Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə18/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   14   15   16   17   18   19   20   21   ...   86
Salam-olsun-İbrahimə-1

Mənəvi sıçrayış 
Cabbar Sütudə, Hüseyn Allahkərəm 
Bir  çox  böyüklərin  həyatında  böyük  bir  günahdan 
çəkinmə  olub  və  bu  iş  onların  mənəvi  sıçrayışına  gətirib 
çıxarıb. Həmin günah da əsasən, cinsi ehtirasla bağlı olub. 
Allah-Taala  həzrət  Yusifin  əhvalatında  buyurur:  "Kim 
Allahdan qorxub pis əməllərdən çəkinsə və dözümlü olsa, 
(bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay 
etməz".
1
 
Bu  ayədən  bilirik  ki,  bu,  ümumi  qanundur  və  yalnız 
həzrət Yusifə aid deyil. 
İnqilabın  qələbəsindən  bir  ay  ötdü.  İbrahimin  görkəmi 
daha  yaraşıqlı  olmuşdu.  Hər  gün  işə  səliqəli  kostyumda 
gəlirdi.  İş  yeri  Tehranın  şimalında  idi.  Bir  gün  onu  çox 
narahat  gördüm;  az  danışırdı  və  özünə  qapanmışdı. 
Yaxınlaşıb  təəccüblə  dedim:  "Dadaş  İbrahim,  bir  şey 
olub?" 
– Yox, mühüm bir şey deyil. 
Bildim ki, nəsə bir problem var. 
– Bir çətinlik varsa, de, bəlkə kömək edə bildim. 
Bir qədər sükut edib yavaşca dedi: "Bir neçə gündür bu 
məhəllədə hicabsız bir qız məni girinc edib. Deyir ki, səni 
əldə etməsəm, buraxan deyiləm". 
Fikrə  getdim,  sonra  birdən  gülməyə  başladım. 
Təəccüblə başını qaldırıb soruşdu: "Gülməlidir?!" 
– Dadaş İbrahim, mən də dedim görəsən nə olub. 
Sonra  onun  boy-buxununa  nəzər  salıb  dedim:  "Bu 
yaraşığına görə bunda çox da qəribə bir şey yoxdur”. 
                                                 
1
 Yusif, 90 


 
 
51 
- Necə yəni?! Deyirsən yaraşıqlı olduğuma görə bu sözü 
deyir? 
Gülümsəyib dedim: "Şübhən olmasın". 
Ertəsi  gün  İbrahimi  görən  kimi  məni  gülmək  tutdu. 
Başını  keçəl  qırxdırmışdı,  kostyum  da  geyinməmişdi. 
Ertəsi gün uzun bir köynəkdə işə gəldi; səliqəsiz görkəmdə 
idi, hətta enli kürd şalvarı və çəkələk geyinmişdi. İbrahim 
bir  müddət  belə  davam  etdi.  Nəhayət,  həmin  şeytani 
vəsvəsədən qurtuldu. 
*** 
İbrahimin  xüsusiyyətlərindən  biri  də  müxtəlif 
məsələlərdə  dəqiqliyi  idi.  Bu  xüsusiyyəti  onu  digər 
dostlarından ayırırdı. 
Aprelin  əvvəllərində  İbrahimlə  və  bəzi  komitə  uşaqları 
ilə  bir  iş  dalınca  getdik.  İnqilabdan  öncə  hərbi  fəaliyyət 
göstərmiş  və  təqib  altında  olan  bir  nəfər  bir  yaşayış 
binasında  görülmüşdü.  Ünvanı  alıb  iki  avtomobillə  yola 
düşdük. 
Binaya  daxil  olduq  və  şübhəlini  asanlıqla  ələ  keçirdik. 
Tutulana  baxmaq  üçün  bayırda  çoxlu  adam  toplaşmışdı. 
Çoxu  da  həmin  binanın  sakinləri  idi.  Birdən  İbrahim 
binanın içinə qayıdıb dedi: "Gözləyin!" 
Təəccüblə  səbəbini  soruşduq.  Bir  söz  demədi. 
Çiynindən  çəfiyəsini  götürüb  müttəhimin  üzünü  bağladı. 
Soruşdum: "İbrahim, nə edirsən?!" 
Onun  üzünü  bağlaya-bağlaya  cavab  verdi:  "Biz  bir 
məlumata  əsaslanıb  bu  ağanı  tutmuşuq.  Əgər  deyilənlər 
doğru  olmasa,  rüsvay  olduğu  üçün  daha  burada  yaşaya 
bilməyəcək,  bütün  sakinlər  ona  cinayətkar  kimi 
baxacaqlar.  Amma  onu  heç  kim  görməsə,  sabah  azad 
edilsə də, problem olmayacaq". 


 
 
52 
Binadan  çıxanda  heç  kim  onu  tanımadı.  Mənsə 
İbrahimin  dəqiqliyi  haqda  fikirləşirdim.  İnsanların 
şəxsiyyəti və hörməti onun üçün çox əhəmiyyətli idi. 


 
 
53 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin