Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə66/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   62   63   64   65   66   67   68   69   ...   86
Salam-olsun-İbrahimə-1

Biz səni sevirik 
Cavad Məclisi 
1982-ci  ilin  payızı  idi.  Yenidən  İbrahimlə  birgə 
əməliyyat  bölgəsinə  yollandıq.  İbrahimin  həzrət  Zəhraya 
(ə)  təvəssülləri  dillər  əzbəri  olmuşdu,  hara  gedirdiksə, 
mövzu bu idi. 
Uşaqların 
çoxu 
onun 
əməliyyatlardakı 
qəhrəmanlıqlarından  danışırdı.  Onların  hamısı  həzrət 
Fatiməyə (ə) təvəssüllə baş tutmuşdu. 
Sumar  bölgəsinə  getdik.  Hansı  səngərə  baş  çəkirdiksə, 
İbrahimdən  məddahlıq  etməsini  və  həzrət  Zəhradan 
oxumasını xahiş edirdilər. 
Axşam idi. İbrahim bir batalyonun şəxsi heyəti arasında 
məddahlığa başladı. Yorğun olduğuna və məclislərin uzun 
sürdüyünə görə səsi tutulmuşdu. 
Mərasimdən  sonra  dostlarımızın  bir-ikisi  İbrahimlə 
zarafat  edib  səsini  yamsıladılar.  Sonra  da  bəzi  sözlər 
dedilər və o, çox narahat oldu. 
Həmin  gecə  yatmazdan  öncə  hirsli  idi.  Mənə  dedi: 
"Mən önəmli deyiləm, bunlar həzrət Zəhranın (ə) məclisini 
ələ salırlar. Buna görə daha oxumayacağam". 
Dedim ki, onların sözlərinə fikir vermə, sən öz işini gör. 
Razılaşmadı. 
Gecə vaxtı öz qərargahımıza qayıtdıq. Yenidən and içdi 
ki,  daha  oxumayacağam.  Gecə  saat  1  idi.  Yorğun  halda 
yatdıq. 
Sübh azanından qabaq kiminsə qolumu tərpətdiyini hiss 
etdim.  Gözlərimi  çətinliklə  açıb  başım  üstə  İbrahimin 
nurlu üzünü gördüm. Məni səsləyib dedi: "Qalx, indi azan 
veriləcək". 


 
 
183 
Mən  qalxdım.  Öz-özümə  dedim  ki,  deyəsən  bu  adam 
yorğunluğun nə demək olduğunu bilmir. 
Digər  uşaqları  da  səslədi,  sonra  azan  verdi  və  sübh 
namazını cəm halda qıldıq. 
İbrahim  namaz  və  zikrdən  sonra  dua,  sonda  da  həzrət 
Zəhranın (ə) mədhinə şeirlər oxumağa başladı. Onun gözəl 
şeirləri hamını ağlatdı. Gecə and içdiyini gördüyümə görə 
çox təəccübləndim, amma heç nə demədim. 
Səhər  yeməyindən  sonra  uşaqlarla  birgə  Sumara 
qayıtdıq.  Bütün  yolboyu  onun  qəribə  işləri  haqda 
düşündüm. 
İbrahim  mənə  mənalı  tərzdə  baxıb  dedi:  "Soruşmaq 
istəyirsən ki, and içdiyim halda nə üçün oxudum?!" 
– Hə. Sən gecə and içdin ki... 
Sözümü kəsdi. 
– Səbəbini deyirəm, amma nə qədər ki sağam, heç yerdə 
danışmayacaqsan. 
Sonra bir qədər dayanıb əlavə etdi: "Gecə gözümə yuxu 
getmirdi,  amma  sonra  bir  qədər  yata  bildim.  Yuxuda 
həzrət  Fatimeyi-Zəhranı  (ə)  gördüm.  Mənə  dedi: 
"Oxumayacağam"  -  demə.  Biz  səni  sevirik.  Kim  "oxu" 
desə, sən də oxu!" 
Onu ağlamaq tutdu və daha danışa bilmədi. 


 
 
184 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin