Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə53/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   49   50   51   52   53   54   55   56   ...   86
Salam-olsun-İbrahimə-1

Tapança 
Əmin Məncər 
1982-ci il, martın ortaları idi. Silahları və digər əşyaları 
təhvil  alıb cənuba doğru hərəkətə hazırlaşdıq. Xuzistanda 
böyük bir əməliyyat olacaqdı. Korpusun və Bəsicin əksər 
şəxsi heyəti oraya gedirdi. 
Əndərzqu  dəstəsi  Gilanqərb  korpusunun  uşaqları  ilə 
birgə  cənuba  hazırlaşırdı.  Son  günlərdə  isə  Kermanşah 
korpusundan  bir  xəbər  gəldi:  "Qardaş  İbrahim  Hadi  bir 
kolt tapançası alıb, hələ təhvil verməyib". 
İbrahim  onda  kolt  tapançasının  olmadığını  söylədi, 
amma  faydası  olmadı.  Dedim  ki,  İbrahim,  bəlkə  almısan, 
təhvil  vermək  yadından  çıxıb.  Bir  az  fikirləşib  dedi: 
"Yadıma gəlir ki, təhvil aldım, amma Məhəmmədə verdim 
ki,  təhvil  versin".  Sonra  soruşub  öyrəndik  ki,  silah 
Məhəmməddə  qalıb  və  hələ  təhvil  verməyib,  özü  də  bir 
həftə öncə Tehrana qayıdıb.  Tehrana  gedib  Məhəmmədin 
ünvanını  soruşduq.  Öyrəndik  ki,  oradan  da  gedib  və 
İsfahan-Yəzd  yolunda  yerləşən  Kuhpayə  adlı  kəndlərinə 
dönüb. 
Silahı  təhvil  vermək  İbrahim üçün çox vacib  idi. Buna 
görə  dedi  ki,  gəl  birlikdə  Kuhpayəyə  gedək.  Axşam 
İsfahana yola düşdük, oradan da Kuhpayə kəndinə getdik. 
Səhər  tezdən  kəndə  çatdıq.  Hava  bir  qədər  soyuq  idi. 
İbrahimə dedim: "Yaxşı, indi hara getməliyik?" 
– Allah-Taalanın Özü yolu göstərəcək. 
Kəndin  içində  bir  qədər  fırlandıq.  Yolda  qoca  bir  qarı 
yad  adam  olduğumuzu  bilib  bizə  baxırdı.  İbrahim 
maşından enib ucadan dedi: "Salam, ana". 
Qarı gülərüzlə dedi: "Salam, canım. Kimi axtarırsan?" 
– Nənə, Məhəmməd Kuhpayəni tanıyırsan? 


 
 
140 
– Hansı Məhəmməd? 
– Cəbhədən təzə gəlib, təxminən 20 yaşı var. 
Qadın gülümsəyib dedi: "Gəlin bura". Sonra evinə girdi. 
Maşını kənara çəkib biz də evə girdik. 
Qadın bizə rəngarəng səhər yeməyi hazırladı. 
– Siz İslam əsgərlərisiniz, yeyin ki, güclü olasınız. 
Sonra  əlavə  etdi:  "Məhəmməd  mənim  nəvəmdir,  bizdə 
yaşayır.  İndi  isə  şəhərə  gedib,  axşama  qədər  də 
qayıtmayacaq". 
İbrahim dedi: "Nənə, bağışlayın, sizin bu nəvəniz elə bir 
tutub ki, cəbhədən buraya qədər gəlmişik". 
Qadın təəccüblə soruşdu: "Məgər nə edib?" 
– Məndən tapança alıb, təhvil verməyib, özü ilə gətirib. 
İndi də mənə deyirlər ki, o silahı tapıb təhvil verməlisən. 
Qadın ayağa qalxıb dedi: "Bu oğlanın işlərinə bax!" 
– Ana, zəhmət çəkmə, biz əziyyət verməyəcəyik. 
– Buraya gəlin. 
İbrahimlə  bir  otağa  girdik.  Qadın  dedi:  "Məhəmmədin 
əşyaları bu şkafdadır. Mən gördüm, bir neçə gün öncə bir 
şey gətirib buraya qoydu. İndi özünüz qıflını açın". 
İbrahim  dedi:  "Ana,  icazəsiz  kiminsə  əşyalarını 
qurdalamaq yaxşı deyil". 
– Bacarsaydım, özüm açardım. 
Sonra  gedib,  bir  vintaçan  gətirdi  və  mən  şkafın  kiçik 
qıflını açdım. 
Qapı  açılan  kimi  əşyaların  üstündə  ağ  parçaya 
bükülmüş tapança uzaqdan bilindi. Silahı götürüb çıxdıq. 
Sağollaşanda  İbrahim  soruşdu:  "Ana,  bizə  nə  üçün 
inandın?" 
–  İslam  əsgəri  yalan  danışmaz.  Məgər  siz  bu  nurani 
sima ilə yalan deyərsiniz?! 


