Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə38/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   34   35   36   37   38   39   40   41   ...   86
Salam-olsun-İbrahimə-1

Mükafat 
Qasim Şəban 
Qərb bölgəsindəki partizan əməliyyatlarından biri bitdi. 
Uşaqları geri göndərdik. 
Əməliyyatdan sonra bir-bir səngərlərə baxdıq. Heç kim 
qalmamışdı. Biz qayıdan son adamlar idik. 
Gecə  saat  bir  idi.  Beşimiz  bir  müddət  yol  getdik. 
İbrahimə  dedim:  "Ağa  İbrahim,  çox  yorulmuşuq, 
mümkünsə burada istirahət edək". 
İbrahim razılaşdı və uyğun bir yerdə istirahətə başladıq. 
Hələ  yuxuya  getməmiş  düşmən  tərəfdən  kiminsə  bizə 
yaxınlaşdığını  hiss  etdim.  Yerimdən  hoppanıb  ehtiyatla 
baxdım. Düz anlamışdım, ay işığında aydın görünürdü: bir 
iraqlı bir nəfəri çiyninə atıb bizə yaxınlaşırdı. 
Çox asta səslə İbrahimi çağırdım. Ətrafa  yaxşı baxdım, 
başqa heç kim yox idi. 
Bizə  yaxınlaşanda  yerimizdən  çıxıb  yolunu  kəsdik. 
Düşmən  əsgəri  çox  qorxdu  və  orada  yerə  oturdu. 
Çiynindəki  bizim  Bəsic  uşaqlarımızdan  biri  idi.  O, 
yaralanıb qalmışdı. 
Çox 
təəccübləndim.  Silahımı  çiynimdən  asdım. 
Uşaqların köməyi ilə yaralını götürdük. Rza soruşdu: "Sən 
kimsən? Burada nə edirsən?” 
– Siz gedəndən sonra mən səngərləri gəzməyə başladım, 
birdən  bu  gənci  gördüm.  Ağrıdan  qıvrılır,  həzrət 
Əmirəlmöminini  (ə)  və  İmam  Mehdini  (ə)  çağırırdı.  Öz-
özümə  dedim  ki,  həzrət  Əli  (ə)  xatirinə,  nə  qədər  ki, 
qaranlıqdır  və  bizimkilər  gəlməyiblər,  bu  gənci  sizin 
səngərinizin  yaxınlığına  aparım.  Biz  şiə  əsgərlər  məcbur 
qalıb cəbhəyə gəlmişik. 


 
 
104 
Çox təəccübləndim. İbrahim iraqlı əsgərə dedi: "İstəsən, 
burada qal, qayıtma". 
İraqlı  əsgər  köynəyinin  cibindən  bir  şəkil  çıxarıb  dedi: 
"Bunlar  mənim  ailəmdir.  Sizə  qoşulsam,  Səddam  onları 
öldürər". 
Sonra  təəccüblə  gözlərini  İbrahimin  üzünə  dikdi.  Bir 
neçə  saniyə  sükutdan  sonra  ərəb  ləhcəsilə  soruşdu:  "Sən 
İbrahim Hadisən?" 
Təəccüblə  bir-birimizə  baxdıq.  İbrahim  də  heyrət  dolu 
təbəssümlə soruşdu: "Adımı haradan bilirsən?!" 
Mən  zarafata  dedim:  "Dadaş  İbrahim,  demirdin  ki, 
iraqlıların arasında da dostlarım var?!" 
İraqlı  əsgər  dedi:  "Bir  ay  öncə  sizin  və  başqa  bir  neçə 
komandirin şəklini bütün birləşmələrə göndərib dedilər ki, 
bunların başını gətirən Səddam tərəfindən böyük mükafat 
alacaq!" 
*** 
Həmin  günlərdə  xəbər  gəldi  ki,  qərb  korpusunun 
rəhbərliyindən  Əndərzqu  dəstəsinə  bir  başçı  seçilib  və 
Gilanqərbə  gəlir.  Biz  də  gözlədik,  amma  komandirdən 
xəbər  çıxmadı.  Nəhayət,  öyrəndik  ki,  bir  müddətdir 
dəstədə  adi  Bəsic  üzvü  kimi  fəaliyyət  göstərən  Camal 
Tacik həmin komandirdir. 
İbrahimlə  və  başqa  bir  neçə  nəfərlə  birgə  Camalın 
yanına gedib soruşduq: "Nə üçün özünü təqdim etmədin? 
Nə üçün demədin ki, dəstənin başçısısan?" 
Camal  bizə  baxıb  dedi:  "Başçılıq  işin  görülməsindən 
ötrüdür.  Allaha  şükür,  burada  iş  ən  gözəl  şəkildə  görülür. 
Mən də sizin aranızda olmaqdan məmnunam. Məni sizinlə 
tanış etdiyinə görə Allaha şükür edirəm. Siz heç kimə bir 
söz deməyin, qoy uşaqların mənə baxışı dəyişməsin". 


 
 
105 
Camal  bir  müddətdən  sonra  baş  tutan  Vəlfəcr-hazırlıq 
əməliyyatında  hücumçu  batalyonlardan  birinin  komandiri 
oldu və orada da şəhadətə qovuşdu. 


 
 
106 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin