İnsanların ehtiyacı və Allahın neməti
Şəhidin dostları
Uzaq bir yerdən evə qayıdırdıq. Yolun kənarında ailəsi
ilə birgə bir qoca dayanmışdı. Bizə əli ilə işarə verdi və
mən dayandım.
Bir ünvan soruşurdu. Yerini deyəndən sonra
problemlərini danışmağa başladı. Zahiri görkəmindən
narkomana və ya dilənçiyə bənzəmirdi. İbrahim
motosikletdən enib şalvarının ciblərini axtardı, amma heç
nə tapmadı. Mənə dedi: "Əmir, üstündə bir şey var?"
Mən də ciblərimi axtardım. Təsadüfən, məndə də pul
yox idi.
İbrahim dedi: "Sən Allah, yenə bax".
Yenə axtardım, amma bir şey tapmadım. Kişidən üzr
istəyib yolumuza davam etdik. Yolda güzgüdən İbrahimi
gördüm; gözlərindən yaş axırdı.
Motosikleti sağa çəkib təəccüblə dedim: "İbrahim can,
ağlayırsan?!"
Üzünü silib dedi: "Biz ehtiyaclı bir insana kömək edə
bilmədik".
– Pulumuz yox idi. Bu ki günah deyil.
– Bilirəm. Amma ona çox yazığım gəldi. Həm də
kömək etmək səadətindən məhrum olduq.
Daha heç bir söz demədim və yolumuza davam etdik.
Ürəyimdə isə onun halına və mənəvi saflığına qibtə
edirdim.
Ertəsi gün İbrahimi görəndə dedi: "Dünənki hadisənin
təkrarlanmaması üçün daha heç vaxt evdən pulsuz
çıxmayacağam".
Onun insanların problemlərinə qarşı diqqəti mənə
şəhidlər ağası İmam Hüseynin (ə) gözəl bir hədisini
176
xatırladır:
"İnsanların
sizə
ehtiyacı
Allahın
nemətlərindəndir. Onların ehtiyacını aradan qaldırmaqda
səhlənkarlıq etməyin, çünki bu nemət əlinizdən çıxa
bilər".
1
***
Yaralı dövrünün sonları idi. Zəng vurdu və
salamlaşandan sonra dedi: "Maşınından bu gün istifadə
edəcəksən?"
- Yox, evin önündədir.
Sonra gəlib maşını aldı və dedi: "Axşamüstü
qayıdaram".
Axşamüstü maşını gətirdi. Hara getdiyini soruşanda
dedi: "Sərnişin daşıdım".
Gülüb dedim: "Zarafat edirsən?"
– Yox. İndi də işin yoxdursa, qalx gedək, bir neçə yerdə
işimiz var.
Evə girmək istəyəndə dedi: "Evdə istifadə etmədiyin
düyü, yağ – nə varsa, gətir".
Gedib bir qədər düyü və yağ gətirdim, sonra bir
mağazaya getdik. İbrahim bir qədər ət, yumurta və digər
ərzaq məhsulları alıb maşına mindi. Satıcıya verdiyi xırda
pullardan bildim ki, həqiqətən sərnişin daşıyıb.
Sonra birlikdə şəhərin cənubuna bir neçə nəfərin evinə
getdik. Mən onları tanımırdım. İbrahim qapını döyüb
əşyaları təhvil verir və deyirdi: "Biz cəbhədən gəlmişik.
Bunlar sizin payınızdır". Elə danışırdı ki, qarşı tərəf əsla
xəcalət çəkməsin. Özünü də təqdim etmirdi.
Sonradan öyrəndim ki, getdiyimiz evlər bir neçə
döyüşçünün evi imiş. Evin kişisi cəbhədə vuruşduğuna
görə İbrahim onlara kömək edirmiş.
1
"Bihar əl-ənvar", c. 78, s. 121.
177
Onun işləri mənə İmam Sadiqin bu hədisini xatırladır:
"Müsəlmanın ehtiyacını aradan qaldırmağa çalışmaq
Allahın evini yetmiş dəfə təvaf etməkdən üstündür və
qiyamətdə təhlükəsizliyə səbəb olar".
1
Bu nurlu hədis İbrahimin həyat devizi idi. O, insanların
problemlərini aradan qaldırmaq üçün əlindən gələni edirdi.
***
Orta məktəb dövrü idi. İbrahim günortadan sonra
bazarda çalışıb pul qazanırdı. O, qonşulardan birinin güclü
maddi problemi olduğunu öyrəndi. Onlar ailə başçılarını
əldən vermişdilər və ehtiyaclarını təmin edə bilmirdilər.
İbrahim heç kimə bir söz demədən hər ay maaşını
alanda o ailənin əksər xərcini ödəyirdi. Evdə hər dəfə artıq
xörək bişəndə mütləq o ailəyə göndərirdi. Bu iş illərlə,
İbrahimin şəhadətinə qədər davam etdi və anasından başqa
heç kim bundan xəbər tutmadı.
