  Mən 
yaxınlaşıb ağa İbrahimi təqdim etdim. 
–  O,  mənim  dostlarımdan,  voleybol  və  güləş 
çempionudur. 
Uşaqlar İbrahimlə salamlaşıb hal-əhval tutdular. 
Sonra heç kim duymadan İbrahim mənə pul verib dedi: 
"Tez on ədəd dondurma al, gəl". 
Həmin  axşam  İbrahim  bir  qədər  dondurma  ilə,  habelə 
deyib-gülməklə  bizim  məhəllə  uşaqlarımızla  dostlaşdı. 
Sonda da kartın haram olmasından danışdı. 
Biz  küçədən  çıxanda  artıq  bütün  kartlar  cırılıb  kanala 
tökülmüşdü. 


 
 
163 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin