186
Yuxarıda düşmən səngərləri aydın görünürdü. Mənim
vəzifəm çatan kimi onları vurmaq idi.
Bir anlıq ətrafa baxdım. Təpənin yamacında hər iki
tərəfdən zirvəyə doğru səngərlər qalxırdı. İraqlılar bizim o
dərədən keçəcəyimizi yaxşı bilirmişlər. Boğazım qurudu.
Ehtiyatla yeriyirdim ki, heç bir səs gəlməsin. Digərləri də
mənim kimi həyəcanlı idilər.
Hələ təpənin başına çatmamış birdən başımızın üstünə
bir fişəng atıldı, sonra da üç tərəfdən atəş yağmağa
başladı. Hamımız yerə yapışdıq. Düşmənin hədəfində idik,
dayanmadan üstümüzə bomba və güllə yağırdı. Yaralı
uşaqların qışqırtısı hər tərəfi bürüdü.
O qaranlıqda heç bir iş görə bilmirdik. Ürəyim istəyirdi
ki, yer yarılıb məni gizlətsin. Ölümü gözlərimlə görürdüm.
Bu vəziyyətdə bir nəfər sürünə-sürünə yaxınlaşıb
ayağımdan tutdu.
Başımı azca qaldırıb arxaya baxanda gözlərimə
inanmadım; İbrahim idi.
Birdən dedi: "Sənsən?!” Sonra RPG minomyotunu
məndən alıb
irəli keçdi, "Allahu-Əkbər" deyib raketi atdı.
Önümüzdən ən güclü atəş açan səngər məhv edildi.
İbrahim yerindən qalxıb qışqırdı: "Ey Əli tərəfdarları!
Qalxın! Mövla bizim arxamızdadır!"
Uşaqlar ruhlandılar. Mən də qışqırdım: "Allahu-Əkbər!"
Digərləri də ayağa qalxdılar. Hamı atəş açırdı. Təxminən
bütün düşmənlər qaçdılar. Bir neçə saniyədən sonra isə
İbrahim təpənin başında dayanmışdı.
İraqlıların mühüm saydıqları təpəni çox sürətlə ələ
keçirdik. Bəzi düşmən qüvvələri əsir alındı. Uşaqların
qalanı yola davam etdilər.