partlayışlar görünürdü. Səmimi dostum İbrahim orada idi
və mənim əlimdən heç bir iş gəlmirdi.
Həmin gecə bir qədər istirahət etdim və ertəsi gün
yenidən mövqeyə qayıtdım.
İraqlılar 11 fevral gününə çox həssas idilər.
1
Həmin
gün onların atəşlərinin həcmi olduqca çoxaldı. Birinci
istehkamlarımız da boşaldıldı və biz geri çəkildik.
Öz-özümə dedim: Bəlkə İraq tərəfi irəliləmək istəyir?
Amma çətin! Çünki düzdükləri maneələr onların
irəliləməsinə də imkan verməz.
Axşamüstü atəş azaldı. Durbini götürüb kanalın
ətrafının nisbətən yaxşı göründüyü bir yerə çıxdım.
Gördüklərim inanılmaz idi. Kanaldan qatı tüstü qalxırdı və
tez-tez partlayış səsi gəlirdi.
Tez kəşfiyyatçı uşaqların yanına gedib dedim: "Düşmən
kanalın işini bitirir". Onlar da durbinlə baxdılar.
Gördükləri yalnız alov və tüstü idi.
Mən hələ ümidvar idim. Öz-özümə dedim: İbrahim
bundan da ağır vəziyyətlərdən çıxıb. Lakin onun
əməliyyatdan öncəki sözlərini xatırlayanda məyus oldum.
1
11 fevral İran İslam İnqilabının qələbə çaldığı gündür.