Ziyarət
Cabbar Sütudə, Mehdi Fəridvənd
Müharibənin birinci ili idi. Əndərzqu dəstəsinin uşaqları
ilə Gilanqərbin şimalındakı dağlardan birinə getdik.
Sərhədə baxan təpələrin birinin başına çıxdıq. Zastava
düşmənin əlində idi. İraq maşınları ətraf yollarda asanlıqda
get-gəl edirdilər.
İbrahim dua kitabçasını açdı və uşaqlarla birgə Aşura
ziyarətnaməsi oxuduq. Mən düşmən tapdağı altında qalmış
bölgələrə həsrətlə baxıb dedim: "İbrahim can, sərhəd
yoluna bax, düşmənlər rahatlıqla gedib-gəlirlər. Görəsən
bir gün bizim xalqımız bu yollardan rahatlıqla keçib öz
şəhərlərinə gedə biləcək?"
Fikri məndə deyildi, çox uzaqlara baxırdı. Birdən
gülümsəyib dedi: "Nə danışırsan?! Bir gün gələcək bizim
xalqımız bu yolla dəstə-dəstə Kərbəlaya gedəcək".
Qayıdanda uşaqlardan zastavanın adını soruşdum. Biri
dedi: "Xosrovi sərhədi".
İyirmi ildən sonra Kərbəlaya gedəndə gözüm həmin
dağa sataşdı. İbrahim onun başında Aşura ziyarətnaməsi
oxumuşdu.
Sanki İbrahimi görürdüm; bizi yola salırdı. O dağ
Xosrovi zastavasının düz qarşısında idi. Həmin gün
avtobuslar sərhədə doğru gedir, xalqımız dəstə-dəstə
Kərbəla ziyarətinə axışırdı.
***
Tehranda olanda ağa İbrahimin cümə axşamı proqramı
həzrət Əbdüləzimi ziyarət etmək idi. O deyirdi: "Cümə
axşamı Allahın rəhmət axşamıdır, Əbu Abdullah Hüseyni
(ə) ziyarət gecəsidir. Bütün övliya və mələklər Kərbəlaya
121
gedirlər, biz də Əhli-beytin Kərbəla savabına bərabər
göstərdiyi bir yerə gedirik".
Orada Kumeyl duasını oxuyur və gecə saat 1-də
qayıdırdı. Bəsic proqramları başlayandan sonra isə
ziyarətdən birbaş məscidə Bəsic uşaqlarının yanına
gedirdi.
Bir
gecə
məqbərədən
birlikdə
çıxdıq.
Mən
tələsdiyimdən uşaqların birinin motosikleti ilə məscidə
gəldim, İbrahim isə iki-üç saatdan sonra çatdı.
Gecikməsinin səbəbini soruşanda dedi: "Məqbərədən
piyada yola düşdüm, yolda Şeyx Səduqu da ziyarət etdim.
Qədim tehranlılar deyirlər ki, İmam Mehdi (ə) cümə
axşamları Şeyx Səduqun məzarını ziyarət edir".
– Bəs nə üçün piyada gəldin?
Düz-əməlli cavab vermədi.
– Sən məscidə gəlməyə tələsirdin, amma piyada gəldin.
Bunun mütləq bir səbəbi olmalıdır.
Çox soruşandan sonra dedi: "Məqbərədən çıxanda çox
ehtiyaclı bir adam yaxınlaşdı, mən də cibimdəki pulu ona
verdim. Taksiyə minmək istəyəndə gördüm ki, pulum
yoxdur. Buna görə piyada gəldim".
***
Son zamanlarda hər həftə ziyarətə gedirdik, gecə yarısı
da Behişti-Zəhra (ə) şəhid məzarlığına yollanırdıq.
İbrahim orada bizə rövzə oxuyurdu. O, bəzi gecələr qəbrə
girib çox yanıqlı səslə Kumeyl duasını oxuyur, ağlayırdı.
|