Dost
Mustafa Hərəndi
Çox gərgin idi, üzündən narahatlıq yağırdı. Nə baş
verdiyini soruşanda dedi: "Axşam uşaqlarla kəşfiyyata
getmişdik. Qayıdanda Maşallah Əzizi
1
minaya düşüb
şəhid oldu. İraqlılar atəş açdıqlarına görə biz də qayıtmağa
məcbur qaldıq”.
Narahatlığının səbəbini anladım.
Hava qaralanda getdi və gecənin yarısı sevinclə qayıtdı.
Dayanmadan qışqırırdı: "Həkim! Həkim! Tez gəl,
Maşallah sağdır".
Uşaqlar sevinib Maşallahı təcili-yardım maşınına
qoydular. İbrahim isə bir tərəfdə fikirli oturmuşdu. Mən də
yanında oturdum.
– Nə fikirləşirsən?
Bir qədər sükut etdi.
– Maşallah iraqlıların səngərinin yanında minaya
düşmüşdü, mən gedəndə isə orada deyildi. Onu bir qədər
geridə tapdım, düşməndən uzaqda, təhlükəsiz yerdə.
Oturub məni gözləyirdi.
***
Ayağımdan çoxlu qan axmış, bədənim keyimişdi.
İraqlılar əmin idilər ki, sağ deyiləm. Qəribə halda idim,
yalnız dodaqaltı deyirdim: "Ya Sahibəzzaman! İmdada
yet!"
Hava qaralmışdı. Nurlu bir gənc başım üstə gəldi.
Gözlərimi çətinliklə açdım. Məni yavaşca qaldırıb
1
Müharibə əlili Maşallah Əzizi Gilanqərb şəhərinin ixlaslı və təqvalı
müəllimlərindən idi. Onun əlillik əhvalatı haqda Vüsal kitabında
məlumat verilmişdir.
112
minalanmış sahədən çıxardı və təhlükəsiz bir yerdə
yavaşca yerə qoydu.
Mən ağrı hiss etmirdim. O ağa mənimlə çox söhbət etdi
və sonra buyurdu: "Bir nəfər gəlib səni xilas edəcək. O,
bizim dostumuzdur".
Az sonra İbrahim həmişəki vüqarı ilə göründü. Məni
çiyninə atıb yola düşdü. O nurlu gənc İbrahimi öz dostu
adlandırmışdı. Xoş onun halına!
Bu sözləri Maşallah Gilanqərb cəbhəsinə dair
xatirələrində yazırdı.
***
Maşallah Gilanqərbin ixlaslı və təqvalı müəllimlərindən
idi. O, müharibənin ilk günündən sonuna qədər cəsarətlə
döyüşdü, bütün əməliyyatlarda iştirak etdi və müharibədən
sonra avtomobil qəzasında şəhid dostlarına qovuşdu.
|