Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə1/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
  1   2   3   4   5   6   7   8   9   ...   86
Salam-olsun-İbrahimə-1



 
 

 
 
 
 
Salam olsun İbrahimə! 
 
 
 
 
 
 
 
Məzarsız pəhləvan Şəhid İbrahim Hadinin 
həyat və xatirələri 
  
 
Birinci cild 
 
 
 
 
Yaxşılıqlar elçisi, peyğəmbərlər fəxri və Zəhra 
atası Məhəmməd Mustafaya (s) təqdim olunur!
 


 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitаbın аdı:......... Salam olsun İbrahimə! 
Tərcümə edən:.............Zəhra Hüseynzadə 
Çаp tаriхi:............................................2018 
Çаp növbəsi:.....................................Birinci 
Tirаj:.....................................................1000 
 
 
 


 
 

Ön söz 
Qarşınızdakı kitab rəşadətləri və alicənablığı ilə şəhadət 
məqamına  layiq  görülmüş  qəhrəman  bir  şəhidin  həyat 
hekayəsidir. 
Yeniyetmə  və  gənclərimiz  idman,  incəsənət  və  digər 
sahələrdə  dəyərsiz  örnəklərdən  nümunə  götürür, 
addımbaşı  bir  çalanın  olduğu,  siçan  geyimində  bir 
canavarın pusqu qurduğu həyat yollarında çaşbaş qalırlar. 
Belə bir dövrdə ibrahimlərin həyatı zülmət gecəyə işıq tuta 
bilər. Çünki mövlamız belə buyurub:  "Bu ulduzlarla  yolu 
tapmaq mümkündür". 
Vilayət  məktəbinin  yetirməsi  olan  İbrahimin  özü  ixlas, 
eşq  və  fədakarlıq  müəllimi  idi.  O,  Kövsər  camından  su 
içib  çoxlu  susuzlara  saqi  oldu.  O,  nəfsə  qalib  gəlməyi 
öyrəndi,  amma  Purya  Vəlidən
1
  yox,  mövlası  Əlidən.  O, 
qəhrəmanlığın  portretini  öz  həyatı  ilə  təsvir  edib  yerində 
ikən bütün aləmi gəzməyin, azadlığın zirvəsində ikən qul 
olmağın  -  yalnız  həzrət  Haqqa  qul  olmağın 
mümkünlüyünü göstərdi. 
Bəziləri  dənizin  zahiri  gözəlliyindən  həzz  alırlar, 
bəziləri suya girib daha çox bəhrələnirlər, bəziləri bununla 
da kifayətlənməyib dərinliklərə gedir, suyun altındakı daş-
qayalar arasından sədəf və mirvari çıxarırlar. 
Və hələ dənizin altında o qədər mirvarilər var ki, onlara 
heç bir dalğıc əli dəyməyib. 
Allah-Taala  hərdən  bu  ləl-cəvahiratın  birini  bizə 
göstərir və biz bu tükənməz dəryadan nələr bilmədiyimizi 
öyrənirik. 
                                                 
1
 1943-cü ildə vəfat etmiş məşhur pəhləvan və sufi 


 
 

Biz  nə  etmişik  və  ya  nə  edəcəyik?  Səma  sakinlərinin 
qibtə  etdiyi  bu  torpaq  sakinlərini  örnək  seçmişikmi? 
Yoxsa  Allah  eləməmiş,  Adəm  nəslindən  bir  naxələfi, 
gözəl  və  qəhrəman  görkəmə  bürünüb  başqa  bir  din  və 
diyardan  gələn,  media  dalğaları  üzərində  gənc  və 
yeniyetmələrimizə 
hücum 
edən  insanlarımı  örnək 
seçmişik? 
Bizim  gənclərimiz  pakdırlar,  amma  nəfs  bütlərini 
qırmaq üçün onlara balta verəcək bir İbrahimə ehtiyacları 
var.  Biz  Şəhid  İbrahim  Hadini  tanıtdırmaqla  bu  yolda  bir 
addım atmaq istəyirik. 
Uzun  illər  ötəndən  sonra  onun  özü  kimi  adsız-sansız 
dostlarının  xatirələrini  toplamaq  çox  çətin  olsa  da,  şirazlı 
şairin dediyi kimi, Leyliyə gedən təhlükəli yolların birinci 
şərti Məcnun olmaqdır. 
Allahın lütfü sayəsində bu əziz şəhidin dostları və ailəsi 
ilə onlarla müsahibə baş tutdu. Artıq bu sakit arifin, güclü 
aşiqin,  qayğıkeş  müəllimin,  müsəlman  gəncin,  qeyrətli, 
amma  iddiasız  qəhrəmanın,  İmam  Mehdinin  (ə)  həqiqi 
müntəzirinin  qızıl  kitabı  hazırdır  və  siz  əziz  oxuculara 
təqdim olunur. 
Sonda kitabın ərsəyə gəlməsində əməyi keçmiş hər kəsə 
təşəkkürümüzü bildiririk. 
Karvan getdi, sən yatıb qaldın, qarşıda isə səhra var. 
Nə  vaxt  gedəcəksən?  Yolu  kimdən  soruşacaqsan?  Nə 
edəcəksən? 


 
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin