İlahi izdivac
Rza Hadi
Axşamüstü idi. İbrahim işdən qayıdırdı. Küçəyə girəndə
gözü bir anlığa qonşu oğlana sataşdı. Gənc bir qızla
danışırdı. Oğlan İbrahimi görən kimi tez qızla sağollaşıb
getdi.
Bu hadisə bir neçə gündən sonra yenə təkrar olundu. Bu
dəfə də qızla sağollaşmaq istəyəndə İbrahimin onlara
yaxınlaşdığını gördülər. Qız tez küçənin o biri tərəfinə
keçdi və oğlan İbrahimin qarşısında qaldı.
İbrahim onunla salamlaşdı, halını soruşdu. Oğlan
qorxurdu, amma İbrahim həmişəki kimi gülümsəyirdi. O,
oğlanın əlini buraxmadan xüsusi aramlıqla danışmağa
başladı.
– Bax, bizim məhəlləmizdə belə şeylər olmayıb. Mən
səni və ailəni yaxşı tanıyıram. Sən həqiqətən bu qızı
istəyirsənsə, mən atanla danışaram...
Gənc İbrahimin sözünü kəsib dedi: "Yox, sən Allah,
atama heç nə demə. Mən səhv etdim, qələt etdim,
bağışla...”
– Yox, məqsədimi başa düşmədin. Atanın böyük evi
var, sən də mağazasında işləyirsən. Mən bu axşam
məsciddə atanla danışaram, inşallah bu qızla ailə qurarsan.
Gənc çox utanırdı, başını aşağı salmışdı.
– Atam bilsə, çox hirslənəcək.
– Atan mənlikdir. Mən Hacını tanıyıram, məntiqli
adamdır.
– Bilmirəm nə deyim, siz necə məsləhət görürsünüzsə,
elə də olsun.
Sonra sağollaşıb getdi.
43
Axşam namazından sonra məsciddə o gəncin atası ilə
danışdı. Əvvəlcə izdivacdan danışdı, ailə qurmağa şəraiti
olan və münasib həyat yoldaşı tapan birinin evlənməli
olduğunu dedi. Bildirdi ki, evlənməyib günaha düşsə,
Allah qarşısında cavab verəcək. Həm də dedi ki, bu işdə
gənclərə kömək etmək lazımdır.
Hacı İbrahimin sözlərini təsdiqlədi, amma mövzunun
oğlu olduğunu biləndə üzünü turşutdu.
– Hacı, oğlun özünü qoruyub günahdan uzaqlaşmaq
istəyir, özü də belə bir mühitdə. Məgər pis iş görür?!
Hacı bir neçə saniyə sükutdan sonra dedi: "Yox".
Ertəsi gün İbrahimin anası o gəncin anası ilə danışdı və
sonra da qızın anası ilə.
İbrahim bir aydan sonra axşam bazardan qayıdanda
küçənin sonunda rəngli işıqlar yanırdı. O, şeytani bir
dostluğu ilahi bir izdivaca çevirdiyinə görə sevinib
təbəssüm etdi. Bu izdivac hələ də davam edir və cütlük
ailə həyatlarını İbrahimin gözəl təşəbbüsünə borcludurlar.
|