Ata məhəbbəti
Rza Hadi
Tehranın Xorasan meydanının yaxınlığında kirayəyə
götürdüyümüz kiçik bir evdə yaşayırdıq. 1957-ci il,
aprelin sonları idi. Atam bir neçə gün idi çox sevinirdi.
Allah ona bir oğul nəsib etmişdi. O, tez-tez Allaha şükür
edirdi.
O vaxt evdə üç oğul və bir qız olsaq da, atam yeni
doğulmuş bu uşağa görə çox sevinirdi. Bu, təbii idi. O, çox
şirin uşaq idi.
Atamız ona dözümlülük timsalı, tövhid və təvəkkül
qəhrəmanı olan bir peyğəmbərin adını verdi: İbrahim. Bu
ad ona həqiqətən, yaraşır.
Dost və qohumlar onu görəndə təəccüblə deyirdilər:
"Hüseyn ağa, sənin başqa üç uşağın da var, bu oğlana görə
nə üçün bu qədər sevinirsən?"
Atam xüsusi inamla cavab verirdi: "Bu oğlanda
qəribəlik var. Mən əminəm ki, İbrahimim Allaha yaxşı
bəndə olacaq və mənim adımı da yaşadacaq".
Doğru deyirdi. Ondan sonra Allah bizim ailəmizə daha
bir oğul və bir qız bağışlasa da, atamın İbrahimə sevgisi
azalmadı.
***
İbrahim orta məktəbi Ziba xiyabanında yerləşən
Taliqani ibtidai məktəbində oxudu. Onun xüsusi
xarakterləri vardı. İbtidai məktəbdə də namazını tərk
etmirdi.
Orada oxuyarkən bir dəfə dostuna belə demişdi:
"Mənim atam çox yaxşı adamdır. İndiyə qədər bir neçə
dəfə İmam Mehdini (ə) yuxuda görüb. Kərbəlanı ziyarət
11
etməyi çox arzulayanda isə həzrət Əbəlfəzli yuxuda görüb;
yanına gəlib onunla danışıb".
Dördüncü sinifdə oxuyanda dostlarına demişdi: "Atam
deyir ki, şahın sürgünə göndərdiyi ağa Xomeyni çox yaxşı
adamdır. Atam deyir ki, hamımız onun sözlərinə qulaq
asmalıyıq. Onun sözləri İmam Mehdinin (ə) əmrlərinə
bənzəyir”.
Dostları ona demişdilər: "İbrahim, daha belə danışma,
direktor bilsə, səni məktəbdən qovar".
Bu sözlər İbrahimin dostlarına qəribə gəlirdi, amma o,
atasına çox inanırdı.
|