Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə7/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   2   3   4   5   6   7   8   9   10   ...   86
Salam-olsun-İbrahimə-1

Təkbaşına voleybol 
Şəhidin dostları 
İbrahimin güclü qolları hələ doqquzuncu sinifdən onun 
bir  çox  idmanlarda  mahir  olduğunu  göstərdi.  O,  idman 
saatlarında həmişə voleybol oynayardı. Heç kim ona bata 
bilmirdi. 
Bir  dəfə  təkbaşına  altınəfərlik  bir  komandaya  qarşı 
oynadı. Ona topa üç zərbə vurmaq icazəsi verilmişdi. 
Bizim hamımız, o cümlədən idman müəllimi onun necə 
qələbə  çaldığını  gördük.  Ondan  sonra  İbrahim  çox  vaxt 
voleybolu təkbaşına oynayırdı. 
Tətil  günlərində  çox  zaman  17  Şəhrivər  xiyabanındakı 
yanğınsöndürmə  məntəqəsinin  arxasında  oynayırdıq. 
Çoxlu iddialılar gəlir, amma İbrahimə uduzurdular. 
İbrahimin ən  yaxşı voleybol xatirəsi müharibə dövrünə 
və  Gilanqərb  şəhərinə  aiddir.  Orada  bir  voleybol 
meydançası var idi. 
Bir  gün  döyüş  zonalarına  baş  çəkmək  üçün  Gilanqərbə 
bir  neçə  mikroavtobus  adam  gəldi.  Onlara  Bədən 
Tərbiyəsi Komitəsinin sədri ağa Davudi başçılıq edirdi. O, 
liseydə  İbrahimin  idman  müəllimi  olmuşdu  və  onu  yaxşı 
tanıyırdı. 
Ağa  Davudi  İbrahimə  bir  qədər  idman  aləti  verib  dedi 
ki,  məsləhət  bildiyiniz  şəkildə  istifadə  edin.  Sonra  əlavə 
etdi: "Bizim dostlarımız müxtəlif idman sahələrindəndirlər 
və buranı ziyarətə gəliblər". 
İbrahim  idmançılarla  söhbət  etdi,  onlara  şəhərin 
müxtəlif 
yerlərini 
göstərdi. 
Nəhayət, 
voleybol 
meydançasına çatdıq. 


 
 
23 
Ağa  Davudi  dedi:  "Tehranın  voleybol  komandasının 
uşaqlarından  bir  neçəsi  bizimlə  gəlib.  Bir  yarışa  nə 
deyirsiniz?" 
Günorta  saat  3-də  yarış  başlandı.  Bir  tərəfdə  üçü 
peşəkar voleybolçu olan beşnəfərlik bir komanda yarışırdı, 
digər tərəfdə də İbrahim təkbaşına. Çoxlu tamaşaçı vardı. 
İbrahim  adəti  üzrə  ayaqyalın,  şalvarının  balağını 
qatlamış  halda  və  alt  köynəklə  oyuna  çıxdı.  Elə  yaxşı 
oynadı ki, hamı mat qaldı. 
Həmin  oyun  10  qol  fərqi  ilə  İbrahimin  xeyrinə  bitdi. 
Sonra idmançılar İbrahimlə şəkil çəkdirdilər. 
Onlar  sadə  bir  döyüşçünün  peşəkar  idmançılar  kimi 
oynamasına inanmırdılar. 
Bir  dəfə  Dokuhə  qarnizonunda  döyüşçülərə  İbrahimin 
voleybol  oynamasından  danışdım.  Uşaqların  biri  gedib 
voleybol topu gətirdi, sonra da iki komanda yığıb İbrahimi 
səslədi. 
İbrahim  oynamaq  istəmirdi,  lakin  biz  israr  edəndən 
sonra dedi: "Onda mən tək oynayacağam". 
Oyundan  sonra  komandirlərin  bir  neçəsi  dedi:  “İndiyə 
qədər  bu  qədər  gülməmişdik.  İbrahim  hər  dəfə  zərbə 
vuranda  bir  neçə  nəfər  topa  qaçıb  bir-birinə  dəyir  və 
yıxılırdılar”. 
Sonda İbrahim böyük fərqlə qalib gəldi. 


 
 
24 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin