Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə24/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   20   21   22   23   24   25   26   27   ...   86
Salam-olsun-İbrahimə-1

İlk vaxtda namaz 
Şəhidin dostları 
Namaz onun bütün fəaliyyətlərinin mərkəzində dururdu. 
Ən çətin şəraitdə də namazını ilk vaxtda qılırdı. Daha çox 
məscidə  gedib  camaat  namazında  iştirak  edir,  digərlərini 
də buna dəvət edirdi. 
O, İmam Əlinin (ə) buyurduğu bu hədisin real nümunəsi 
idi:  "Məscidə  gedib-gələn  adam  aşağıdakı  faydaları 
götürər: Allah yolunda yoldaşlıq edən qardaş qazanar, elm 
öyrənər, Allahın rəhməti onu gözləyər, fəlakətdən qurtaran 
nəsihət  eşidər,  hidayətinə  və  günahdan  uzaqlaşmasına 
səbəb olan söz dinləyər".
1
 
İbrahim  hətta  inqilabdan  öncə  sübh  namazlarını 
məsciddə  cəm  halda  qılırdı.  Onun  rəftarı  bizə  Şəhid 
Rəcainin  məşhur  cümləsini  xatırladırdı:  "Namaza  "işim 
var" deməyin, işə deyin ki, namaz vaxtıdır". 
Buna  ən  yaxşı  misal  zorxana  meydançasında  camaat 
namazı  qılmasıdır.  Namaz  vaxtı  olan  kimi  idmanı 
dayandırırdı və camaat namazı qılınırdı. 
Səfərdə və cəbhədə olanda da azan vaxtı yetişəndə azan 
deyirdi,  maşını  saxlayıb  hamını  camaat  namazına 
çağırırdı. 
İbrahimin uca səsi və gözəl azanı hamının diqqətini cəlb 
edirdi. 
O,  həzrət  Peyğəmbərin  bu  nurlu  kəlamının  timsalı  idi: 
"Allah  vəd  edib  ki,  azançını  və  dəstəmaz  alıb  məsciddə 
camaat namazı qılan adamı hesabsız cənnətə aparsın".
2
 
                                                 
1
 "Əl-Məvaiz əl-ədədiyyə", s. 281. 
2
 "Müstədrək əl-Vəsail", c. 6, s. 448. 


 
 
70 
Gənclik  çağından  özünə  bir  əba  almışdı  və  çox  vaxt 
onunla namaz qılırdı. 
*** 
1980-ci il idi. Bəsicin proqramı gecənin sonlarına qədər 
davam  etdi.  Sübh  azanına  iki  saat  qalmış  uşaqların  işi 
bitdi. 
İbrahim  uşaqları  toplayıb  Kürdüstan  xatirələrindən 
danışmağa  başladı.  Xatirələr  həm  maraqlı  idi,  həm  də 
gülməli. 
Beləliklə uşaqları azana qədər oyaq saxladı. Onlar sübh 
namazını  cəm  halda  qıldıqdan  sonra  evlərinə  getdilər. 
Sonra  Bəsicin  rəhbərinə  dedi:  "Əgər  bu  uşaqlar  o  vaxt 
getsəydilər, namaza oyanmaları çətin olacaqdı. Siz Bəsicin 
işini ya tez bitirin, ya da uşaqları azana qədər saxlayın ki, 
namazları qəza olmasın". 
*** 
İbrahim gündüzlər çox zarafatcıl olurdu. O həm də çox 
sadə  danışırdı.  Adətən  sübh  namazından  bir  qədər  öncə 
oyanıb  gecə  namazı  qılırdı.  O  bu  işi  məxfi  şəkildə 
görməyə  çalışırdı.  Son  zamanlarda  isə  gecə  ibadətləri 
çoxalmışdı.  Bilirdi  ki,  hədislərdə  əsl şiəliyin  əlaməti gecə 
oyanıb namaz qılmaq kimi göstərilmişdir. 
O, Kumeyl, Nüdbə və Təvəssül dualarını, hər gün sübh 
namazından  sonra  isə  gündəlik  dua  və  ziyarətnamələri 
oxuyurdu. 
O,  "Vəcəəlna"
1
  ayəsini  həmişə  zümzümə  edirdi.  Bir 
dəfə  dedim:  "Ağa  İbrahim,  bu  ayə  düşmən  qarşısında 
qorunmaqdan ötrüdür, burada düşmən yoxdur axı". 
Mənalı tərzdə baxıb dedi: "Şeytandan böyük düşmənmi 
var?!" 
                                                 
1
  Yasin,  9:  Biz  onların  önlərinə  və  arxalarına  sədd  çəkib  (gözlərini) 
bağlamışıq. Buna görə də görmürlər. 


 
 
71 
*** 
Bir  dəfə  yeniyetmələrdən  və  namaza  əhəmiyyətli 
yanaşmaqdan  söhbət  düşdü.  İbrahim  dedi:  "Atam 
dünyasını  dəyişəndə  çox  narahat  idim.  Birinci  axşam 
qonaqlar  gedəndən  sonra  Allahdan  küsmüş  kimi  namaz 
qılmayıb  yatdım.  Məni  yuxu  tutan  kimi  yuxuda  atamı 
gördüm.  O,  qapını  açıb  hirslə  birbaş  otağa  gəldi.  Düz 
qarşımda dayanıb bir qədər üzümə baxdı. O anda diksinib 
yuxudan  oyandım.  Atamın  baxışları  mənə  çox  söz  dedi. 
Hələ  namaz  qəzaya  getməmişdi.  Ayağa  qalxıb  dəstəmaz 
aldım və namazımı qıldım. 
*** 
Onun  çox  əhəmiyyətli  yanaşdığı  məsələlərdən  biri  də 
cümə  namazı  idi.  Hərçənd  cümə  namazı  qaydasına 
düşəndə İbrahim ya Kürdüstanda idi, ya da cəbhələrdə. 
Tehranda  olanda  isə  həmişə  cümə  namazında  iştirak 
edir  və  deyirdi:  "Bilirsiniz  cümə  namazının  nə  qədər 
savabı və faydası var?!" 
İmam  Sadiq  (ə)  buyurur:  "Allah  cümə  namazı  üçün 
atılan hər bir addıma görə cəhənnəm odunu haram edər".
1
 
                                                 
1
 Hədislərdə namaz, s. 101. 


 
 
72 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin