Salam olsun İbrahimə


Əbu-Cəfər  Hüseyn Allahkərəm, Fərəcullah Muradian



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə39/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   35   36   37   38   39   40   41   42   ...   86
Salam-olsun-İbrahimə-1

Əbu-Cəfər 
Hüseyn Allahkərəm, Fərəcullah Muradian 
1981-ci ilin martında uşaqların Bazideraz dağında başqa 
bir  əməliyyat  keçirdiklərini  eşitdik.  Qərara  gəldik  ki, 
Əndərzqu  dəstəsinin  uşaqları  da  düşmən  mövqelərinə 
partizan hücumuna keçsinlər. 
Bu  işə  İbrahim,  Vahab  Qəmbəri,
1
    Rza  Qudini  və  mən 
seçildik.  Yerli  kürdlərdən  Şahrux  Nurayi  və  Hişmət 
Kuhpeykər də bizimlə gəldi. 
Özümüzlə  ərzaq,  silah  və  bir  neçə  mina  götürüb  hava 
qaralanda dağa doğru yola düşdük. Yüksəkliklərdən keçib 
Gilan  düzünə  çatdıq.  Hava  işıqlaşanda  uyğun  bir  yerdə 
yerləşib gizləndik. 
Günboyu  istirahətlə  yanaşı  düşmən  mövqelərini  və 
yolları öyrəndik, xəritə hazırladıq. Qarşımızdakı düzdə iki 
yol  vardı:  biri  asfalt,  o  biri  isə  torpaq  yol  idi  və  hərbi 
fəaliyyət  üçün  istifadə  olunurdu.  Bu  iki  yolun  arasında 
təxminən  5  km.  məsafə  vardı.  İraq  ordusunun  bir  bölüyü 
təpələrdə  və  yolların  kənarında  yerləşib  təhlükəsizliyi 
qoruyurdu. 
Hava qaralanda namazı qılıb yola düşdük. 
Rza Qudini ilə mən asfalt  yola, digər uşaqlar da torpaq 
yola getdilər. Yolun kənarında gözlədik. Yol boşalan kimi 
cəld hərəkətə keçib çalalarda avtomobil əleyhinə iki mina 
                                                 
1
  O,  yerli  kürdlərdən  və  Kermanşah  korpusunun  əsasını  qoyanlardan 
idi.  Onun  həm  universitet  təhsili  vardı,  həm  də  Quran  və  Nəhcül-
bəlağəni  yaxşı  bilirdi.  Çoxları  Kermanşahın  Kürdüstan  fitnəsinə 
qoşulmamasını  onun  idarəçiliyinə  və  cəsarətinə  borclu  olduğunu 
düşünürlər. Vahab da zəhmətlərinin mükafatını alıb şəhidlər karvanına 
qoşuldu. 


 
 
107 
quraşdırdıq,  üzərini  bir  qədər  torpaqla  örtüb  torpaq  yola 
doğru getdik. 
Düşmən  qüvvələrinin  get-gəlindən  onların  hələ 
Baziderazın  üstündə  vuruşduqlarını  bilmək  olurdu.  Əksər 
maşınlar  və  şəxsi  heyət  ora  gedirdi.  Hələ  torpaq  yola 
çatmamış  dəhşətli  bir  gurultu  eşitdik.  Birdən  hər  ikimiz 
oturub geriyə baxdıq. 
Bir düşmən tankı minaya düşmüşdü və yanırdı. Bir neçə 
saniyədən  sonra  tankın  içindəki  mərmilər  də  bir-bir 
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin