Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə47/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   43   44   45   46   47   48   49   50   ...   86
Salam-olsun-İbrahimə-1

Əl qumbarası 
Əli Müqəddəm 
Vəlfəcr-hazırlıq  əməliyyatına  az  qalırdı.  Planları 
dəqiqləşdirməkdən ötrü Əndərzqu dəstəsinin qərargahında 
korpus və ordu komandirlərinin birgə iclası keçirildi. 
İclasda  mən,  İbrahim,  ordu  və  korpusun  hərəsindən  üç 
komandir  iştirak  edirdi.  Uşaqların  bir  qismi  də  həyətdə 
təlim keçirdi. 
İclasın  ortasında,  söhbət  edən  yerdə  birdən  otağın 
pəncərəsindən  içəri  bir  əl  qumbarası  atıldı.  Qumbara  düz 
otağın  ortasına  düşdü.  Qorxudan  özümü  itirdim. 
Oturduğum  yerdə  başımı  əllərimlə  tutub  divara  qısıldım. 
Bir neçə anlığa nəfəsim dayandı. Mənim kimi hərə özünü 
bir  tərəfə  çəkdi.  Saniyələr  ağır  keçirdi.  Nədənsə  partlayış 
səsi 
gəlmədi. 
Çox 
ehtiyatla 
gözlərimi 
açdım, 
barmaqlarımın 
arasından  otağın  ortasına  baxdım. 
Gördüyüm  səhnə  inanılmaz  idi.  Əllərimi  yavaşca 
endirdim,  başımı  qaldırıb  heyrət  içində  dedim:  "Ağa 
İbrahim..." 
Digərləri  də  bir-bir  başlarını  qaldırdılar.  Hamının  rəngi 
qaçmışdı və otağın ortasına baxırdı. 
Çox qəribə səhnə idi. Biz otağın kənarlarında büzüşdüyümüz 
halda İbrahim qumbaranın üstünə uzanmışdı. 
Bu əsnada təlim komandiri otağa girdi. 
-  Çox  üzr  istəyirəm.  Bu,  təlim  qumbarası  idi,  səhvən 
otağa düşdü. 
İbrahim  qumbaranın  üstündən  qalxdı.  Müharibənin 
birinci ili idi və o vaxta qədər heç bir yerdə belə bir hadisə 
baş verməmişdi. 
Sanki  o  qumbara  bizim  mərdliyimizi  sınamağa 
gəlmişdi. 


 
 
123 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin