204
suyu bölürdü, yaralılarla məşğul olurdu. O, yorğunluğun
nə olduğunu bilmirdi".
– Məgər batalyon komandirləri və müavinləri şəhid
olmadılar?! Bəs siz kimdən danışırsınız?
– Bir cavan oğlan idi, tanımırdım. Saçı qısa idi, əynində
kürd şalvarı vardı.
O birisi dilləndi: "Birinci gün də boynuna ərəb çəfiyəsi
dolamışdı. Qəşəng səsi də vardı. Rövzə oxuyub bizi
ruhlandırırdı".
Ruhum bədənimdən çıxmaq üzrə idi. Boğazım qurudu.
Bunlar İbrahimin xüsusiyyətləri idi.
Nigaran halda oturub əlini tutdum və təəccüblə dedim:
"Ağa İbrahimi
deyirsən, düzdür? İndi haradadır?"
– Hə, deyəsən qədim uşaqların bir-ikisi onu ağa İbrahim
çağırırdı.
Yenidən ucadan soruşdum: "İndi haradadır?"
O birisi dilləndi: "Düşmənin atəş açdığı son ana qədər
sağ idi. Bizə dedi ki, düşmən öz qüvvələrini geri çəkdi,
yəqin raketlə vuracaq. Əgər halınız varsa, nə qədər ki
sakitlikdir, qaçın". Özü yaralıların yanına getdi, bizsə geri
qayıtdıq".
Başqa birisi dedi: "Mən gördüm, onu vurdular. İlk
Dostları ilə paylaş: