Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə37/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   33   34   35   36   37   38   39   40   ...   86
Salam-olsun-İbrahimə-1

Şəbanın on beşi 
Şəhidin dostları 
İbrahim  şəban  ayının  on  beşində  axşamüstü  qərargaha 
girdi.  Gecədən  ondan  xəbər  yox  idi.  Özü  ilə  bir  düşmən 
əsiri də gətirmişdi. 
- Ağa İbrahim, haradasan? Bu kimdir? 
–  Gecə  düşmən  mövqelərinə  getmişdim.  Yolun 
kənarında gizlənib maşınların get-gəlinə fikir verdim. Yol 
boşalanda  gördüm  ki,  bir  minik  avtomobili  mənə  doğru 
gəlir.  İçində  sürücüdən  başqa  heç  kim  yox  idi.  Tez  yolu 
kəsib düşmən zabitini əsir tutdum. Yolda öz-özümə dedim 
ki,  bu  da  bizim  İmam  Mehdiyə  (ə)  hədiyyəmiz  olsun. 
Lakin  sonra  sözümə  peşman  oldum,  düşündüm  ki,  biz 
hara, İmam Mehdiyə (ə) hədiyyə vermək hara?!” 
Həmin  gün  uşaqlarla  bir  yerə  toplaşdıq.  Hər  bir 
mövzuda  söhbət  oldu.  Bir  nəfər  İbrahimdən  soruşdu: 
"Səncə, ən yaxşı komandirlər kimlərdir?” 
İbrahim  bir  az  fikirləşib  dedi:  "Korpusda  Məhəmməd 
Bürucerdi kimisini tanımıram. Məhəmməd elə bir iş gördü 
ki,  təxminən  heç  kimin  ağlından  keçmirdi.  O  qədər 
problemə 
rəğmən, 
Kürdüstanda 
müsəlman 
kürd 
peşmərgələrini  yaratdı  və  Kürdüstanı  qaydasına  saldı. 
Ordu  komandirləri  arasında  mayor  Əli  Səyyad  Şirazi 
kimisi yoxdur. O, sadə könüllü uşaqlardandır. Ağa Səyyad 
hərbçi  olmazdan  öncə  mömin  və  hizbullahçı  bir  gəncdir. 
Hərbi  Hava  Qüvvələrində  də  nə  qədər  axtarsan,  kapitan 
Şirudidən  yaxşısı  tapılmaz.  Şirudi  Sərpol  Zəhabda  öz 
helikopteri ilə düşmənin bir neçə əks-hücumunun qarşısını 
aldı.  O,  aviabazanın  komandiri  olsa  da,  o  qədər  sadə 
yaşayır  ki,  görsəniz,  təəccüb  edərsiniz.  Bədən  Tərbiyəsi 
Komitəsindən  bir  neçə  idman  ayaqqabısı  göndəriləndə 


 
 
102 
birini  Şirudiyə  verdim.  Komandir  olsa  da,  düz-əməlli 
ayaqqabısı yox idi”. 
Həmin  gün  söhbət  öz  arzularımıza  çatdı.  Hərə  bir  söz 
dedi. Çoxunun arzusu şəhid olmaq idi. 
Şəhid Seyid Əbülfəz Kazimi zarafata dedi: "Allah yaxşı 
və  pak  bəndələrini  ayırır.  Biz  buna  görə  tez-tez  günah 
edirik  ki,  mələklər  yanımıza  gəlməsinlər.  Biz  hələ 
yaşamaq istəyirik". 
Uşaqlar  gülüşdülər.  Növbə  İbrahimə  çatdı.  Hamı  onun 
arzusunun nə olduğunu bilmək istəyirdi. O, bir az dayanıb 
dedi:  "Mənim  arzum  şəhadətdir,  amma  hələ  yox.  Mən 
istəyirəm ki, İsraillə müharibədə şəhid olum". 
*** 
Sübh  çağı  pusqu  səngərlərindən  Gilanqərbə  qayıtdım. 
Korpusun qərargahına girdim. Həmişəkindən fərqli olaraq, 
orada heç kim yox idi. 
Bir qədər axtardım, heç  kimi tapmadım. Çox qorxdum. 
Düşündüm  ki,  birdən  düşmənlər  şəhəri  ələ  keçirmiş 
olarlar.  Həyətdə  qışqırdım:  "Kimsə  yoxdur?"  Bir  otağın 
qapısı açıldı, uşaqların biri işarə ilə məni yuxarı çağırdı. 
Otağa girdim. Hamı sakit halda üzüqibləyə oturmuşdu. 
İbrahim yandakı otaqda tək oturub yanıqlı səslə oxuyur, 
İmam  Mehdi  (ə)  ilə  dərdləşirdi.  Səsində  elə  qəribə  kədər 
vardı ki, hamı ağlayırdı. 


 
 
103 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin