Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə26/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   22   23   24   25   26   27   28   29   ...   86
Salam-olsun-İbrahimə-1

Müharibənin başlanması 
Tağı Misgərha 
1980-ci il, sentyabr ayının 22-i idi.  İbrahimi qardaşı ilə 
birgə gördüm, harasa daşınırdılar. Salamlaşıb dedim: "Bu 
gün  Qasim  bir  maşın  əşya  ilə  Kürdüstana  gedir.  Biz  də 
onunla gedəcəyik". 
Təəccüblə soruşdu: "Nə olub ki?" 
– Yenidən döyüş başlaya bilər. 
– Yaxşı. Başlasa, mən də gələrəm. 
Həmin  gün  günorta  İraq  təyyarələri  ölkəmizə  hücum 
etdi və müharibə başlandı. Hamı küçədə göyə baxırdı. 
Günortadan  sonra  saat  4-də  küçədə  idik.  Qasim 
Təşəkküri  ərzaq  dolu  bir  yük  avtomobili  ilə  gəldi.  Əli 
Xürrəmdil  də  orada  idi.  Mən  də  maşına  mindim.  Yola 
düşmək istəyəndə İbrahim də gəlib maşına mindi. 
– Dadaş İbrahim, məgər siz köçmürdünüz?! 
– Əşyaları yeni evə qoyub gəldim. 
Müharibənin  ikinci  günü  günortadan  qabaq  çox 
çətinliklə  və  bir  neçə  torpaq  yoldan  keçib  Sərpol  Zəhaba 
çatdıq.  Heç  kim  gözlərinə  inanmırdı:  əhali  dəstə-dəstə 
şəhərdən qaçırdı. 
Şəhərdən raket və bomba səsləri gəlirdi. Nə edəcəyimizi 
bilmirdik.  Şəhərin  girişində  bir  döngədən  keçdik. 
Korpusun  uşaqları  uzaqdan  bizə  əl  yelləyirdilər.  Dedim: 
"Qasim, uşaqlar işarə verirlər ki, tez gəlin". 
Birdən İbrahim dedi: "Oraya baxın!" 
İraq  tankları  təpənin  üstündə  aydın  görünürdü, 
dayanmadan  atəş  açırdılar.  Maşının  yaxınlığına  bir  neçə 
mərmi düşdü, amma Allaha şükür ki, salamat qurtardıq. 


 
 
74 
Döngədən  keçdik.  Bizə  əl  yelləyən  döyüşçü  yaxınlaşıb 
dedi:  "Siz  kimsiniz? Mən  işarə  ilə  deyirdim ki,  gəlməyin, 
sizsə qaza basdınız". 
Qasim soruşdu: "Burada nə olub? Komandir kimdir?" 
Həmin  döyüşçü  cavab  verdi:  "Ağa  Bürucerdi  şəhərdə 
uşaqların  yanındadır.  Bu  gün  səhər  iraqlılar  şəhərin 
çoxunu tutmuşdular, uşaqların əks-hücumundan sonra geri 
çəkildilər". 
Yolumuzu  davam  etdirib  şəhərə  girdik,  maşını 
təhlükəsiz bir yerdə saxladıq. Qasim orada iki rəkət namaz 
qıldı. 
İbrahim  yaxınlaşıb  təəccüblə  soruşdu:  "Qasim,  bu,  nə 
namazı  idi?"  Qasim  də  çox  soyuqqanlılıqla  dedi: 
"Kürdüstanda  İslam  və  inqilab  düşmənləri  ilə  vuruşanda 
həmişə  Allahdan  istəyirdim  ki,  əsir  düşməyim  və  əlil 
olmayım. Bu dəfə isə istədim ki, mənə şəhadət nəsib etsin, 
daha dünyaya dözə bilmirəm". 
İbrahim  onu  çox  diqqətlə  dinləyirdi.  Sonra  birlikdə 
Məhəmməd  Bürucerdinin  yanına  getdik.  O,  Qasimi 
tanıyırdı. Gəlişimizə çox sevindi. 
Bir  qədər  danışandan  sonra  bir  yeri  göstərib  dedi:  "İki 
batalyon əsgər o tərəfə getdi. Komandirləri yoxdur. Qasim 
can, gör onları şəhərə gətirə bilərsənmi?!" 
Birlikdə  yola  düşdük.  Ora  əsgərlə  dolu  idi.  Hamısı 
silahlı  və  hazırlıqlı  idi,  amma  çox  qorxurdular,  İraq 
tərəfdən belə bir hücuma hazır deyildilər. 
Qasimlə  İbrahim  gedib  onlarla  danışdılar.  Onlara  elə 
sözlər  dedilər  ki,  çoxu  qeyrətə  gəldi.  Axırda  da  dedilər: 
"Kim  mərddir,  qeyrəti  varsa  və  namusunun  düşmən  əlinə 
keçməsini istəmirsə, bizimlə gəlsin". 
Bu  söhbətdən  sonra  əsgərlərin  təxminən  hamısı  yola 
düşdü. 


