Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə69/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   65   66   67   68   69   70   71   72   ...   86
Salam-olsun-İbrahimə-1

Son görüş yeri: Fəkkə 
Əli Nəsrullah 
Gecənin yarısı məscidə getdik. İbrahim orada uşaqlarla, 
sonra da evə gedib anası və bacı-qardaşları ilə sağollaşdı. 
Anasından  xahiş  etdi  ki,  şəhadəti  üçün  dua  etsin.  Səhər 
tezdən cəbhəyə yola düşdük. 
İbrahim  az  danışır,  daha  çox  zikr  deyir  və  Quran 
oxuyurdu. 
Fəkkənin  şimalında  diviziyanın  düşərgəsinə  çatdıq. 
Batalyonlar  əməliyyat  manevri  edirdilər.  Döyüşçülər 
İbrahimin  qayıtdığını  eşidib  çox  sevindilər.  Hamı  onu 
görməyə gəldi. Çadır bir an da boşalmırdı. 
Hacı  Hüseyn  də  gəldi.  İbrahimi  görməyinə  çox 
sevinirdi.  Salamlaşandan  sonra  İbrahim  soruşdu:  "Hacı 
Hüseyn, uşaqların hamısı məşğuldur, bir xəbər var?" 
-  Sabah  əməliyyata  başlayırıq.  Bizimlə  gəlsən,  çox 
sevinərik. 
Sonra əlavə etdi: "Yeni əməliyyatda kəşfiyyat uşaqlarını 
batalyonlara  böləcəyəm.  Hər  bir  batalyonda  bir-iki 
kəşfiyyatçı olmadılır". 
Sonra İbrahimin önünə bir siyahı qoydu. 
- Bu uşaqlar haqda fikrin nədir? 
İbrahim  siyahıya  baxıb  bir-bir  fikrini  bildirdi.  Sonra 
soruşdu: "Hacı, şəxsi heyətin bölgüsü necədir?" 
– İndi bütün canlı qüvvə bir neçə korpusa bölünüb. Bir 
neçə diviziyanı birləşdirib bir korpus yaratmışıq. 
Hacı  Himmət  Qədr  korpusunun  komandiridir,  27  saylı 
diviziya da həmin korpusdadır. Korpusun kəşfiyyat işlərini 
də bizə tapşırıblar. 
İbrahim  həmin  gün  axşamüstü  saçını  qısaltdı  və 
saqqalını səliqəyə saldı. 


 
 
192 
Qürub  çağı  nəzarət  postlarından  birinə  getdik.  İbrahim 
xüsusi durbinlə əməliyyat  bölgəsinə baxdı  və kağıza bəzi 
qeydlər etdi. 
Uşaqların bir qismi posta gəlib deyirdilər: "Ağa, tez ol, 
biz də baxmaq istəyirik". 
İbrahim  hirslənib  dedi:  "Məgər  bura  kinoteatrdır?!  Biz 
sabah  üçün  plan  hazırlayırıq,  hərəkət  yolunu  müəyyən 
etməliyik". 
Sonra da hirslə oranı tərk etdi. 
Mənə dedi: "Ürəyim çox həyəcanlıdır".  
Qədr  korpusunun  komandirlərindən  birinin  yanına 
getdik.  İbrahim  dedi:  "Hacı,  bu  bölgə  başqa  cürdür.  Yer 
yumşaq  qumdur,  şəxsi  heyətin  hərəkəti  çox  çətin  olacaq. 
Düşmən də bu qədər maneə düzəldib. Səncə, bu əməliyyat 
uğurlu olacaq?" 
Komandir  dedi:  "İbrahim  can,  bu,  komandirlərin 
əmridir.  Biz  onu  yerinə  yetirəcəyik,  nəticəsi  Allaha 
aiddir". 
*** 
Ertəsi  gün  axşamüstü  batalyonların  şəxsi  heyəti  hazır 
oldu.  Həzrət  Rəsul  (s)  diviziyasından  on  bir  batalyon 
özünün  son  ərzaq  payını  təhvil  aldı.  Hamı  Fəkkəyə 
hazırlaşırdı. 
Uzaqdan  İbrahimin  üzünü  görən  kimi  ürəyim  üzüldü. 
Üzü  çox  nurlanmışdı,  həmişəkindən  ağ  idi.  Başına  ərəb 
çəfiyəsi atmış, əyninə yaraşıqlı gödəkcə geyinmişdi. Bütün 
uşaqlara  əl  verib  salamlaşdı.  Onu  kənara  çəkib  dedim: 
"Dadaş İbrahim, çox nurani olmusan". 
Dərin  nəfəs  alıb  həsrətlə  dedi:  "Doktor  Behişti  şəhid 
olanda çox narahat oldum, amma öz-özümə dedim ki, xoş 
halına,  şəhadətlə  getdi.  Onun  təbii  ölümlə  dünyadan 
köçməsi  heyf  olardı.  Əsgər  Vüsali,  Əli  Qurbani,  Qasim 


 
 
193 
Təşəkküri  və  dostlarımızdan  çoxları  da  gediblər.  İndi 
bizim Tehrandan çox Behişti-Zəhrada (ə) dostumuz var". 
Bir  qədər  dayanıb  əlavə  etdi:  "Xürrəmşəhr  də  azad 
edildi. Qorxuram ki, müharibə bitər və şəhadət şansı əldən 
çıxar. Hərçənd, təvəkkülümüz Allahadır". 
Sonra dərin ah çəkib dedi: "Şəhid olmağı  çox sevirəm, 
amma ən qəşəng şəhadəti istəyirəm". 
Təəccüblə ona baxdım. Sözünün davamını gözləyirdim. 
Gözlərindən yaş damlaları axdı. 
- Heç kimin əlinin çatmadığı bir yerdə qalasan, səni heç 
kim tanımaya, ağa ilə özün olasan. Mövla da gəlib başını 
dizinin üstünə qoya. Bu, ən qəşəng şəhadət olar. 
- Dadaş İbrahim, sən Allah, belə danışma. 
Sonra söhbəti dəyişməyə çalışdım. 
-  Gəl  komandir  heyəti  ilə  gedək.  Beləsi  daha  yaxşıdır; 
harada ehtiyac olsa, kömək edərsən. 
- Yox, mən Bəsic üzvləri ilə getmək istəyirəm. 
Sonra  birlikdə  yola  düşüb  ilk  hücuma  keçən 
batalyonlara  yaxınlaşdıq.  Onlar  son  hərbi  hazırlıqlarını 
görürdülər. 
- Dadaş İbrahim, silah-sursatdan sənə nə götürüm? 
-  Yalnız  iki  əl  qumbarası  götür.  Silah  lazım  olsa, 
iraqlılardan alarıq. 
Hacı  Hüseyn  Allahkərəm  uzaqdan  gözlərini  İbrahimə 
dikmişdi.  Ona  yaxınlaşdıq.  Hacı  gözlərini  İbrahimin 
üzündən çəkmirdi. O, ixtiyarsız olaraq İbrahimi qucaqladı, 
bir neçə saniyə o vəziyyətdə qaldı. Sanki bunun son görüş 
olduğunu bilirdi. 
Sonra da İbrahim qol saatını açıb dedi: "Hüseyn, bu da 
sənə yadigar olsun". 
Hacı Hüseynin gözü yaşardı.  
- Yox, İbrahim can, özündə qalsın, ehtiyacın olar. 


 
 
194 
İbrahim xüsusi soyuqqanlılıqla dedi: "Yox, mənim buna 
ehtiyacım yoxdur". 
Hacı  da  çox  dəyişmişdi.  O,  söhbəti  əvəzləyib  dedi: 
"İbrahim  can,  əməliyyat  üçün  iki  keçidimiz  var.  Uşaqlar 
birinci  keçiddən  keçəcəklər,  mən  bəzi  komandir  və 
kəşfiyyatçılarla  ikinci  keçiddən  keçəcəyəm.  Sən  də 
bizimlə gəl”. 
-  Mən  birinci  keçiddən  Bəsic  uşaqları  ilə  gedərəm. 
Problem olmaz ki? 
- Yox. Necə istəyirsən. 
İbrahim son maddi bağlardan da ayrılıb əməliyyatda ilk 
hücuma keçəcək batalyonların yanında oturdu. 


 
 
195 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin