Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə52/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   48   49   50   51   52   53   54   55   ...   86
Salam-olsun-İbrahimə-1

İki qardaş kimi 
Əli Sadiqi 
Şəhid  Şahbazinin  yas  məclisində  iştirak  etmək  üçün 
sərhəd  şəhərlərindən  birinə  yollandıq.  Oranın  adət-
ənənəsinə  uyğun  olaraq,  yas  məclisi  səhərdən  günortaya 
qədər keçirilirdi. 
Günorta  qonaqlara  aftafa-ləyən  gətirdilər.  Əllərini 
yuyandan  sonra  nahar  yeməyi  yeyəcəkdilər  və  bununla 
məclis bitəcəkdi. 
İçəri girəndə gördüm ki, Cavad məclisin başında oturub, 
İbrahim  də  yanında.  Mən  də  gedib  İbrahimin  yanında 
oturdum. 
İbrahimlə Cavad iki qardaş kimi çox səmimi dost idilər. 
Onların zarafatları da maraqlı idi. 
Məclisin sonunda şəhidin yaxınlarından ikisi su gətirdi. 
Onlar birinci Cavada yaxınlaşdılar. 
Cavad  bu  mərasim  barədə  bir  şey  bilmirdi.  İbrahim 
onun  qulağına  nəsə  pıçıldadı.  Cavad  təəccüblə  ucadan 
soruşdu: "Ciddi deyirsən?" İbrahim astadan dedi: "Yavaş!" 
Sonra  İbrahim  üzünü  mənə  tutub  çox  ürəkdən,  amma 
səssiz  güldü.  Mən  dedim:  "Nə  olub,  İbrahim?  Ayıbdır, 
gülmə". 
- Cavada dedim ki, aftafa ilə başını yumalısan. 
Bir  neçə  saniyədən  sonra  elə  də  oldu.  Cavad  əllərini 
yuyandan sonra başını suyun altına tutdu. Üz-başından su 
axa-axa təəccüblə ətrafına baxırdı. 
Dedim: "Nə etdin, Cavad?! Bura hamamdır?!" 
Sonra çəfiyəmi verdim, başını quruladı. 
*** 
İbrahim,  Cavad  və  Rza  Qudini  bir  neçə  günlük 
kəşfiyyatdan  qayıdırdılar.  Sağ  olduqlarını  bilib  çox 


 
 
138 
sevindik  və  onları  qarşılamaq  üçün  Şəhid  Əndərzqu 
qərargahının  önünə  toplaşdıq.  Bir  neçə  dəqiqədən  sonra 
maşınla  gəldilər.  İbrahimlə  Rza  düşdü.  Uşaqlar  sevincək 
onlara yaxınlaşdılar, görüşüb-öpüşdülər. 
Uşaqların  biri  soruşdu:  "Ağa  İbrahim,  Cavad 
haradadır?" 
Bir  anlığa  hamı  sakit  oldu.  İbrahim  də  bir  qədər 
dayandı, sonra kədərlə "Cavad..." - deyib maşının arxasına 
baxdı. 
Orada  bir  nəfər  uzanmışdı,  üstünə  ədyal  sərmişdilər. 
Bütün uşaqları sükut bürüdü. 
İbrahim  yenə  dilləndi:  "Cavad...  Cavad...”  Birdən 
gözlərindən  yaş  axdı.  Uşaqların  bir  neçəsi  ağlamağa 
başladı: "Cavad! Cavad!" Sonra maşının arxasına keçdilər. 
Hamının  ağladığı  yerdə  birdən  Cavad  yuxudan  oyanıb 
oturdu və dedi: "Nədi? Nə olub?" O, mat-məəttəl ətrafına 
baxırdı. 
Gözüyaşlı uşaqlar hirslə İbrahimi axtarmağa başladılar. 
O isə artıq içəri girmişdi. 


 
 
139 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin