Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə71/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   67   68   69   70   71   72   73   74   ...   86
Salam-olsun-İbrahimə-1

Kumeyl kanalı 
Əli Nəsrullah 
Kəşfiyyat  komandirlərindən  birini  görüb  soruşdum: 
"Necə  yəni  batalyonlar  mühasirədədirlər?!  İraqlılar  irəli 
gəlməyiblər, uşaqlar da ikinci və üçüncü kanaldadırlar". 
Komandir  dedi:  "Bizim  kəşfiyyatda  gördüyümüz 
üçüncü kanal bu kanal kimi deyildi. Düşmən bu kanalı və 
bir neçə kiçik kanalı  son iki-üç  gündə qazıb.  Bu  kanallar 
düz  sərhədlə  paralel  düzəldilib,  amma  daha  kiçikdir  və 
maneələrlə  doludur.  Hücumçu  batalyonlar  atəş  altında 
qalmamaq  üçün  kanala  girdilər.  Hava  işıqlananda  da 
tanklarla iki tərəfini bağladılar və kanalı atəşə tutdular”. 
O,  bir  qədər  dayanıb  dedi:  "Düşmən  uşaqların  önündə 
16 növ maneə yaradıbmış. Maneələrin uzunluğu da 4 km.-
ə  yaxın  imiş.  Münafiqlər  bu  əməliyyatın  bütün  sirlərini 
düşmənə ötürübmüşlər". 
Halım çox pis oldu, boğazımı qəhər tutdu. 
– İndi nə etmək lazımdır? 
– Əgər uşaqlar müqavimət göstərə bilsələr, əməliyyatın 
ikinci mərhələsini yerinə yetirib onları geri gətirəcəyik. 
Bu  əsnada  qərargahın  rabitəçisi  dedi:  "Mühasirədəki 
batalyonlardan xəbər var". 
Hamı sakit qaldı. 
–  Deyir  ki,  qardaş  Sabitniya  qardaş  Əfşurdə  ilə  əl 
görüşdü. 
Bu  qısa,  kodlu  xəbər  Kumeyl  batalyonunun 
komandirinin şəhid olması demək idi. 
Günortadan sonra xəbər gəldi ki, batalyon komandirinin 
müavini  Hacı  Hüseyni  də  şəhadətə  qovuşub,  komandirin 
digər müavini Bonəkdar isə yaralıdır. Hamı narahat oldu. 
*** 


 
 
201 
Fevralın  doqquzunda  uşaqlar  Fəkkəyə  növbəti  hücuma 
hazırlaşdılar.  Qərargahdan  gələn  bir  dostumu  görüb 
soruşdum: "Vəziyyət necədir?" 
–  İndi  Kumeyl  batalyonunun  rabitəçisi  əlaqə  saxladı. 
Hacı  Himmət  danışıb  dedi  ki,  ratsiyanın  şarjı  bitmək 
üzrədir. Uşaqların çoxu şəhid olub. Bizim üçün dua edin, 
imama salamımızı çatdırın və deyin ki, biz son ana qədər 
müqavimət göstərdik. 
Sınıq və narahat qəlblə dedim: "Bizim vəzifəmiz nədir? 
Biz nə etməliyik?" 
–  Allaha  təvəkkül!  Get  hazırlaş,  bu  axşam  əməliyyatın 
növbəti mərhələsi başlayır. 
Qürub  çağı  idi.  Ordunun  artilleriyası  çox  diqqətlə 
düşmən istehkamlarına atəş açırdı. 
Hənzələ  batalyonu  və  digər  bir  neçə  batalyon  yola 
düşdü.  Onlar  Kumeyl  kanalının  yaxınlığına  qədər 
irəlilədilər, hətta maneələri aşıb üçüncü kanala da çatdılar, 
amma düşmən atəşinin güclü olduğuna görə mühasirədəki 
uşaqların  yalnız  kiçik  bir  qismi  gecənin  qaranlığında 
kanaldan çıxıb geri qayıda bildi. 
Bu hücum da uğursuz oldu. Biz sübh namazından öncə 
öz  istehkamımıza  qayıtdıq.  Hənzələ  batalyonunun  əksər 
döyüşçüləri  isə  sərhəd  kanallarda  qaldılar.  Bu  hücumda 
uşaqların  sərrast  atəşi  ilə  düşmənin  bir  çox  zirehli 
texnikası məhv edildi. 
1983-cü ilin  10 fevralı idi.  Hələ kanalın içindən  seyrək 
atəş səsləri gəlirdi. 
Bu  onu  göstərirdi  ki,  kanalın  içindəki  uşaqlar  hələ 
müqavimət  göstərirlər.  Lakin  dörd  gündən  sonra  hansı 
imkanlarla  müqavimət  göstərdiklərini  anlamaq  olmurdu. 
Günbatan çağı əməliyyatın bitdiyi elan olundu, bütün şəxsi 
heyət geri qayıtdı. 


 
 
202 
Bir gün öncə kanaldan çıxan uşaqların birini gördüm. O 
deyirdi: "Bilmirsən nə vəziyyətdə idik; nə yemək vardı, nə 
su. Sursatımız çox az, kanalların ətrafı isə minalarla dolu 
idi.  Biz  hər  neçə  dəqiqədən  bir  güllə  atırdıq  ki,  hələ  sağ 
olduğumuzu  bilsinlər.  İraqlılar  tez-tez  mikrofonla  elan 
edirdilər ki, təslim olun". 
Günəşin  qürub  anları  çox  kədərli  idi.  Hündür  bir  yerə 
çıxıb durbinlə baxırdım. Kanalın ətrafında hələ pərakəndə 
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin