220
– Maşınınızın nömrəsindən bildim. Bizim evimiz
yaxındadır, hər şey də hazırdır. Buyurursunuz?
– Çox sağ olun, biz getməliyik.
– Bu
axşam istirahət edin, sabah gedərsiniz.
Qəbul etmək istəmirdim. Məscidin xadimi yaxınlaşıb
dedi: "O, buranın bələdiyyəsindən ağa Məhəmmədidir.
Təklifini qəbul edin".
O qədər yorulmuşdum ki, qəbul etdim və birlikdə yola
düşdük.
Bizə çox geniş şam süfrəsi açdı. Gecəni orada yatdıq.
Səhər yeməyindən sonra sağollaşanda dedi: "Şəhərə
gəlişinizin səbəbini soruşa bilərəm?"
– Biz bir şəhidlə bağlı xatirələri təkmilləşdirməkdən
ötrü Gilanqərbə gedirik.
Təəccüblə dedi: "Mən Gilanqərbdənəm. Hansı şəhidi
deyirsiniz?”
– Onu tanımazsınız, özü Tehrandan idi.
Sonra çantamdan şəkli çıxarıb ona göstərdim.
Təəccüblə baxıb dedi: “Bu ki ağa İbrahimdir! Şəhid
Hadi atamla mənim komandirim olub. Müharibənin birinci
ilində əməliyyat və kəşfiyyatlarda bir yerdə olmuşuq”.
Mat-məəttəl ona baxdım. Nə deyəcəyimi bilmirdim.
Boğazımı qəhər tutdu. Axşamdan bizə ən gözəl şəkildə
qulluq olundu, ev sahibi də onun dostlarından imiş.
Ağa İbrahim, minnətdaram.