Oğru ilə rəftarı Abbas Hadi Otaqda oturmuşduq. Qonağımız vardı. Birdən küçədən
səs gəldi. İbrahim tez pəncərədən baxdı. Bir nəfər onun
yeznəsinin motosikletini götürüb qaçmaq istəyirdi.
– Tutun onu... Oğru! Oğru!
Bunu deyib tez qapıya qaçdı. Məhəllə uşaqlarından biri
motosikletə bir təpik vurdu, oğru motosikletlə birgə yerə
yıxıldı.
Yerdəki bir dəmir parçası oğrunun əlini kəsib qanatdı.
Oğrunu qorxu və həyəcan bürümüşdü, əli də ağrıyırdı.
İbrahim motosikleti işə salıb dedi: "Tez min".
Həmin motosikletlə poliklinikaya getdilər, orada əlini
sarıdılar, sonra birlikdə məscidə getdilər. Namazdan sonra
onun yanında oturub dedi: "Nə üçün oğurluq edirsən? Axı
haram pul..."
Oğru ağlamağa başladı. Bir qədər sonra dillənib dedi:
"Bunların hamısını bilirəm. Mən işsizəm, ailəm var,
rayondan gəlmişəm. Buna məcbur oldum".
İbrahim bir qədər fikirləşəndən sonra namazqılanların
birinin yanına getdi və onunla nəsə danışdı. Gülərüzlə
qayıdıb dedi: "Allaha şükür, sənə yaxşı iş tapıldı.
Sabahdan işə çıxırsan. Bu pulu al, Allahdan da istə sənə
kömək etsin. Həmişə halal ruzi axtar. Haram mal həyatı
yandırar, halal pul az olsa da, bərəkətli olar".