Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə57/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   53   54   55   56   57   58   59   60   ...   86
Salam-olsun-İbrahimə-1

Həzrət Zəhra (ə) məclisi 
Şəhidin dostları 
Hacı  Əbülfət  məscidində  məclisə  getmişdik.  Məclisdə 
İbrahimin həzrət Zəhra (ə) barədə  yazdığı şeirlər oxundu, 
sonda Hacı Əli İnsani rövzə oxudu. 
İbrahim  özündə  deyildi,  şeir  dəftərçəsini  bağlayıb 
ucadan  ağlayırdı.  Mən  onun  bu  rəftarına  çox 
təəccübləndim.  Məclisdən  sonra  evə  gedəndə  yolda  dedi: 
"Adam həzrət Zəhra (ə) məclisinə daxil olanda gərək onu 
orada hiss etsin, çünki məclis o həzrətə məxsusdur". 
*** 
Bir  dəfə  mənim  israrımla  eydi-Zəhra  məclisinə  getdik. 
Həzrət Fatimə aşiqi olduğuna görə çox sevinəcəyini zənn 
edirdim. 
Məclisin  məddahı  guya  həzrət  Zəhranı  (ə) sevindirmək 
üçün bəzi səhabələrə qarşı kobud sözlər işlədirdi. Məclisin 
ortasında  İbrahim  mənə  işarə  verdi  və  birlikdə  məclisdən 
çıxdıq. Yolda soruşdum: "Deyəsən narahat oldun, eləmi?" 
O, həmişəki kimi soyuqqanlı deyildi. Üzünü mənə tutdu 
və  əlini  hirslə  tərpədib  dedi:  "Bu  məclislərdə  Allahı 
tapmaq olmaz. Həmişə elə yerə get ki, Allahdan və Əhli-
beytdən danışsınlar". 
Bu  cümləni  bir  neçə  dəfə  təkrarladı.  Sonralar  din 
alimlərinin  o  məclislər  barədə,  habelə  müsəlmanların 
birliyini qorumaq haqda fikirləri ilə tanış olanda İbrahimin 
dəqiqliyini alqışladım. 
*** 
Fəthülmübində  yaralananda  onu  cəld  Dezfula,  ordunun 
tibb məntəqəsinə apardıq. Zalda çox adam vardı, yaralılar 
zarıyırdılar.  Nəhayət,  küncdə  bir  yer  tapıb  onu  yerə 
qoyduq. Tibb işçiləri onun boynunun və ayağının yarasını 


 
 
157 
bağladılar.  O  şəraitdə  hamının  əsəbi  pozulmuşdu, 
yaralıların  səs-küyü  olduqca  çox  idi.  Birdən  İbrahim 
ucadan oxumağa başladı. 
O,  həzrət  Zəhranı  (ə)  vəsf  edən  gözəl  bir  şeir  oxudu. 
Həmin əməliyyatın parolu da o həzrətin adından ibarət idi. 
Bir  neçə  dəqiqə  zalı  qəribə  sükut  bürüdü,  heç  bir  yaralı 
sızlamadı, sanki hər şey qaydasına düşdü. 
Hər tərəfdən rahatlıq yağır, yaralıların və tibb işçilərinin 
gözlərindən yaş damlaları axırdı. 
İbrahim  oxuyub  qurtaranda  digərlərindən  yaşlı  olan  və 
hicabı kamil olmayan bir xanım doktor ona yaxınlaşdı. O, 
çox  təsirlənmişdi.  Yavaşca  dedi:  "Sən  də  mənim  oğlum 
kimisən. Siz gənclərə qurban olum!" 
Sonra  oturub  İbrahimin  başından  öpdü.  İbrahimin  üzü 
qulaqlarına  qədər  qızardı.  Sonra  xəcalətindən  mələfəni 
üzünə çəkdi. 
İbrahim  həmişə  deyirdi:  "Allaha  təvəkküldən  sonra 
məsumlara, xüsusən də həzrət Zəhraya (ə) təvəssül etmək 
problemlərin açarıdır”. 
*** 
İbrahimi  görmək  üçün  Nəcmiyyə  xəstəxanasına 
getmişdim.  Bir  yerdə  oturmuşduq.  İbrahim  icazə  alıb 
həzrət Zəhra (ə) haqda rövzə oxumağa başladı. İki həkim 
uzaqdan  bizə  baxırdı.  Yaxınlaşıb  soruşdum  ki,  bir  şey 
olub? 
- Yox. Biz təyyarədə onun yanında idik. Tez-tez huşunu 
itirirdi,  amma  o  vəziyyətdə  də  gözəl  səslə  həzrət 
Fatimənin (ə) mədhinə yazılmış şeirlər oxuyurdu. 


 
 
158 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin