Təkbaşına voleybol
Şəhidin dostları
İbrahimin güclü qolları hələ doqquzuncu sinifdən onun
bir çox idmanlarda mahir olduğunu göstərdi. O, idman
saatlarında həmişə voleybol oynayardı. Heç kim ona bata
bilmirdi.
Bir dəfə təkbaşına altınəfərlik bir komandaya qarşı
oynadı. Ona topa üç zərbə vurmaq icazəsi verilmişdi.
Bizim hamımız, o cümlədən idman müəllimi onun necə
qələbə çaldığını gördük. Ondan sonra İbrahim çox vaxt
voleybolu təkbaşına oynayırdı.
Tətil günlərində çox zaman 17 Şəhrivər xiyabanındakı
yanğınsöndürmə məntəqəsinin arxasında oynayırdıq.
Çoxlu iddialılar gəlir, amma İbrahimə uduzurdular.
İbrahimin ən yaxşı voleybol xatirəsi müharibə dövrünə
və Gilanqərb şəhərinə aiddir. Orada bir voleybol
meydançası var idi.
Bir gün döyüş zonalarına baş çəkmək üçün Gilanqərbə
bir neçə mikroavtobus adam gəldi. Onlara Bədən
Tərbiyəsi Komitəsinin sədri ağa Davudi başçılıq edirdi. O,
liseydə İbrahimin idman müəllimi olmuşdu və onu yaxşı
tanıyırdı.
Ağa Davudi İbrahimə bir qədər idman aləti verib dedi
ki, məsləhət bildiyiniz şəkildə istifadə edin. Sonra əlavə
etdi: "Bizim dostlarımız müxtəlif idman sahələrindəndirlər
və buranı ziyarətə gəliblər".
İbrahim idmançılarla söhbət etdi, onlara şəhərin
müxtəlif
yerlərini
göstərdi.
Nəhayət,
voleybol
meydançasına çatdıq.
23
Ağa Davudi dedi: "Tehranın voleybol komandasının
uşaqlarından bir neçəsi bizimlə gəlib. Bir yarışa nə
deyirsiniz?"
Günorta saat 3-də yarış başlandı. Bir tərəfdə üçü
peşəkar voleybolçu olan beşnəfərlik bir komanda yarışırdı,
digər tərəfdə də İbrahim təkbaşına. Çoxlu tamaşaçı vardı.
İbrahim adəti üzrə ayaqyalın, şalvarının balağını
qatlamış halda və alt köynəklə oyuna çıxdı. Elə yaxşı
oynadı ki, hamı mat qaldı.
Həmin oyun 10 qol fərqi ilə İbrahimin xeyrinə bitdi.
Sonra idmançılar İbrahimlə şəkil çəkdirdilər.
Onlar sadə bir döyüşçünün peşəkar idmançılar kimi
oynamasına inanmırdılar.
Bir dəfə Dokuhə qarnizonunda döyüşçülərə İbrahimin
voleybol oynamasından danışdım. Uşaqların biri gedib
voleybol topu gətirdi, sonra da iki komanda yığıb İbrahimi
səslədi.
İbrahim oynamaq istəmirdi, lakin biz israr edəndən
sonra dedi: "Onda mən tək oynayacağam".
Oyundan sonra komandirlərin bir neçəsi dedi: “İndiyə
qədər bu qədər gülməmişdik. İbrahim hər dəfə zərbə
vuranda bir neçə nəfər topa qaçıb bir-birinə dəyir və
yıxılırdılar”.
Sonda İbrahim böyük fərqlə qalib gəldi.
|