Mərc oyunu
Mehdi Fəridvənd, Səid Saleh
Deyəsən, 1975-ci il idi. Bir cümə səhəri voleybol
oynayırdıq. Tanımadığımız üç nəfər bizə yaxınlaşıb dedi:
"Biz Tehranın qərbindənik. İbrahim kimdir?"
Onlar təklif etdilər ki, adambaşına iki yüz tüməndən
oynayaq. Bir neçə dəqiqədən sonra oyun başladı. İbrahim
tək idi, onlar üç nəfər. Lakin İbrahim uddu.
Həmin gün şəhərin cənub məhəllələrindən birinə gedib
700 tüməndən mərc gəldik. Yaxşı oyun oldu və çox tez
udduq. Pulu alanda İbrahim başa düşdü ki, onlar bir-
birindən borc alırlar. Birdən dilləndi: "Biri gəlib təkbaşına
mənimlə oynasın. Udsa, pul almayacağıq”.
Biri yaxınlaşdı və oyun başlandı. İbrahim çox zəif
oynadı və rəqibi qalib gəldi.
Hamısı oradan sevinclə ayrıldı. Mənsə çox hirsləndim.
- Ağa İbrahim, niyə belə oynadın?
Təəccüblə baxdı.
- İstədim ki, pərt olmasınlar. Ümumilikdə ciblərində
100 tümən pul yox idi.
Bir həftədən sonra Tehranın qərbindən olan uşaqlar
əlavə iki nəfərlə gəldilər. Onlar 500 tüməndən mərc
gəldilər. İbrahim şalvarının balağını qatladı, ayaqqabısını
çıxarıb oynamağa başladı. Topa elə zərbə vururdu ki, heç
kim götürə bilmirdi. İbrahim həmin gün də böyük fərqlə
qalib gəldi.
Axşam İbrahimlə birgə məscidə getdik. Namazdan
sonra Hacı ağa şəriət hökmlərindən danışarkən oyunda
mərcdən və haram puldan söhbət etdi, Peyğəmbərdən belə
25
bir hədis söylədi: "Haram yolla pul əldə edən adam onu
batil yolda və ağır hadisələrdə xərcləyər".
1
Sonra isə Peyğəmbərdən bu hədisi söylədi: "Haram tikə
yeyənin qırx gecə namazı və qırx gün duası qəbul olmaz".
2
İbrahim təəccüblə dinləyirdi. Sonra birlikdə hacı ağanın
yanına getdik. O dedi: "Mən bu gün voleybolda 500 tümən
udmuşam". Sonra hadisəni danışıb əlavə etdi: "Əlbəttə,
pulu kasıb bir ailəyə bağışladım".
Hacı ağa dedi: "Bundan sonra ehtiyatlı ol; idman elə,
amma mərc oyunu oynama".
Növbəti həftə həmin adamlar yenə gəldilər. Bu dəfə
daha bir neçə güclü oyunçu gətirmişdilər və 1000
tüməndən oynamaq istəyirdilər. İbrahim onlara dedi: "Mən
oynayıram, amma mərclə yox". Onlar İbrahimi mərcə
təhrik etməkdən ötrü masqaraya başladılar: "Qorxur, bilir
ki, uduzacaq". Başqa birisi dedi: "Pulu yoxdur..."
İbrahim onlara dedi: "Mərc oyunu haramdır. Mən
bilsəydim, öncəki həftələrdə də sizinlə oynamazdım. Sizin
pullarınızı da yoxsula verdim. İstəyirsinizsə, mərcsiz
oynayaq".
Çoxlu danışıqdan və masqaradan sonra oyun baş
tutmadı.
***
Bir dostu deyir: "İbrahim bizə çox deyirdi ki, mərc
oyunu oynamayaq. Lakin bir dəfə Naziabad məhəlləsinin
uşaqları ilə oynayıb çoxlu uduzduq. Oyunun sonlarında
İbrahim gəldi. Mərc etdiyimizə görə bizə çox hirsləndi.
1
"Əl-Məvaiz əl-ədədiyyə", s. 25.
2
"Əl-Hikəm əl-zahirə", c. 1, s. 317.
26
Digər tərəfdən, uduzduğumuzu vermək üçün o qədər
pulumuz yox idi. Oyun bitəndə İbrahim yaxınlaşıb topu
götürdü və dedi: "Təkbətək oynayan var?"
Naziabad uşaqlarının arasında milli komandanın bir
oyunçusu vardı. Xüsusi qürurla qarşıya çıxıb dedi:
"Neçəyə?"
– Əgər uduzsan, bu uşaqlardan pul almayacaqsan.
O da qəbul etdi. İbrahim o qədər yaxşı oynadı ki,
hamımız məəttəl qaldıq. O, böyük fərqlə rəqibini məğlub
etdi, amma sonra bizi çox danladı”.
***
İbrahim voleyboldan əlavə bir çox idman sahələrində də
mahir idi. Alpinistlikdə peşəkar idi. İnqilabdan təxminən
üç il öncədən inqilaba qədər hər cümə günü səhərlər
zorxana uşaqlarından bir neçəsi ilə birgə Təcrişə gedirdi.
Sübh namazını İmamzadə Saleh məqbərəsində qılıb qaça-
qaça dağa çıxırdılar. Orada səhər yeməyi yeyib
qayıdırdılar.
Yadımdadır, İbrahim güləşə hazırlaşır və ayaqlarını
gücləndirirdi. O, Dərbənd meydanından uşaqların birini
çiyninə atıb əkiz şəlalələrin yanına qədər apardı.
Dərbənd və Küləkçal bölgəsindəki bu alpinistlik
inqilabın qələbəsinə qədər davam etdi.
İbrahim futbolu da çox yaxşı oynayırdı. Stolüstü
tennisdə də usta idi; ikiəlli oynayırdı və heç kim qarşısına
çıxa bilmirdi.
|