partlayışlarda yerə yıxıldı".
Bədənimin bütün taqəti çəkildi və gözlərimdən yaş
axmağa başladı. Çiyinlərim dayanmadan tərpənirdi. Daha
özümü ələ ala bilmədim, başımı torpağa qoyub
ağlayırdım. İbrahimlə bağlı bütün xatirələrim gözlərim
önündə canlandı; zorxana meydançasından Gilanqərbə
qədər...
Kəskin barıt qoxusu ilə partlayış səsi bir-birinə
qarışmışdı. İstehkamın yuxarısına qalxdım, kanala tərəf
getmək istəyirdim. Uşaqların biri önümdə dayanıb dedi:
205
"Nə edirsən?! Sənin getməyinlə İbrahim qayıtmayacaq ki.
Gör necə atəş yağır!"
Həmin gecə hamımızı Fəkkədən geri çəkdilər. Bütün
uşaqlar mənim günümdə idi. Çoxları dostlarını orada
qoymuşdular. Biz Dokuhəyə girəndə Hacı Sadiq
Ahəngəranın səsi gəlirdi:
Ey səfərdən qayıdanlar!
Hanı şəhidləriniz? Hanı şəhidləriniz?
Uşaqlar ucadan ağlamağa başladılar. İbrahimin şəhid
olması və cəsədinin itkin düşməsi çox tez bir zamanda hər
tərəfə yayıldı.
Oğlu ilə cəbhədə olan bir döyüşçü yanıma gəlib narahat
halda dedi: "Hamımız İbrahimdən ötrü kədərliyik. Allaha
and olsun, əgər oğlum şəhid olsaydı, bu qədər narahat
olmazdım. Heç kim bilmir ki, İbrahim necə böyük insan
idi”.
Ertəsi gün diviziyanın bütün uşaqlarına məzuniyyət
verdilər və biz Tehrana getdik. İbrahimin şəhadət xəbərini
verməyə heç kim cəsarət etmirdi. Bir neçə gündən sonra
isə itkin düşməsi xəbəri hər yerə yayıldı.
|