 
 
141 
Tehrana  yola  düşdük.  İsfahan  yolunda  gözüm  ordunun 
bir artilleriya qarnizonuna sataşdı. 
-  Ağa  İbrahim,  yadındadır,  Sərpol-Zəhabda  ordu 
artilleriyasının  bir  komandiri  vardı,  əməliyyatlarda  bizə 
çox kömək elədi. 
– Ağa Məddahı deyirsən? 
–  Hə.  İsfahan  artilleriyasının  komandiri  olub,  bəlkə  də 
indi buradadır. 
– Onda gedək ziyarət edək. 
Qarnizonun  önündə  dayandıq.  İbrahim  maşından  enib 
nəzarət-buraxılış  məntəqəsindən  soruşdu:  "Salam.  Ağa 
Məddah buradadır?" 
Keşikçi  İbrahimi  başdan-ayağa  süzdü.  Kürd  şalvarı  və 
uzun  köynək  geyinmiş  sadə  bir  adam  qarnizonun 
komandirini  soruşurdu!  Mən  yaxınlaşıb  dedim:  "Qardaş, 
biz  ağa  Məddahın  dostlarıyıq,  cəbhədən  gəlmişik.  İmkan 
varsa, onu görmək istəyirik". 
Keşikçi əlaqə saxlayıb bizim gəlişimizi xəbər verdi. Bir 
neçə  dəqiqədən  sonra  komandir  qərargahından  qapıya  iki 
SUV  avtomobili  gəldi.  Polkovnik-leytenant  Məddah  bizi 
görən kimi birinci İbrahim olmaqla ikimizi də qucaqlayıb 
öpdü,  sonra  israrla  qərargaha  dəvət  etdi  və  iclas  zalına 
apardı. Təxminən iyirmi zabitlə iclas keçirirmiş. 
Ağa Məddah iclasın  sədri idi.  İki  stul  gətizdirdi və biz 
zabitlərin  yanında  oturduq.  Sonra  söhbətə  başladı: 
"Dostlar,  hamınız  məni  tanıyırsınız;  həm  inqilabdan  öncə 
doqquzgünlük müharibədə, həm də müharibənin ilk ilində 
Cəsarət  medalı  almışam.  Mənim  artilleriya  qrupum  ən 
çətin  tapşırıqları  gözəl  şəkildə  yerinə  yetirib  və  bütün 
əməliyyatlarda  uğurla  çıxış  edib.  Mən  ölkə  daxilində  və 
xaricdə çox ağır və mühüm hərbi təlimlər keçmişəm. 


 
 
142 
Lakin  mənim  bütün  öyrəndiklərimi  sual  altına  aparan 
adamlar var". 
Sonra bir misal  çəkdi:  "Dünya müharibələrinin  qanunu 
deyir ki, hücum etdiyiniz yerdə yüz nəfər varsa, siz üç yüz 
nəfər  olmalısınız;  silah-sursatınız  da  onlardan  çox 
olmalıdır". 
Komandir  bir  qədər  dayandı  və  sonra  əlavə  etdi:  "Bu 
ağa Hadi və onun dostları çox qəribə işlər görürlər. Bunlar 
bir  əməliyyatda  yüz  nəfərdən  az  şəxsi  heyətlə  düşmənə 
hücum  etmiş,  öz  saylarından  artıq  düşmən  öldürmüş  və 
əsir tutmuşlar. O zaman mən onlara hava dəstəyi verirdim. 
Yadımdadır,  bir  dəfə  Bazideraza  hücuma  keçmək 
istəyirdilər.  Mən  onların  vəziyyətini  görəndə  dostuma 
dedim  ki,  mütləq  məğlub  olacaqlar.  Lakin  həmin 
əməliyyatda  düşmən  mövqelərini  ələ  keçirməkdən  əlavə, 
öz saylarından da artıq düşmən qüvvəsini məhv etdilər". 
İclasdakı  gənc  zabitlərin  biri  dedi:  "Ağa  Hadi, 
əməliyyatlarınızın hansı formada baş tutduğunu açıqlayın, 
biz də öyrənək". 
İbrahim başını aşağı salıb oturmuşdu. 
– Yox, qardaş, biz bir iş görməmişik. Ağa Məddah çox 
təriflədi, biz bir karə deyilik, hamısı Allahın lütfü olub. 
Ağa  Məddah  dilləndi:  "Onun  və  dostlarının  bizə 
öyrətdiyi budur ki, şəxsi heyətin və silah-sursatın sayı əsas 
deyil,  müharibədə  birinci  sözü  deyən  döyüşçülərin 
ruhiyyəsidir.  Bunlar  bir  təkbirlə  düşmənin  canına  elə 
qorxu salırdılar ki, yüz top və tankdan təsirli olurdu". 
Sonra əlavə etdi: "Bunların fiziki baxımdan kiçik, amma 
qüvvə  və  cəsarətcə  böyük  olan  bir  dostları  vardı.  Adı 
Əsğər  Vüsali  idi.  O,  müharibənin  ilk  günlərində  öz 
adamları ilə düşmənin qarşısını aldı və şəhadətə qovuşdu. 
Mən  Bəsic  üzvü  olan  bu  ixlaslı  uşaqlardan  bu  Quran 


 
 
143 
ayəsini öyrəndim: "İçərinizdə iyirmi dözümlü kişi olsa, iki 
yüz kafirə, yüz dözümlü kişi olsa, min kafirə qalib gələr". 
(Ənfal, 65) 
Bir  qədər  sonra  iclas  iştirakçılarından  üzr  istəyib 
Tehrana  yola  düşdük.  Mən  yolda  baş  verənlər  haqda 
fikirləşirdim. 
İbrahim  macəra  dolu  tapançasını  korpusa  təhvil  verib 
Əndərzqu dəstəsinin uşaqları ilə Xuzistana getdi. 
Təxminən  14  aylıq  Gilanqərb  dövrü  bütün  acı  və  şirin 
xatirələri  ilə  birgə  sona  çatdı.  Bu  dövrdə  böyük 
qəhrəmanlıqlara  şahid  olduq.  Bu  müddət  ərzində  İraq 
ordusunun üç hərbi briqadası kiçik bir partizan dəstəsinin 
hücumları qarşısında aciz qalmışdı. 


 
 
144 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin