Salam olsun İbrahimə


Halal ruzi  Şəhidin bacısı



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə4/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   2   3   4   5   6   7   8   9   ...   86
Salam-olsun-İbrahimə-1

Halal ruzi 
Şəhidin bacısı 
Böyük  Peyğəmbərimiz  buyurur:  "Yaxşı  adam  olmaq 
üçün  övladlarınıza  yardım  edin,  çünki  insan  istəsə, 
itaətsizliyi övladından uzaqlaşdıra bilər".
1
 
Atamız  İbrahimi  və  digər  uşaqlarını  düzgün  tərbiyə 
etmək  işində  əsla  səhlənkarlıq  etmirdi.  O,  çox  təqvalı  bir 
insan  idi:  məscidə  gedirdi,  halal  ruziyə  çox  əhəmiyyətli 
yanaşırdı.  O,  Peyğəmbərimizin  belə  buyurduğunu  bilirdi: 
"İbadət on qisimdir ki, doqquzu halal ruzi qazanmaqdır".
2
 
Buna  görə  də,  bəzi  quldurlar  onu  incidib  ozamankı 
Əmiriyyə məhəlləsində halal ruzi qazanmağa qoymayanda 
atasından  miras  qalmış  dükanı  satıb  şəkər  zavodunda 
işləməyə getdi. 
Orada  səhərdən  axşama  qədər  sobanın  önündə  dayanıb 
fəhləlik edirdi. Həmin ərəfədə kiçik bir ev aldı. 
İbrahim  dəfələrlə  deyirmiş:  "Atamın  yaxşı  övladlar 
tərbiyə  etməsinin  səbəbi  halal  ruzi  üçün  çəkdiyi 
əziyyətlərdir". 
Öz  uşaqlığını  xatırlayanda  da  deyərmiş:  “Atam  mənə 
Quran əzbərlətdirir, məni həmişə özü ilə məscidə aparırdı. 
Biz  çox  vaxt  Sərçeşmə  dördyolunun  aşağısındakı 
Ayətullah  Nuri  məscidinə  gedirdik.  Orada  həzrət  Əli 
Əsğər heyəti vardı. Atam o heyətdə xidmət edirdi”. 
Yadımdadır,  üçüncü-dördüncü  sinifdə  oxuyanda  atam 
İbrahimə  hirslənib  dedi:  "İbrahim,  çıx  bayıra,  axşama 
qədər də gəlmə". 
                                                 
1
 "Nəhcül-fəsahə", hədis: 379. 
2
 "Bihar əl-ənvar", c. 103, s. 7. 


 
 
13 
İbrahim  axşama  qədər  evə  gəlmədi.  Hamımız  onun 
günorta  ac  qalmasından  ötrü  narahat  idik,  amma  heç  kim 
atamın  sözünün  üstünə  bir  söz  demədi.  İbrahim  axşam 
qayıtdı,  hörmətlə  hamıya  salam  verdi.  Tez  soruşdum: 
"Günortaya  nə  yedin,  dadaş?"  Atam  hələ  də  özünü  hirsli 
göstərsə də, İbrahimin cavabını gözləyirdi. 
İbrahim  çox  sakitcə  dedi:  "Küçədə  bir  qoca  qadın 
gördüm.  Bazardan  gəlirdi,  çox  şey  almışdı,  amma  evinə 
apara  bilmirdi.  Gedib  ona  kömək  etdim,  əşyalarını  evinə 
apardım. Qadın da çox təşəkkür etdi və mənə bir beşriallıq 
verdi.  Almaq  istəmirdim,  amma  çox  israr  etdi.  Mən  də 
əmin  idim  ki,  bu  pul  halaldır,  çünki  onun  üçün  zəhmət 
çəkmişdim. Günorta həmin pulla çörək alıb yedim”. 
Atam  əhvalatı  eşidib  təbəssüm  etdi.  Sevinirdi  ki,  oğlu 
atasının dərsini  yaxşı öyrənib və halal  ruziyə  əhəmiyyətli 
yanaşır. 
Atamın İbrahimə məhəbbəti ata-oğul əlaqəsindən üstün 
idi.  Onların  arasında  qəribə  sevgi  vardı  və  bu,  İbrahimin 
şəxsiyyətinin  inkişafında  özünü  göstərdi.  Lakin  bu 
münasibət çox çəkmədi. 
İbrahim  hələ  yeniyetmə  olanda  atasını  itirdi,  qəmli  bir 
qürub  çağı  ağır  yetimlik  kölgəsi  başının  üstünü  aldı. 
Ondan  sonra  isə  kişi  həyatına  davam  etdi.  Həmin  illərdə 
çoxlu  dost-tanış  ona  idmanla  məşğul  olmasını  tövsiyə 
edirdi. O da bu yolu seçdi. 


 
 
14 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin