İdman müəllimi
Şəhid Rza Huryar
1980-ci ilin mayı idi. Şəhidlər liseyində idman müəllimi
çalışırdım. Yaxınlıqda Əbu Reyhan liseyi vardı. İbrahim
də orada idman müəllimi idi.
Bir gün onu görməyə getdim. Çox söhbətləşdik. Onun
düşüncəsinə və əxlaqına vuruldum. Axırda mənə dedi:
"Təkbətək voleybol oynayaq?"
Məni gülmək tutdu. Mən voleybol üzrə milli
komandada beynəlxalq yarışlara çıxmışdım, o isə mənimlə
təkbətək oynamaq istəyirdi. Dedim ki, oynayaq. Ürəyimdə
fikirləşdim ki, zəif oynayaram, pərt olmasın.
İlk servisi atdı. O qədər möhkəm idi ki, tuta bilmədim.
İkincisi, üçüncüsü... Rəngim qaçmışdı.
Şagirdlərin önündə pərt oldum. Qolunun qəribə zərbəsi
vardı, servislərini götürmək həqiqətən, çətin idi. Hər tərəf
də uşaqlarla dolmuşdu.
Mənə baxıb bu dəfə yavaş vurdu. Mən ilk xalı
qazandım, sonra da növbəti xalları.
O, bilə-bilə topları yavaş vururdu ki, mən pərt olmayım.
Hesab bərabərləşdi və mən məğlubiyyətdən qurtuldum. O,
servis atmaq istəyəndə səs gəldi: "Allahu Əkbər!” Günorta
azanı verilirdi. Topu yerə atıb üzüqibləyə dayandı və
ucadan azan verdi. Səsi bütün məktəbə yayıldı.
Uşaqların bəzisi namaza, bəzisi də evinə getdi.
O, həyətdə namaza başladı, uşaqlar da arxasında
dayandılar. Hamımız ona iqtida etdik.
68
Namaz bitəndən sonra yaxınlaşıb mənə əl verdi və dedi:
"Ağa Rza, rəqabət rəfaqətlə (dostluqla) olanda yaxşıdır".
1
1
İdmançı komandir Rza Huryar kar olmasa da, inqilabdan öncə
karların voleybol komandasında beynəlxalq yarışda iştirak etmiş və
komandaları birinci yerə çıxmışdı. O, Kərbəla-5 əməliyyatında
şəhadətə qovuşdu.
|