198
Komandirin əmrinə uyğun olaraq, ikinci kanalın
ətrafındakı və yoldakı uşaqları geri qaytardım. Hətta çoxlu
yaralılara da kömək edib geriyə çatdırdıq.
Bu iş iki-üç saat sürdü. Qayıtmaq istəyəndə diviziyanın
uşaqları dedilər: "Qayıda bilməzsən". Təəccüblə
soruşdum: "Nə üçün?"
Dedilər: "Geri çəkilmə əmri verilib, irəli getməyin
faydası yoxdur. Digər uşaqlar da səhərə qədər
qayıdacaqlar".
Bir saatdan sonra sübh namazımı qıldım. Hava yavaş-
yavaş işıqlanırdı. Yorulmuşdum və ümidsiz idim. Qayıdan
bütün uşaqlardan İbrahimi soruşurdum, amma heç kimin
xəbəri yox idi. Bir neçə dəqiqədən sonra Müctəbanı
gördüm. Üz-başı tozlu və yorğun
halda əməliyyat yerindən
qayıdırdı. Məyus səslə soruşdum: "Müctəba, İbrahimi
görmədin?"
Mənə yaxınlaşa-yaxınlaşa dedi: "Bir saat öncə birlikdə
idik".
Sevindim.
- Bəs indi haradadır?
– Bilmirəm. Ona dedim ki, geri çəkilmə əmri verilib, nə
qədər ki hava qaranlıqdır, gəl qayıdaq. O isə dedi ki,
uşaqlar kanaldadırlar, mən onların yanına gedirəm,
hamımız birlikdə qayıdarıq.
Müctəba əlavə etdi: "Mən İbrahimlə danışanda Aşura
diviziyasının bir batalyonu oraya gəldi. İbrahim tez onların
komandiri ilə danışıb geri çəkilmə əmrini çatdırdı. Yolu
tanıdığıma görə, məni onlarla geri göndərdi. Özü isə bir
RPG minomyotu və bir neçə mərmi götürüb kanala getdi.
Daha ondan xəbərim olmadı".
Bir saatdan sonra Meysəm Lətifini gördüm, bir neçə
yaralı ilə geri qayıdırdı. Onlara kömək etdim. Meysəmdən
199
vəziyyəti soruşanda dedi: "Biz bu yaralı uşaqlarla birgə
kanaldan irəlidə təpələrin arasında qalmışdıq. İbrahim
Hadi bizə yardım etdi".
Birdən təəccüblə dedim: "Dadaş İbrahim?! Yaxşı, sonra
nə oldu?"
– Çətinliklə bizi toplayıb alatoranlıqda geri gətirdi.
Yolda bir kanala çatdıq. Çox enli kanal idi, içi də palçıqla
dolu. İbrahim iki xərək tapıb körpüyə bənzər bir şey
düzəltdi,
bizi keçirib geri göndərdi, özü isə qayıtdı".
Səhər saat 10-da komandirlər diviziyanın Fəkkədəki
qərargahına get-gəl edirdilər. Deyirdilər ki, bir neçə
batalyon düşmən mühasirəsində qalıb.