Kürdüstan
Mehdi Fəridvənd
1979-cu ilin yayı idi. Günorta namazlarını qılıb Salman
məscidinin önündə İbrahimlə söhbət edirdik. Birdən
dostlarımızın biri tələsik gəlib dedi: "İmamın müraciətini
eşitdiniz?"
Təəccüblə soruşduq: "Yox. Nə olub ki?"
– İmam əmr etdi ki, Kürdüstan döyüşçülərini
mühasirədən çıxarın.
Elə o anda Məhəmməd Şahrudi gəlib dedi: "Mən Qasim
Təşəkküri və Nasir Kermani ilə birlikdə Kürdüstana
gedirəm". İbrahim dedi: "Biz də gəlirik". Sonra
hazırlaşmağa getdik.
Günortadan sonra saat 4-də 11 nəfər bir chevrolet
blazerlə Kürdüstana yola düşdük. Silahlarımız bir
pulemyotdan,
dörd
tapançadan və bir neçə əl
qumbarasından ibarət idi.
Yolların çoxu bağlı idi. Bir neçə yerdə torpaq yolla
getməyə məcbur olduq. Lakin Allahın köməyi ilə ertəsi
gün günorta Sənəndəcə çatdıq. Hər şeydən bixəbər halda
şəhərə girib bir qəzet köşkünün önündə dayandıq.
İbrahim maşından enən kimi qışqırdı: "Dinsiz, bunlar
nədir satırsan?!"
Köşkdə bir neçə cərgə spirtli içki düzülmüşdü. İbrahim
dərhal silahı götürüb araq şüşələrini vurdu. Şüşələr sınıb
yerə töküldü. Qalanını da sındırdı və hirslə köşkdəki gəncə
yaxınlaşdı. Gənc çox qorxmuş və köşkün küncünə
qısılmışdı.
İbrahim onun üzünə baxıb sakitcə dedi: "Oğlan, məgər
sən müsəlman deyilsən?! Bu murdarlar nədir satırsan?!
61
Məgər Allah Quranda buyurmayıb ki, bu çirkinliklər
şeytandandır və bunlardan uzaqlaşın?!"
Gənc təsdiq əlaməti olaraq başını yellədi. O,
dayanmadan deyirdi: "Qələt eləmişəm, bağışlayın".
İbrahim onunla bir qədər danışdı və sonra birlikdə bayıra
çıxdılar.
Gəncdən Keşikçilər korpusunun yerini öyrənib yola
düşdük. Pulemyotun səsi şəhərin sükutunu pozmuşdu.
Küçədə hamı bizə baxırdı. Nəhayət, Sənəndəc korpusuna
çatdıq.
Korpusun bütün divarlarının önünə torpaq dolu kisələr
düzülmüşdü. Ora daha çox hərbi istehkama bənzəyirdi.
Bina görünmürdü.
Nə qədər qapını döydüksə, açan olmadı. İçəridən
deyirdilər ki, şəhər inqilab düşmənlərinin əlindədir, siz də
burada qalmayın, hava limanına gedin. Dedik ki, biz sizə
kömək etməyə gəlmişik, heç olmasa, deyin görək hava
limanı haradadır?
Korpus uşaqlarından biri divara yaxınlaşıb dedi: "Bura
təhlükəlidir, sizin maşınınızı vura bilərlər. Cəld bu
tərəfdən gedib şəhəri tərk edin. Bir qədər aralıda hava
limanını
görəcəksiniz.
İnqilabçı
qüvvələr
oraya
yerləşiblər”.
Biz yola düşüb hava limanına getdik və Sənəndəcdə nə
baş verdiyini orada anladıq. Korpusun qərargahından və
hava limanından başqa hər yer inqilab düşmənlərinin
əlində idi.
Orada ordunun üç batalyonu var idi, təxminən bir
batalyon da korpus qüvvələri. Şəhərin içindən hava
limanına raketlər atılırdı.
62
Məhəmməd Bürucerdini ilk dəfə orada gördüm. Qızılı
saçı və saqqalı olan bir gənc idi, cəlbedici və gülərüz
çöhrəsi vardı.
