Salam olsun İbrahimə


Hacı ağa Müctəhidinin mədrəsəsi



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə14/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   10   11   12   13   14   15   16   17   ...   86
Salam-olsun-İbrahimə-1

Hacı ağa Müctəhidinin mədrəsəsi 
İrəc Girayi 
İnqilabdan  bir  qədər  öncə  idi.  İbrahim  bazardan  əlavə 
başqa  bir  işlə  də  məşğul  idi.  Təxminən  heç  kimin  ondan 
xəbəri  yox  idi.  Özü  də  heç  nə  demirdi.  Onun  əxlaqı  və 
rəftarı  tamam  dəyişmiş,  mənəviyyatı  çox  güclənmişdi. 
Səhərlər  qara  bir  sellofan  götürüb  bazara  tərəf  gedirdi. 
İçində bir neçə kitab olurdu. 
Bir gün motosikletlə gedərkən İbrahimi gördüm. 
– Dadaş İbrahim, haraya gedirsən? 
– Bazara gedirəm. 
Onu  motosikletə  mindirdim.  Yolda  dedim:  "Haçandır 
əlində bu sellofanı görürəm, nə məsələdir?" 
– Heç nə, kitabdır. 
Naibüs-səltənət  küçəsinin  başında  motosikletdən  endi, 
sağollaşıb getdi. Təəccübləndim. Onun iş yeri ora deyildi. 
Maraqlanıb arxasınca getdim. Bir məscidə girdi, mən də 
arxasınca. İçəridə bir neçə gəncin yanında oturub kitabını 
açdı. 
Məsciddən  çıxanda  oradakı  bir  qocadan  soruşdum: 
"Bağışlayın, bu məscidin adı nədir?" 
– Hacı Ağa Müctəhidinin mədrəsəsi. 
Təəccüblə  ətrafa  baxdım.  İbrahimin  hövzə  tələbəsi 
olduğunu düşünməzdim. 
Orada divara Peyğəmbərdən bir hədis  yazılmışdı: "Yer, 
göy  və  mələklər  gecə-gündüz  üç  zümrəyə  bağışlanmaq 
istəyirlər: alimlər, tələbələr və səxavətli insanlar".
1
 
Axşam  zorxanadan  çıxanda  dedim:  "Dadaş  İbrahim, 
hövzəyə gedirsən, amma bizə demirsən?!" 
                                                 
1
 "Əl-Məvaiz əl-ədədiyyə", səh. 111. 


 
 
41 
Dönüb  təəccüblə  mənə  baxdı.  Bildi  ki,  arxasınca 
getmişəm.  Çox  yavaşca  dedi:  "Heyfdir  adam  ömrünü 
yalnız yeyib-yatmağa sərf edə. Mən rəsmi tələbə deyiləm, 
elə-belə  öyrənmək  üçün  gedirəm.  Günortadan  sonra  da 
bazara gedirəm. Amma hələlik heç kimə bir söz demə". 
İnqilabın  qələbəsinə  qədər  İbrahimin  işi  belə  idi. 
İnqilabdan  sonra  isə  onun  işləri  o  qədər  çoxaldı  ki,  daha 
belə işlərə vaxt qalmadı. 


 
 
42 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin