Zeynəlabidin (ə) əməliyyatı
Cavad Məclisi
1982-ci ilin dekabrı idi. İbrahim haraya getsəydi, yaxşı
qarşılanırdı. Komandirlərin çoxu onun qəhrəmanlıqları
haqda eşitmişdilər.
Bir dəfə bizim batalyonumuza gəldi və birlikdə söhbət
etdik. Söhbətimiz uzun çəkdi. Qayıdanda komandir harada
olduğumu soruşdu.
– Dostların biri gəlmişdi, mənimlə işi vardı. İndi gedir.
– Adı nədir?
– İbrahim Hadi.
Birdən təəccüblə dedi: "Ağa İbrahim dedikləri odur?"
– Hə. Necə məgər?!
Hərəkətdə olan maşına baxa-baxa dedi: "O,
müharibənin qədim döyüşçülərindəndir, səninlə necə dost
olub?"
Xüsusi qürurla cavab verdim: "O bizim qonşumuzdur".
Mənə baxıb dedi: "Bir dəfə buraya gətir, uşaqlar üçün
söhbət etsin".
Mən də öyünüb dedim: "Başı qarışıqdır, amma görüm
neyləyirəm".
Ertəsi gün onu görmək üçün kəşfiyyat qərargahına
getdim. Bir qədər söhbət edəndən sonra dedi: "Gözlə, səni
aparım, komandirinlə də görüşüm".
Sonra bir toyota ilə batalyonumuzun düşərgəsinə getdik.
Yolda bir arxa çatdıq. Hər dəfə maşınla keçəndə orada
ilişirdik.
– Ağa İbrahim, qayıt, yuxarıdan get, maşın batacaq.
– Vaxt yoxdur, buradan keçərik.
– Gəlmən lazım deyil. Bura qədər gətirdin, sağ ol,
qalanını gedərəm.
185
– Otur yerində, mən sizin komandiri görmək istəyirəm.
Sonra yola düşdü.
Ürəyimdə dedim ki, bu qədər sudan necə keçə bilər?!
Suda ilişib qalsa, nə yaxşı olar! Lakin İbrahim ucadan bir
“Allahu-Əkbər” və bir “Bismillah” deyib oradan keçdi.
Qarşı tərəfə keçəndən sonra dedi: "Biz hələ Allahu-
Əkbərin qüdrətini bilmirik. Bilsək, çoxlu problemlərimiz
həll olar".
***
Batalyon yeni əməliyyat üçün lazımi hazırlıqları
tamamladı. Bir neçə gündən sonra Sumara doğru hərəkət
zamanı gəldi. Mən əvvəlcə gedib üçyolda dayandım.
İbrahim günəş batmazdan öncə gələcəyini demişdi, onu
gözləyirdim. Batalyonumuz yola çıxmışdı, mənsə torpaq
yolun sonuna baxırdım. Nəhayət, İbrahimin gözəl siması
uzaqdan göründü.
Həmişə kürd şalvarı ilə və silahsız gəzirdi, bu dəfə isə
hərbi kamifulyaj geyimdə idi, alnında lent və əlində
kalaşnikov vardı. Yaxınlaşıb dedim: "Ağa İbrahim, əlinə
silah götürmüsən..."
Gülüb dedi: "Komandirə tabe olmaq vacibdir. Mənim
komandirim belə əmr edib”.
– Ağa İbrahim, icazə verirsən mən də sizinlə gəlim?
– Yox, öz uşaqlarınızla get. Mən sizin arxanızdayam,
bir-birimizi görəcəyik.
Bir neçə kilometr gedib gecənin qaranlığında düşmən
mövqelərinə çatdıq. Mən minomyotçu olduğuma görə
digərlərindən öndə batalyon komandirinin yanında
gedirdim.
Bölgəyə qəribə sükut çökmüşdü. Özümü yaxşı hiss
etmirdim, içimdə gərginlik vardı. Biz ensiz bir dərədən
mülayim yoxuşla təpənin başına doğru yola düşdük.
186
Yuxarıda düşmən səngərləri aydın görünürdü. Mənim
vəzifəm çatan kimi onları vurmaq idi.
