Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə63/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   59   60   61   62   63   64   65   66   ...   86
Salam-olsun-İbrahimə-1

İxlas 
Abbas Hadi 
İdmandan  söhbət  edərkən  dedi:  "İdmana  və  yarışa 
gedəndə  həmişə  dəstəmazlı  olurdum.  Güləş  yarışından 
öncə də həmişə iki rəkət namaz qılırdım”. 
– Nə namazı? 
–  İki  rəkət  müstəhəb  namaz  qılıb  Allahdan  istəyirdim 
ki, yarışda kiminsə qəlbinə dəyməyim. 
İbrahim  əsla  günaha  yaxınlaşmazdı.  Elə  buna  görə 
bütün dostlara örnək idi. Hətta günahdan söz düşəndə tez 
mövzunu dəyişdirirdi. 
Uşaqların  kiminsə  qeybətini  etdiyini  görəndə  tez-tez 
deyirdi:  "Salavat  deyin".  Və  ya  başqa  bir  yolla  mövzunu 
dəyişdirirdi.  O  heç  vaxt  kiminsə  pis  əməlindən 
danışmazdı. 
İbrahim heç vaxt dar köynək geyinməzdi, həmişə özünü 
ağır işlərə verərdi. Bunun səbəbini soruşanda deyirdi: "Bu 
işlər insan nəfsi üçün lazımdır". 
Şəhid Cəfər Cəngru deyirdi: "Əzadarlıq bitəndən sonra 
oturub  birlikdə  söhbət  edirdik.  İbrahim  isə  başqa  bir 
otaqda  öz  halında  idi.  Uşaqlar  gedəndən  sonra  İbrahimin 
yanına  keçdim.  O  hələ  mənim  gəlişimi  duymamışdı,  hər 
neçə  saniyədən  bir  iynəni  üzünə  və  kirpiyinin  arxasına 
vururdu.  Birdən  təəccüblə  dedim:  "Nə  edirsən,  dadaş 
İbrahim?!" 
Orada  olduğumu  bilib  yerindən  qalxdı  və  özünə  gəldi. 
Bir az sonra dedi: "Heç nə, heç nə. Bir şey deyil". 
– Sənin canın üçün olmaz, gərək iynəni nə üçün üzünə 
vurduğunu deyəsən. 
Bir  az  sükut  etdi  və  qəhərli  adamlar  kimi  çox  sakitcə 
danışmağa başladı. 


 
 
173 
– Naməhrəmi görən gözün cəzası budur. 
O vaxt İbrahimin nə dediyini və bu sözün mənasının nə 
olduğunu  anlamadım,  amma  sonralar  böyük  insanların 
tarixini oxuyanda  gördüm  ki,  onlar da günaha düşməmək 
üçün özlərini tənbeh edərmişlər. 
Onun  şəxsiyyətinin  əsas  xüsusiyyətlərindən  biri  də 
naməhrəmdən  uzaq  gəzmək  idi.  Hətta  qohumlardan  bir 
naməhrəm  qadınla  danışanda  əsla  başını  qaldırmazdı. 
Dostları  deyirdilər  ki,  İbrahimin  naməhrəmə  allergiyası 
var. 
Və  İmam  Baqir  (ə)  necə  gözəl  buyurmuşdur: 
"Naməhrəm qadınla danışmaq şeytanın oxlarındandır". 
*** 
İbrahim  ehsan  verməyə  də  çox  əhəmiyyətli  yanaşırdı, 
həmişə dostlarını yeməyə dəvət edirdi. 
Yaralanıb  evdə  müalicə  aldığı  dövrdə  hər  gün  yemək 
hazırlayır və ziyarətə gələnləri süfrəyə dəvət edirdi. O  bu 
işdən hədsiz həzz alır, dostlarına deyirdi: "Biz vasitəçiyik. 
Bu, sizin ruzinizdir. Möminlərin ruzisi bərəkətlidir". 
Əzadarlıqda  və  dini  məclislərdə  də  belə  idi.  Ev 
sahibinin ehsan verməyə çətinlik çəkdiyini görəndə heç bir 
söz  demədən  bütün  qonaqlara  xörək  təşkil  edirdi.  O 
deyirdi:  "İmam  Hüseyn  (ə)  məclisi  hər  cəhətdən  gözəl 
olmalıdır". 
Cümə  axşamları  Bəsicin  proqramından  sonra  uşaqlara 
şam  yeməyi  hazırlayırdı.  Yeməkdən  sonra  kollektiv 
şəkildə həzrət Əbdüləzimin ziyarətinə və ya Behişti-Zəhra 
(ə) məzarlığına  gedirdik. Bəsic və heyət  uşaqları o dövrü 
heç vaxt unutmazlar. Hərçənd o gözəl və unudulmaz dövr 
çox sürmədi. 


 
 
174 
Bir  dəfə  İbrahimə  dedim:  "Dadaş,  bu  qədər  pulu 
haradan  gətirirsən?  Məktəbdən  ayda  2000  tümən  maaş 
alırsan, amma dəfələrlə artığını digərlərinə xərcləyirsən". 
Üzümə  baxıb  dedi:  "Ruzini  yetirən  Allahdır.  Mən  bu 
işlərdə  yalnız  vasitəçiyəm.  Mən  Allahdan  istəmişəm  ki, 
cibim  heç  vaxt  boş  olmasın,  Allah  da  güman  etmədiyim 
yerdən xeyir işlərə şərait yaradır". 


 
 
175 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin