Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə80/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   76   77   78   79   80   81   82   83   ...   86
Salam-olsun-İbrahimə-1

Salam olsun İbrahimə! 
Ağa İbrahim üçün bir iş görmək qərarına gələndə bütün 
səyimizi  topladıq  ki,  Allahın  köməyi  ilə  ən  yaxşı  iş 
görülmüş  olsun.  Hərçənd,  bilirik  ki,  bu  kitab  ağa 
İbrahimin  kamal  dəryasından  bir  damlanı  da  təsvir 
etməyib. 
Məni özünün bu pak və ixlaslı bəndəsi ilə tanış etdiyinə 
görə  elə  əvvəldən  Allaha  şükür  etdim.  Həmçinin  bu  iş 
üçün məni seçdiyinə görə də Allaha şükür etdim. Mən bu 
müddətdə öz həyatımda böyük dəyişikliklər hiss etdim. 
Təxminən iki ilə yaxın çalışdım, altmış müsahibə aldım, 
bir  neçə  dəfə  səfərə  çıxdım,  dəfələrlə  mətn  hazırladım... 
Bu  kitaba  İbrahimin  hal  və  ruhiyyəsinə  uyğun  bir  ad 
tapmaq  istəyirdim.  Hacı  Hüseyni  görüb  soruşdum:  "Bu 
kitaba hansı adı təklif edirsiniz?" 
O dedi: "Azan. Çünki  cəbhə uşaqlarının çoxu  İbrahimi 
gözəl azanları ilə tanıyırdı". 
Dostların  biri  Şəhid  İbrahim  Hisaminin  sözünü  dedi. 
Hisami İbrahimə belə deyibmiş: "Pəhləvan arif". 
Kitabın  adını  Azan  möcüzəsi  qoymağı  düşünürdüm. 
Axşam  idi.  Stolun  üstündəki  Quran  diqqətimi  cəlb  etdi. 
Quranı götürüb ürəyimdə dedim: "İlahi! Bu iş sənin saleh 
və  itkin  bəndən  üçün  görülüb.  Onun  adı  barədə  Quranın 
fikrini bilmək istəyirəm". 
Sonra  Allahıma  dedim:  "Buraya  qədər  hər  şey  Sənin 
lütfünlə  baş  verib.  Mən  nə  İbrahimi  görmüşdüm,  nə  də 
cəbhəyə  getməyə  yaşım  düşürdü.  Lakin  öz  məhəbbətini 
bizə  şamil  etdin  və  bu  kitab  ərsəyə  gəldi.  İlahi!  Mən  nə 
istixarə bilirəm, nə də ayələrin mənasından düzgün çıxarış 
edə bilirəm". 


 
 
222 
Sonra  “Bismillah”  dedim,  Həmd  surəsini  oxuyub 
Quranı  açdım.  Səhifənin  yuxarısındakı  ayələri  görəndə 
mənə  istilik  gəldi  və  ixtiyarsız  olaraq  gözlərimdən  yaş 
axdı.  Səhifənin  başında  Saffat  surəsinin  109-cu  ayəsi 
görünürdü:  “İbrahimə  salam  olsun!  Həqiqətən,  Biz  yaxşı 
əməl  sahiblərini  belə  mükafatlandırırıq!  Şübhəsiz  ki,  o 
Bizim mömin bəndələrimizdən idi!”
1
  
                                                 
1
 Saffat, 109-111. 


 
 
223 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin