Salam olsun İbrahimə


Çempion  Hüseyn Allahkərəm



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə10/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   6   7   8   9   10   11   12   13   ...   86
Salam-olsun-İbrahimə-1

Çempion 
Hüseyn Allahkərəm 
74  kq.  çəkili  güləşçilər  yarışırdı.  İbrahim  bütün 
rəqiblərini  məğlub  edib  yarımfinala  çıxdı.  Həmin  il  çox 
yaxşı məşq  etmişdi və bütün rəqiblərini asanlıqla məğlub 
edirdi. 
Yarımfinalda  qələbə  çalsaydı,  finalda  da  qalib  gəlib 
çempion  olacaqdı.  Lakin  o,  yarımfinalda  çox  pis  güləşdi 
və bir xal fərqi ilə uduzdu. 
Həmin il İbrahim üçüncü yerə çıxdı. Mən bir neçə ildən 
sonra  yarımfinalda  İbrahimlə  güləşmiş  oğlanı  gördüm.  O, 
İbrahimə  baş  çəkməyə  gəlmişdi.  Söhbət  əsnasında 
İbrahimlə tanışlığı barədə dedi:  "Biz onunla 74  kq. çəkili 
güləşçilərin yarışında yarımfinalda tanış olmuşuq”. 
Bu  barədə  geniş  danışmaq  istəyirdi,  ancaq  İbrahim 
mövzunu  dəyişdirdi  və  danışmağa  imkan  vermədi.  Ertəsi 
gün  onu  görüb  yarımfinaldakı  güləş  barədə  soruşdum.  O, 
dərindən nəfəs aldı və dedi: "Mən yarımfinalda İbrahimlə 
güləşirdim. Bir ayağım çox zədələnmişdi. İbrahimə dedim 
ki, dost, mənim bu ayağım zədələnib, ehtiyatlı ol. İbrahim 
cavab verdi ki, oldu, dadaş, baş üstə. 
Mən  onun  güləşini  görmüşdüm.  O,  güləşdə  usta  idi, 
əsasən,  ayaqdan  fəndlər  işlədirdi.  Yarışda  ayağıma 
yaxınlaşmadı,  mənsə  axmaqcasına  ondan  bir  xal  alıb 
sevindim və finala çıxdım. İbrahim məni asanlıqla məğlub 
edib çempion ola bilərdi, amma bunu etmədi". 
O,  bir  qədər  sonra  əlavə  etdi:  "Məncə,  o,  qəsdən  mənə 
xal verdi. Məğlub olduğuna görə də narahat deyildi. Çünki 
çempionluq  onun  üçün  başqa  bir  şey  idi.  Mənsə 
sevinirdim.  Daha  çox  buna  görə  sevinirdim  ki,  finalda 
qonşumuzla  güləşəcəkdim.  Elə  bilirdim  ki,  hamı  dadaş 


 
 
31 
İbrahim  kimi  düşüncəli  və  mərifətlidir.  Mən  ayağımın 
zədələndiyini yarışdan öncə qonşuma dedim, o isə elə ilk 
hərəkətdə  zədələnmiş  ayağımdan  tutdu.  Ayağım  çox 
ağrıdı. Sonra məni yıxdı və arxamı vurdu. 
O  zaman  mən  ikinci,  İbrahim  isə  üçüncü  yerə  çıxdı. 
Lakin şübhə etmirəm ki, İbrahim çempion olacaqdı. 
O  gündən  onunla  dostam.  Ondan  qəribə  şeylər  də 
görmüşəm. Mənə belə bir dost nəsib etdiyinə görə Allaha 
şükür edirəm". 
Söhbətimiz bitəndən sonra sağollaşıb getdi. 
Gilanqərb  korpusunun  qərargahında  divarların  birinə  hər 
bir  döyüşçü  haqda  bir  cümlə  yazılmışdı.  İbrahim  haqda 
yazılan  bu  idi:  “İbrahim  Hadi  -  Purya  Vəli  xarakterli 
döyüşçü!” 


 
 
32 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin