Haraya gedirsiniz?
Xanım Rəsuli və digərləri
Müqəddəs müdafiə dövründə yoldaşımla birgə cəbhəyə
yollandıq. Yoldaşım Şəhid Əndərzqu dəstəsində
vuruşurdu, mən də Gilanqərb xəstəxanasında çalışırdım.
İbrahim Hadini ilk dəfə orada gördüm. Bir neçə şəhid
cənazəsini xəstəxanaya gətirəndə bizə dedi ki, xanımlar
yaxınlaşmasınlar, cəsədlər parçalanıb, onları toplamalıyıq.
Sonralar bir neçə dəfə onun mənəvi səsini eşitdim. Çox
gözəl səsi vardı. Dua oxumağa başlayanda hamının halı
dəyişirdi.
Bəsic üzvləri İbrahimi çox sevirdilər və ətrafı həmişə
döyüşçülərlə dolu olurdu.
1982-ci ilin əvvəllərində onlar cənuba getdilər, mən də
Tehrana qayıtdım.
Bir neçə ildən sonra 17 Şəhrivər xiyabanından keçəndə
birdən divarda ağa İbrahimin rəsmini gördüm. Mən onun
şəhid olduğunu və itkin düşdüyünü bilmirdim. O
zamandan etibarən hər cümə axşamı onun və digər
şəhidlərin niyyəti ilə iki rəkət namaz qılıram.
2009-cu ilin fitnələri zamanı bir axşam qəribə bir hadisə
baş verdi. Yuxuda gördüm ki, ağa İbrahim çox nurlu
simada yaşıl bir təpənin başında dayanıb, arxasında da
gözəl ağaclar var. Onun mənim də tanıdığım dostlarından
ikisi isə təpənin aşağısında bir bataqlıqda çapalayırdılar.
Onlar harasa getmək istəyirdilər, amma nə qədər əl-ayaq
vururdularsa, bataqlığa daha çox batırdılar. İbrahim üzünü
onlara tutub qışqırdı və bu ayəni oxudu: "Haraya
gedirsiniz?" Onlar isə fikir vermədilər.
226
Ertəsi gün bu haqda çox fikirləşdim. Oğlum
universitetdən qayıdanda sevincək yanıma gəlib dedi:
"Ana, sənə bir hədiyyə almışam".
Sonra əlindəki kitabı göstərib dedi: "Şəhid İbrahim
Hadinin kitabı çap olub".
Kitabın üzündəki şəkli görən kimi yerimdə donub
qaldım. Oğlum qorxdu.
– Ana, nə olub? Mən elə bilirdim sevinəcəksən.
Yaxınlaşıb kitabı aldım. Yuxuda eynilə kitabın
üzərindəki şəkli, İbrahimi məhz o vəziyyətdə görmüşdüm.
Sonra kitabı oxumağa başladım. Yuxumun doğru
olduğunu bilib yoldaşım vasitəsilə həmin illərin Bəsic
üzvlərindən birinə zəng vurduq və yuxuda gördüyüm iki
nəfərin vəziyyətini soruşduq.
Araşdırmalardan sonra öyrəndim ki, həmin iki nəfər
cəbhədə
vuruşmalarına
və
bütün
əziyyətlərinə
baxmayaraq,
fitnə başçılarını dəstəkləyib, inqilab
rəhbərinə qarşı çıxmışlar.
Yuxu şəriət baxımından höccət olmasa da, onlarla əlaqə
saxlayıb yuxumu danışmağı özümə borc bildim. Allaha
şükür ki, həmin yuxu təsirli oldu. İbrahim növbəti dəfə
dostlarının hidayətinə səbəb oldu.
|