 
 
75 
Şəhərə qayıdıb səngər hazırlamağa başladıq. Əsgərlərin 
bir neçəsi dedi ki, bizim 106 kalibrli toplarımız da var. 
Qasim yaxşı bir yer tapdı. Topları oraya apardıq və atəş 
açmağa başladılar. Bir neçə mərmidən sonra İraq tankları 
geri  çəkilib  mövqeləri  boşaltdılar.  Uşaqlarımız  bundan 
ruhlandılar. 
Müharibənin  ikinci  gününün  qürub  çağı  idi.  Qasim 
əsgərlərin  səngərinin  yaxınlığında  bir  ev  tapıb  qərargah 
etdi, sonra mənə dedi: "İbrahimə de gəlsin, Təvəssül duası 
oxuyaq". 
Çərşənbə  axşamı  idi.  Mən  aralanandan  sonra  birdən 
evin  önünə  bir  mərmi  düşdü.  Öz-özümə  dedim:  Allaha 
şükür  ki,  Qasim  otağa  girib.  Bu  fikirlə  geri  qayıtdım. 
İbrahim  də  partlayışın  səsini  eşidib  cəld  bizim  yanımıza 
gəldi. 
Otağa girəndə gözlərimizə inanmadıq. Mərci boyda bir 
qəlpə  pəncərədən  keçib  düz  Qasimin  sinəsinə  dəymişdi. 
Qasim namaz qıldığı halda arzusuna qovuşmuşdu. 
Məhəmməd  Bürucerdi  xəbəri  eşidəndə  çox  narahat 
oldu. Həmin axşam Qasimin cənazəsinin yanında Təvəssül 
duası oxuduq, ertəsi gün isə cəsədini Tehrana yola saldıq. 
Bir  gündən  sonra  qərargahda  bizə  silah  anbarına 
baxmaq  tapşırıldı.  Təxminən  silahla  dolu  bir  məktəbi 
təhvil aldıq. 
Bir  gün  orada  qaldıq.  Təhlükəli  olduğuna  görə  silah-
sursatı  şəhərdən  çıxardılar.  İbrahim  zarafata  deyirdi: 
"Uşaqlar,  burada  Allahı  çox  xatırlayın,  çünki  bir  raket 
düşsə, bizdən heç nə qalmayacaq". 
Silah  anbarı  boşalandan  sonra  döyüş  yerinə  yollandıq. 
Sərpol  Zəhabın  qərbində  səngərlər  düzəldilmişdi.  Şəxsi 
heyətə  Əsğər  Vüsali  və  Əli  Qurbani  kimi  bir  neçə  təlim 
keçmiş komandir başçılıq edirdi. Pavə bölgəsində onların 


 
 
76 
Qırmızıdəsmallılar adlı bir partizan dəstələri vardı. Həmin 
dəstə ilə birgə Sərpola gəlmişdilər. 
Şəhərdə  gəzəndə  dostlarımızdan  bir  neçəsini  tapdıq: 
Məhəmməd  Şahrudi,  Məcid  Fəridvənd  və  sair.  Onlarla 
birlikdə təmas xəttinə getdik. 
Təpənin  başındakı  səngərdə  bizə  dedilər:  "Qarşıdakı 
təpədə  bizimlə  düşmən  arasında  döyüş  gedir,  digər 
təpələrdə də iraqlılar yerləşiblər". 
Bir  neçə  dəqiqədən  sonra  uzaqdan  bir  İraq  əsgəri 
göründü. Hamı atəş açmağa başladı. 
İbrahim qışqırdı: "Nə edirsiniz?! Patronları bitirdiniz”. 
Uşaqların  hamısı  dayandı.  İbrahim  bir  müddət 
Kürdüstanda olmuş və yaxşı hərbi təlim keçmişdi. O dedi: 
"Gözləyin, düşmən yaxınlaşsın, sonra atəş açın". 
Bu  zaman  iraqlılar  təpənin  aşağısından  atəş  açmağa 
başladılar. Üstümüzə dayanmadan raket və mərmi yağırdı. 
Sonra  da  bizim  səngərlərimizə  doğru  gəlməyə 
başladılar.  Əllərinə  ilk  dəfə  silah  götürmüş  döyüşçülər 
bunu  görüb  arxadakı  səngərlərə  qaçdılar.  Onlar  çox 
qorxmuşdular. Komandir qışqırdı: "Dayanın! Qorxmayın!" 
Bir  qədər  sonra  düşmənin  atəş  səsi  azaldı.  Səngərin 
bayırına baxdım. Onlar bizə  çox  yaxınlaşmışdılar. Birdən 
İbrahim  dostlarımızdan  bir  neçəsi  ilə  birgə  düşmənlərə 
hücum 
etdi. 
Onlar 
səngərdən  bayıra  qaça-qaça 
qışqırırdılar: "Allahu Əkbər!" 
Bir neçə dəqiqə ərzində bir neçə iraqlı öldürüldü, on biri 
əsir götürüldü, qalanı isə qaçdı. 
İbrahim  tez  onları  şəhərə  apardı.  İbrahimin  bu 
hərəkətindən bütün uşaqlar ruhlandılar. Bir neçə nəfər tez-
tez  əsirlərin  fotosunu  çəkirdi.  Bəziləri  də  İbrahimlə 
yadigar şəkil çəkdirirdilər. 


 
 
77 
Bir  saatdan  sonra  Sərpol  şəhərinə  girdik.  Orada 
öyrəndik  ki,  yol  bağlı  olduğundan  Qasimin  cəsədi  hələ 
qarnizonda  qalıb.  Biz  də  yola  düşdük  və  müharibənin 
beşinci  günündə  Qasimin  cəsədini  öz  avtomobili  ilə 
Tehrana gətirdik. 
Tehranda  izdihamlı  dəfn  mərasimi  keçirildi  və 
müqəddəs müdafiənin ilk şəhidi torpağa tapşırıldı. 
Dəfnə  çoxlu  adam  gəlmişdi.  Əli  Xürrəmdil  ucadan 
oxuyurdu:  
“Ey şəhid komandirim! Yolun davam edəcək!” 


 
 
78 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin