Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə76/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   72   73   74   75   76   77   78   79   ...   86
Salam-olsun-İbrahimə-1

Əsirlik 
Əmir Məncər 
İbrahimin itkin düşməsindən bir həftə ötdü. Günortadan 
qabaq  məscidə  gəldim.  Cəfər  Cəngru  da  orada  idi.  Çox 
narahat və kədərli idi. Heç kim bu xəbərə inanmırdı. 
Mustafa da gəldi və İbrahim haqda danışmağa başladıq. 
Birdən  Məhəmməd  ağa  Təraşkar  yaxınlaşıb  hər  şeydən 
xəbərsiz halda dedi: "Uşaqlar, siz İbrahim Hadi adlı birini 
tanıyırsınız?" 
Hamımız  susub  təəccüblə  bir-birimizə  baxdıq.  Sonra 
yaxınlaşıb soruşduq: "Nə olub?" 
Yazıq çox qorxdu. 
–  Heç  nə.  Mənim  qaynım  bir  neçə  aydır  itkin  düşüb. 
Mən  hər  gecə  saat  12-də  Bağdad  radiosunu  dinləyirəm. 
İraqlılar  əsirlərin  adlarını  o  vaxt  elan  edirlər.  Bu  axşam 
qulaq  asanda  birdən  aparıcı  verilişi  dayandırdı  və  musiqi 
yayımladılar. Sonra da sevinclə belə bir elan verildi: "Qərb 
cəbhəsindəki iranlı komandirlərdən olan İbrahim Hadi əsir 
tutulub". 
Sevincimdən qanad çalıb uçmağa qaldım. İbrahimin sağ 
olduğuna hamımız çox sevindik. 
Tez  o  biri  uşaqların  yanına  getdim  və  Hacı  Əli  Sadiqi 
Qırmızı xaç cəmiyyətinə məktub yazdı. 
Rza  Huryar  ağa  İbrahimgilə  gedib  qardaşına  xəbər 
verdi. İbrahimin sağ olduğuna bütün uşaqlar sevindilər. 
*** 
Bir müddətdən sonra Qırmızı xaç cəmiyyətindən cavab 
gəldi.  Cavabda  deyilirdi:  "Mən  İbrahim  Hadi  İsfahanın 
Nəcəfabad  rayonundan  ezam  olunmuşam,  15  yaşım  var. 
İraqlılar  kimi  siz  də  məni  ölkənin  qərbindəki 
komandirlərdən biri ilə səhv salmısınız". 


 
 
211 
Buna  baxmayaraq,  bir  çox  dostlar  əsirlər  azad  olunana 
qədər İbrahimin qayıdacağını gözləyirdilər. 
Heyətdə İbrahimin adı çəkiləndə uşaqlar hər dəfə həzrət 
Zəhra (ə) rövzəsi oxuyub ucadan ağlayırdılar. 


 
 
212 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin