İnqilab günləri
Əmir Rəbii
İbrahim uşaqlığından İmam Xomeynini çox sevirdi. O
böyüdükcə bu sevgi də artdı.
1977-ci il idi. Hələ mitinq və yürüşlərdən xəbər-ətər
yox idi. Bir cümə səhəri ozamankı Jalə meydanında
keçirilən bir dini yığıncaqdan evə qayıdırdıq.
Meydandan uzaqlaşmamış dostlarımızdan bir neçəsi
bizə qoşuldu. İbrahim bizə İmam Xomeynini tərifləməyə
başladı. Sonra da ucadan qışqırdı: "Salam olsun
Xomeyniyə!" Biz də onun kimi qışqırdıq. Başqa bir neçə
nəfər də bizə qoşuldu. Şəms dördyolunun yaxınlığına
qədər şüar deyə-deyə getdik. Bir neçə dəqiqədən sonra bir
neçə polis avtomobili bizə hücum etdi. İbrahim tez
uşaqları dağıtdı. Biz küçələrə girdik.
İki həftə ötdü. Yenə həmin yığıncaqdan sonra İbrahim
kinoteatrın önündəki meydanda dayanıb qışqırdı: "Salam
olsun Xomeyniyə!" Biz də təkrarladıq. Oradakıların
hamısı təkrarlayırdı. Maraqlı səhnə yaranmışdı.
Bir neçə dəqiqədən sonra polislər gəlmədən İbrahim
hamını dağıtdı. Sonra birlikdə taksiyə minib Xorasan
meydanına doğru yola düşdük.
Bir qədər gedəndən sonra gördük ki, irəlidə
avtomobilləri saxlayıb bir-bir sərnişinlərə baxırlar. Küçədə
bir neçə SAVAK avtomobili və təxminən on məmur
dayanmışdı. Avtomobillərin içini axtaran məmurun üzü
tanış gəldi. O, meydanda şüar verən camaatın arasında idi.
İşarə ilə məsələni İbrahimə başa saldım. Növbə bizim
taksiyə çatmamış qapını açıb tez səkiyə sarı qaçdı.
Küçənin ortasındakı məmur İbrahimi görüb qışqırdı:
"Odur! Odur! Tutun onu!"
45
Məmurlar İbrahimin arxasınca qaçdılar. İbrahim küçəyə
girdi, onlar da arxasınca. Məmurların başı qarışanda mən
də taksinin pulunu verib maşından endim, xiyabanın o
tərəfinə keçib yoluma davam etdim.
Günorta evə gəldim. Axşama qədər ondan heç bir xəbər
öyrənə bilmədim. Yoldaşlarımızdan bir neçəsinə zəng
vurdum, onlar da məlumatsız idilər.
Çox narahat idim. Təxminən gecə saat 11-də həyətdə
oturmuşdum. Birdən küçədən səs eşitdim. Qapını açanda
İbrahimin həmişə təbəssümlü üzünü gördüm. Görüşüb onu
qucaqladım. Çox sevinirdim. Dedim: "Dadaş İbrahim,
necəsən?"
Dərin nəfəs alıb dedi: "Allaha şükür, görürsən ki, sağ-
salamatam".
– Şam yeməyini yemisən?
– Yox, ac deyiləm.
Tez evə keçib ona xörək gətirdim. Bir qədər yeyəndən
sonra dedi: "Güclü bədən burada işə yarayır. Sayca çox
olsalar da, Allahın köməyilə əllərindən qaça bildim".
Həmin gecə çox söhbət etdik, inqilabdan, imamdan
danışdıq. Sonra da qərara gəldik ki, axşamlar birlikdə
Lorzadə məscidinə Hacı ağa Çavuşinin moizəsini
dinləməyə gedək.
Axşam İbrahimlə və dostlarımızdan üçü ilə birgə
Lorzadə məscidinə getdik. Hacı ağa Çavuşi
1
çox qorxmaz
adam idi, çoxlarının danışmağa cəsarət etmədiyi sözləri
minbərdən deyirdi.
O, İmam Musa Kazimdən (ə) belə bir hədis söyləyirdi:
"Qumdan bir kişi xalqı haqqa çağıracaq. Dəmir kimi
1
O, inqilabçı ruhanilərdən idi və münafiqlər tərəfindən şəhadətə
yetirildi.
46
möhkəm insanlar onun ətrafına toplaşacaqlar".
1
Bu,
camaata çox maraqlı gəlirdi.
Birdən qapı tərəfdə səs-küy qopdu. Gördüm ki, SAVAK
məmurları dəyənəklə məscidin önünə tökülüşüb hamını
vururlar. Camaat məsciddən çıxmağa tələsirdi. Məmurlar
keçən hər bir adamı möhkəm zərbələrlə vururdular. Onlar
qadın və uşaqlara da rəhm etmirdilər.
İbrahim çox hirsləndi, qapıya qaçıb məmurların bir
neçəsi ilə dalaşdı. Namərdlərin neçəsi birdən İbrahimi
vururdu. Bu arada yol açıldı, qadın və uşaqların çoxu
məsciddən çıxdı.
İbrahim cəsarətlə onlarla vuruşurdu. Birdən onların bir
neçəsini vurub qaçdı. Biz də onun arxasınca məsciddən
uzaqlaşdıq. Sonra öyrəndik ki, həmin axşam hacı ağanı
tutublar, bir neçə nəfər şəhid olub və bir neçə nəfər
yaralanıb.
Orada İbrahimin belinə güclü zərbələr vurulmuşdu. O
zərbələrin yaratdığı güclü bel ağrısı ömrünün sonuna
qədər davam etdi, onun güləşməsinə də mənfi təsir
bağışladı.
1978-ci ildə İbrahimin bütün fikri-zikri inqilab
məsələlərinə yönəlmişdi. O, kaset paylayır, bəyanat yayır
və çox cəsarət tələb edən digər işlər görürdü. Yayda çoxlu
uşaqları özü ilə Qeytəriyyə təpələrinə apardı və Şəhid
Müfəttihin fitr bayramı namazında iştirak etdi. Namazdan
sonra elan olundu ki, cümə günü Jalə meydanına doğru
yürüş olacaq.
1
"Bihar əl-ənvar", c. 60, s. 216.
|