***
Yanına bir nəfər gəlmişdi. O, çayçı işləmiş, indi isə işsiz
qalmışdı və ondan kömək istəyirdi. İbrahim maddi kömək
yerinə dostlarından bir neçəsinə müraciət edib ona uyğun
bir iş tapdı.
O, insanların problemini həll etmək üçün bacardığını
edirdi. Öz əlindən bir şey gəlməyəndə dostlarının yanına
gedir və onlardan kömək alırdı. Lakin bu işdə bir məsələyə
riayət edirdi: çalışırdı ki, insanlara kömək etməklə dilənçi
yetişdirməsin.
İbrahim həmişə dostlarına deyirdi: "Ehtiyaclı insan sizin
yanınıza gəlib utana-utana əl açmazdan öncə onun
problemini aradan qaldırın”.
1
"Bihar əl-ənvar", c. 74, s. 318.
178
O, çətinliyi olan dostlarının hər birinə, maddi
probleminin olduğunu güman etdiyi hər kəsə kömək
edirdi. Bu işi gizli şəkildə və qarşı tərəf ağız açmadan edir
və sonra deyirdi: "Hələlik mənim ehtiyacım yoxdur. Bunu
da sizə borc verirəm, nə vaxt olsa, qaytararsız".
Əslində, o pulların qayıtmasını gözləmirdi. O bu
köməklərdə insanların şəxsiyyətinə çox diqqət yetirirdi.
Həmişə elə rəftar edirdi ki, qarşı tərəf utanmasın.
Din böyükləri tövsiyə edirlər ki, öz problemlərinizin
həll olunmasını istəyirsinizsə, bacardığınız qədər xalqın
problemlərini həll edin. Həmçinin tövsiyə edirlər ki,
bacardığınız qədər digərlərinə ehsan verin. Bununla çoxlu
problemləriniz aradan qalxar.
Ramazan ayı və günbatan çağı idi. İbrahim bizə gəldi,
salamlaşandan sonra məndən bir qazan istədi, sonra
xaşxanaya girdi. Arxasınca girib dedim: "İbrahim can,
iftara kəlləpaça? Çox ləzzət edər".
– Doğru deyirsən, amma mənim deyil.
Bir dananın kəlləpaçasını və bir neçə səngək çörəyi aldı,
bayıra çıxanda İrəc motosikletlə gəldi. İbrahim minib
sağollaşdı.
Öz-özümə dedim ki, yəqin bir neçə dost yığışıb birlikdə
iftar edəcəklər. Həm də mənə təklif etmədiklərinə görə
narahat oldum. Ertəsi gün İrəci görüb soruşdum: "Dünən
haraya getdiniz?"
– Çehltən parkının arxasında kiçik bir ev vardı. Qapını
döyüb kəlləpaçanı onlara verdik. Qapıya çıxan bir neçə
uşaq və bir qoca kişi çox təşəkkür etdilər. İbrahimi yaxşı
tanıyırdılar. Çox yoxsul bir ailədir. Sonra da İbrahimi
evlərinə apardım.
***
179
İbrahimin şəhadətindən 26 il sonra onu yuxuda gördüm.
Hərbi maşınla Tehrana gəlmişdi. Sevincimdən yerə-göyə
sığmırdım. Üzü çox nurlanmışdı. Yaxınlaşdım və bir-
birimizi qucaqladıq. Sevindiyimdən qışqırıb deyirdim:
"Uşaqlar, gəlin, ağa İbrahim qayıdıb!"
İbrahim dedi: "Gəl min, çox işimiz var".
Birlikdə hündür bir binanın yanına getdik. Binanın
sahibi və bütün mühəndislər ağa İbrahimlə salamlaşıb
halını soruşdular. Hamı onu yaxşı tanıyırdı. İbrahim üzünü
binanın sahibinə tutub, "mən bu ağa seyidi tapşırmağa
gəlmişəm; mənzillərin birini ona ver”. dedi, sonra da
bizdən aralıda dayanmış bir nəfəri göstərdi.
Binanın sahibi dedi: "Ağa İbrahim, bunun nə pulu var,
nə də kredit götürə bilir. Mən bir mənzili ona necə
verim?!"
Mən də onun sözünü təsdiqləyib dedim: "İbrahim can,
bu işlərin dövrü bitdi, artıq hamı pulu tanıyır!"
İbrahim mənə mənalı tərzdə baxıb dedi: "Mən onun
kimi bir neçə nəfərin problemini həll etməyə qayıtmışdım.
Olmursa, burada işim yoxdur".
Sonra maşına doğru getdi. Mən də ardınca gedəndə
birdən mobil telefonumun zəngi çalındı və yuxudan
oyandım.
|