Bir anlıq ətrafa baxdım. Təpənin yamacında hər iki
tərəfdən zirvəyə doğru səngərlər qalxırdı. İraqlılar bizim o
dərədən keçəcəyimizi yaxşı bilirmişlər. Boğazım qurudu.
Ehtiyatla yeriyirdim ki, heç bir səs gəlməsin. Digərləri də
mənim kimi həyəcanlı idilər.
Hələ təpənin başına çatmamış birdən başımızın üstünə
bir fişəng atıldı, sonra da üç tərəfdən atəş yağmağa
başladı. Hamımız yerə yapışdıq. Düşmənin hədəfində idik,
dayanmadan üstümüzə bomba və güllə yağırdı. Yaralı
uşaqların qışqırtısı hər tərəfi bürüdü.
O qaranlıqda heç bir iş görə bilmirdik. Ürəyim istəyirdi
ki, yer yarılıb məni gizlətsin. Ölümü gözlərimlə görürdüm.
Bu vəziyyətdə bir nəfər sürünə-sürünə yaxınlaşıb
ayağımdan tutdu.
Başımı azca qaldırıb arxaya baxanda gözlərimə
inanmadım; İbrahim idi.
Birdən dedi: "Sənsən?!” Sonra RPG minomyotunu
məndən alıb irəli keçdi, "Allahu-Əkbər" deyib raketi atdı.
Önümüzdən ən güclü atəş açan səngər məhv edildi.
İbrahim yerindən qalxıb qışqırdı: "Ey Əli tərəfdarları!
Qalxın! Mövla bizim arxamızdadır!"
Uşaqlar ruhlandılar. Mən də qışqırdım: "Allahu-Əkbər!"
Digərləri də ayağa qalxdılar. Hamı atəş açırdı. Təxminən
bütün düşmənlər qaçdılar. Bir neçə saniyədən sonra isə
İbrahim təpənin başında dayanmışdı.
İraqlıların mühüm saydıqları təpəni çox sürətlə ələ
keçirdik. Bəzi düşmən qüvvələri əsir alındı. Uşaqların
qalanı yola davam etdilər.
187
Mən də komandirlə irəliləməyə başladım. Yolda mənə
dedi: "Hamının əməliyyatda İbrahimin yanında olmağa
can atması əbəs deyil. O, çox cəsarətli insandır!"
Gecə yarısı yenə İbrahimi gördüm. O dedi: "Mövlamın
lütfünü gördün?! Düşmənin qaçması üçün yalnız bir
Allahu-Əkbər bəs edir!”
***
Bizim istiqamətimizdə əməliyyat bitdi, bütün şəxsi
heyət geri qayıtdı. Bəzi batalyonlar öz şəhid və yaralılarını
geri gətirə bilmədilər. İbrahim qışqıra-qışqıra o
batalyonların birinin komandiri ilə danışırdı. Çox
hirslənmişdi. O vaxta qədər onun hirsləndiyini
görməmişdim.
– Sizin şəxsi heyətiniz və imkanlarınız vardı. Bəs geri
qayıdarkən
nə
üçün
batalyonunuzun
uşaqlarını
fikirləşmədiniz? Nə üçün yaralıları orada qoydunuz?..
Öz dostlarından olan istiqamət komandiri ilə danışdı,
Cavad Əfrasiyabi və başqa bir neçə nəfərlə birgə düşmən
mövqelərinə qayıtdılar.
Onlar bir neçə gecə ərzində orada qalmış şəhid və
yaralıların bir qismini geri gətirdilər. Bölgənin həssas
olduğuna görə düşmən təmizləmə əməliyyatı keçirə
bilməmişdi.
İbrahimlə
Cavad
düşmənin
nəzarətində
olan
mövqelərdən təxminən on səkkiz yaralı və doqquz şəhid
cəsədi gətirdilər. Hətta bir şəhidin cəsədini düşmən
səngərinin düz onmetrliyindən xüsusi taktika ilə
çıxarmışdılar.
Bu əməliyyatdan sonra İbrahim xəstələndi. Birlikdə
Tehrana getdik. O, bir neçə həftə orada qalıb dini
fəaliyyətlərini davam etdirdi.
|