Əsirlik Əmir Məncər İbrahimin itkin düşməsindən bir həftə ötdü. Günortadan
qabaq məscidə gəldim. Cəfər Cəngru da orada idi. Çox
narahat və kədərli idi. Heç kim bu xəbərə inanmırdı.
Mustafa da gəldi və İbrahim haqda danışmağa başladıq.
Birdən Məhəmməd ağa Təraşkar yaxınlaşıb hər şeydən
xəbərsiz halda dedi: "Uşaqlar, siz İbrahim Hadi adlı birini
tanıyırsınız?"
Hamımız susub təəccüblə bir-birimizə baxdıq. Sonra
yaxınlaşıb soruşduq: "Nə olub?"
Yazıq çox qorxdu.
– Heç nə. Mənim qaynım bir neçə aydır itkin düşüb.
Mən hər gecə saat 12-də Bağdad radiosunu dinləyirəm.
İraqlılar əsirlərin adlarını o vaxt elan edirlər. Bu axşam
qulaq asanda birdən aparıcı verilişi dayandırdı və musiqi
yayımladılar. Sonra da sevinclə belə bir elan verildi: "Qərb
cəbhəsindəki iranlı komandirlərdən olan İbrahim Hadi əsir
tutulub".
Sevincimdən qanad çalıb uçmağa qaldım. İbrahimin sağ
olduğuna hamımız çox sevindik.
Tez o biri uşaqların yanına getdim və Hacı Əli Sadiqi
Qırmızı xaç cəmiyyətinə məktub yazdı.
Rza Huryar ağa İbrahimgilə gedib qardaşına xəbər
verdi. İbrahimin sağ olduğuna bütün uşaqlar sevindilər.
***
Bir müddətdən sonra Qırmızı xaç cəmiyyətindən cavab
gəldi. Cavabda deyilirdi: "Mən İbrahim Hadi İsfahanın
Nəcəfabad rayonundan ezam olunmuşam, 15 yaşım var.
İraqlılar kimi siz də məni ölkənin qərbindəki
komandirlərdən biri ilə səhv salmısınız".
211
Buna baxmayaraq, bir çox dostlar əsirlər azad olunana
qədər İbrahimin qayıdacağını gözləyirdilər.
Heyətdə İbrahimin adı çəkiləndə uşaqlar hər dəfə həzrət
Zəhra (ə) rövzəsi oxuyub ucadan ağlayırdılar.