Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə61/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   57   58   59   60   61   62   63   64   ...   86
Salam-olsun-İbrahimə-1

İlan hadisəsi 
Mehdi Əmizadə 
Axşam  saat  10  idi.  Küçədə  futbol  oynayırdıq.  Ağa 
İbrahimin  adını  məhəllə  uşaqlarından  eşitmişdim,  amma 
onunla ünsiyyətim olmamışdı. 
Oyun  əsnasında  küçənin  başından  bir  nəfərin  əsa  ilə 
gəldiyini  gördüm.  Uzun  saqqalından  və  axsaq  ayağından 
bildim ki, odur. 
Kənarda dayanıb oyunumuza tamaşa etdi. Uşaqların biri 
soruşdu: "Ağa İbrahim, oynayırsan?" 
–  Bu  ayaqla  oynaya  bilmərəm,  amma  istəsəniz,  qapıda 
dayanaram. 
Mənim  oyunum  çox  yaxşı  idi,  lakin  nə  qədər  etdimsə, 
ona qol vura bilmədim. Peşəkar qapıçılar kimi oynayırdı. 
Yarım  saatdan  sonra  topu  ayağının  altında  saxlayıb 
dedi: "Uşaqlar, sizcə, gec deyil?! Camaat yatmaq istəyir". 
Topu  və  qapıları  yığışdırıb  onun  yanında  oturduq. 
Uşaqlar  dedilər:  "Mümkünsə,  bizə  cəbhə  xatirələrindən 
danış". 
Orada eşitdiyim xatirə heç vaxt yadımdan çıxmaz. 
-  Qərb  bölgəsində  Cavad  Əfrasiyabi  ilə  kəşfiyyata 
getmişdik.  Gecənin  yarısı  idi.  Düşmən  səngərlərinin 
yaxınlığında  gizlənmişdik.  Hava  işıqlaşanda  düşmən 
mövqelərinə  dair  məlumatlarımızı  tamamlamağa  çalışdıq. 
İşimizi görən yerdə birdən çox böyük bir ilanın düz bizim 
gizləndiyimiz  yerə  gəldiyini  gördüm.  O  vaxta  qədər  elə 
böyük  ilan  görməmişdim.  Yerimizdə  donub  qaldıq. 
Əlimizdən bir şey gəlmirdi. 
Atəş açsaydıq, iraqlılar bilər, qaçsaydıq, görərdilər. İlan 
da sürətlə yaxınlaşırdı. Fikirləşməyə macal yox idi. 


 
 
168 
Boğazım qurudu. Qorxu içində yerə oturdum, gözlərimi 
bağlayıb  "Bismillah”  dedim  və  Allahı  həzrət  Fatimeyi-
Zəhraya (ə) and verdim. 
Zaman  ağır  keçirdi.  Bir  neçə  saniyədən  sonra  Cavad 
qoluma  vuranda  gözlərimi  açdım.  İlan  bizim  yanımıza 
qədər gəlmiş, sonra yolunu dəyişmişdi. 
Həmin axşam  ağa  İbrahim bizə bir neçə gülməli xatirə 
də danışdı və biz çox güldük. Sonra dedi: "Çalışın camaat 
yatmaq istəyəndə oynamayın". 
Ondan  sonra  hər  gün  ağa  İbrahimi  axtarırdım.  Sübh 
namazına  məscidə  getdiyini  biləndən  sonra  mən  də  ona 
görə məscidə getməyə başladım. 
Ağa İbrahimin mənə və digər məhəllə uşaqlarına təsiri o 
qədər  böyük  idi  ki,  namazı  da  onun  kimi  astadan  və 
diqqətlə qılırdıq. 
Bir  müddətdən  sonra  cəbhəyə  getdi.  Biz  də  dayana 
bilməyib onun ardınca cəbhəyə yollandıq. 


 
 
169 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin