Sözün təsiri
Mehdi Fəridvənd
İnqilabdan bir neçə ay sonra dostlarımızın biri mənə
dedi: "Sabah İbrahimlə birgə Bədən Tərbiyəsi Komitəsinə
gedin. Komitənin sədri ağa Davudinin sizinlə işi var".
Ertəsi gün səhər ünvanı öyrənib komitəyə getdik. Ağa
Davudi bizi çox yaxşı qarşıladı. O, İbrahimin orta məktəb
müəllimi olmuşdu. Sonra bir neçə nəfərlə birgə bir zala
girdik. Ağa Davudi dedi: "Siz inqilabçı idmançılarsınız,
komitəyə gəlin və vəzifə götürüb işləyin. Komitənin
Yoxlama-nəzarət şöbəsini sizə ayırmışam".
Bir qədər danışandan sonra qəbul etdik. Ertəsi gündən
işimiz başlandı. Qarşımıza problem çıxanda ağa Davudi
ilə məsləhətləşirdik.
Yadımdadır, İbrahim bir gün səhər çağı şöbəyə girib
soruşdu: "Nə edirsən?"
– Heç nə, vəzifədən ixrac hökmünü yazıram.
– Kimin üçün?
– Məlumat çatıb ki, federasiyalardan birinin rəhbəri
qeyri-münasib görkəmdə işə gəlir. İşçilərlə, xüsusən
qadınlarla rəftarı da əsla münasib deyil. Hətta deyirlər ki,
bəzi məsələlərdə inqilaba qarşı fikirləri var. Üstəlik, həyat
yoldaşı da hicabsızdır.
Məruzəni yaza-yaza dedim: "Mütləq İnqilab şurasına da
bir surətini göndərərik". İbrahim soruşdu: "Məruzəni görə
bilərəm?"
– Buyur, bu məruzə, bu da ixrac hökmü.
Məruzəyə diqqətlə baxıb soruşdu: "Özün bu ağa ilə
danışmısan?"
– Yox, lazım deyil, onun necə adam olduğunu hamı
bilir.
54
– Olmadı. Məgər eşitməmisən ki, yalnız yalançı insan
hər eşitdiyini təsdiqləyər?!
– Axı həmin federasiyanın uşaqları xəbər verdilər...
Sözümü kəsdi.
- Bu ağanın ünvanı bizdə var?
– Bəli, var.
– Gəl, axşamüstü evinə gedək, görək kimdir, sözü nədir.
Bir neçə saniyə sükutdan sonra razılaşdım.
Axşamüstü işdən sonra ünvanı götürüb motosikletlə
getdik.
Onun evi Seyid Xəndan körpüsündən yuxarıda
yerləşirdi. Küçələrin içində evini axtaranda birdən onu
gördüm. Məruzəyə vurulmuş şəkildəki adam idi. Mersedes
avtomobilini evin önündə saxladı. Təxminən hicabsız bir
xanım maşından enib qapını açdı, sonra həmin şəxs
maşınla içəri girdi.
Dedim: "Gördün, ağa İbrahim?! Gördün ki, bu adam
problemlidir?!”
– Gərək danışaq, sonra mühakimə yürüdək.
Motosikleti evin önündə saxladım. İbrahim qapının
zəngini basdı. O hələ həyətdə idi. Gəlib qapını açdı.
Hündür kişi idi, bığ-saqqalını qırxmışdı. Bizi o
məhəllədə görməyinə çox təəccübləndi. Diqqətlə baxıb
dedi: "Buyurun".
Öz-özümə dedim: Əgər İbrahimin yerində olsaydım,
buradaca dərsini verərdim.
Lakin İbrahim həmişəki sakitliklə gülümsəyib salam
verdi və dedi: "Mən İbrahim Hadiyəm. Bir neçə sualım
var. Ona görə sizi narahat etdik".
O dedi: "Sizin adınız çox tanış gəlir. Bir neçə gün qabaq
eşitdim. Deyəsən, komitənin Yoxlama-nəzarəti, eləmi?”
İbrahim gülüb dedi: "Bəli".
55
Kişi özünü çox itirdi, israrla deyirdi ki, buyurun içəri.
İbrahim dedi: "Çox sağ olun. Sizinlə yalnız bir neçə
dəqiqəlik işimiz var, sonra gedəcəyik".
İbrahim danışmağa başladı. Təxminən bir saat ötdü,
amma zamanın necə keçdiyini əsla hiss etmədik.
İbrahim ona hər şeydən danışdı, çoxlu məsəl çəkdi. O
deyirdi: "Bax, əziz dost, sizin yoldaşınız özünüzə
məxsusdur, başqalarına göstərmək üçün deyil... Həmçinin
siz bir idarənin rəhbərisinizsə, işçilərlə, hələ üstəlik, qadın
işçilərlə qeyri-münasib zarafatlar etməməli, pis sözlər
danışmamalısınız. Siz öz sahənizdə çempion olmusunuz,
lakin əsl çempionluq yanlışa son qoymaqdır”.
İbrahim sonra inqilabdan, şəhidlərin qanından,
imamdan və ölkənin düşmənlərindən danışdı. O da
təsdiqləyirdi.
Axırda İbrahim dedi: "Bax, mənim əzizim, bu, sizin
vəzifədən ixrac hökmünüzdür.
Federasiya rəhbəri birdən yerində donub qaldı, boğazı
qurudu. Sonra təəccüblə bizə baxdı.
İbrahim gülümsəyib kağızı cırdı və dedi: "Əziz dost,
mənim sözlərim haqda fikirləş". Sonra sağollaşıb
motosikletə mindik.
Küçənin başına çatanda geriyə baxdım. O kişi hələ
həyətinə girməmişdi və dayanıb bizə baxırdı.
İbrahimə dedim: "Ağa İbrahim, çox gözəl danışdın,
mənə də təsir etdi".
Gülüb dedi: "Əşi, biz kimik ki?! Yalnız Allah, bütün
bunları Allah beynimə saldı. İnşallah təsiri olar".
Sonra əlavə etdi: "Əmin ol ki, insanları yaxşı rəftar kimi
heç bir şey dəyişdirmir. Allah Quranda Peyğəmbərinə
56
buyurur: "Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar
sənin ətrafından dağılıb gedərdilər".
1
***
Bir-iki aydan sonra həmin federasiyadan yeni bir
məruzə gəldi. Federasiyanın rəhbəri çox dəyişmiş, əxlaq
və rəftarı yaxşılaşmışdı. Hətta yoldaşı da işə hicabla
gedirmiş.
İbrahimi görüb məruzəni verdim. Onun reaksiyasını
gözləyirdim. Oxuyandan sonra "Allaha şükür!" – dedi,
sonra da söhbəti dəyişdi.
Şübhə etmirdim ki, İbrahimin ixlası öz təsirini
buraxmış, sözləri federasiya rəhbərini dəyişdirmişdi.
1
Ali-İmran, 159.
|