Qardaş Bürucerdi o şəraitdə şəxsi heyəti çox yaxşı idarə
edirdi. Sonralar öyrəndim ki, o, qərb korpusunun
komandiridir.
Ertəsi gün qardaş Bürucerdi ilə iclas keçirdik. Ordu
komandirləri də iştirak etdilər. O dedi: "İmamın
müraciətindən sonra çoxlu canlı qüvvə yola düşüb, inqilab
düşmənləri də çox qorxublar. Şəhərin içində onların iki
əsas düşərgələri var. Onlara hücum planı hazırlamalıyıq”.
Digər söhbətlər də oldu. İbrahim dedi: "Şəhərin
vəziyyətindən görünür ki, əhalinin onlarla heç bir əlaqəsi
yoxdur.
Yaxşı
olar
ki,
inqilab
düşmənlərinin
düşərgələrindən birinə hücum edək. Qələbə çalsaq,
digərinə gedərik”.
Hamı razılaşdı. Qərara gəldik ki, canlı qüvvəni hücuma
hazırlayaq. Lakin həmin gün korpus qüvvələrini Pavəyə
göndərdilər. Orada yalnız ordu əsgərləri qaldı.
İbrahim və digər dostlar bir-bir əsgər səngərlərinə baş
çəkdilər, söhbət etdilər və onlarda ruh yüksəkliyi
yaratdılar. Sonra da bir maşın qarpız alıb əsgərlərə
payladılar. Bu yolla dostluqları möhkəmləndi. Onlar
müxtəlif üsullarla şəxsi heyətin hazırlığını artırdılar.
Bir gün səhər çağı ağa Xalxali də uşaqlara qoşuldu.
Müxtəlif şəhərlərdən digər döyüşçülər də Sənəndəc hava
limanına gəldilər. Lazımi hazırlıqdan sonra uşaqlara silah
verildi. Günortaya qədər düşmən düşərgələrindən birinə
hücum etdik, düşündüyümüzdən də tez mühasirəyə aldıq
və inqilab düşmənlərinin çoxunu ələ keçirdik.
Düşərgədən çoxlu silahdan əlavə böyük məbləğdə
dollar və saxta pasportlar tapdıq. İbrahim onların hamısını
63
böyük bir kisəyə töküb korpusun rəhbərinə təhvil verdi.
İnqilab düşmənlərinin ikinci düşərgələri də döyüşsüz ələ
keçirildi və şəhər yenidən inqilabçı uşaqların əlinə keçdi.
Əsgərlərin komandiri deyirdi: "Bir il də keçsəydi, mənim
əsgərlərim belə hücuma cəsarət etməzdilər. Bunu qardaş
Hadiyə və digər döyüşçü dostlarına borcluyuq. Onlar
əsgərlərlə dostlaşıb onlarda ruh yüksəkliyi yaratdılar”.
O zaman çoxlu komandirlər İbrahimə və digər uşaqlara
hərbi sirləri və döyüş qabiliyyətlərini öyrətdilər. Bu onları
peşəkar döyüşçülərə çevirdi və səmərəsi müqəddəs
müdafiə zamanı ortaya çıxdı.
Sənəndəc hadisəsi çox çəkmədi; hərçənd Kürdüstanın
digər şəhərlərində hələ bəzi döyüşlər davam edirdi.
Biz 1979-cu ilin sentyabrında Tehrana qayıtdıq. Qasim
uşaqların bir neçəsi ilə birgə Kürdüstanda qaldı və Şəhid
Çəmran qüvvələrinə qoşuldu.
Qayıdandan
sonra
İbrahim
Bədən
Tərbiyəsi
Komitəsindən çıxıb müəllimliyə başladı.
Əvvəldə onun istəyi ilə razılaşmırdılar, amma çoxlu
isrardan sonra baş tutdu. O, elə bir sahəyə daxil oldu ki,
orada İbrahim kimilərə böyük ehtiyac vardı və var.
|