228
deyin ki, son ana qədər, nə qədər ki nəfəsim gəlir, İslama
və inqilaba xidmət edəcəyəm. Əgər Allah istəsə və
qiymətimiz beş olsa, onda şəhid olarıq. Lakin nə qədər ki
bədənimizdə qüvvə var, İslam yolunda mübarizə
aparmalıyıq”.
O həmçinin deyirdi: "Bu bədənlə
o qədər işləməli, Allah
yolunda elə çalışmalıyıq ki, Özü məsləhət biləndə
kağızımızı imzalasın və şəhid olaq. Lakin şəhid olmaq
səadətinin pis rəftarla, pis bir işlə alınması da
mümkündür”.
***
İbrahimin şəhadətindən illər ötdü. Onun yoxluğunun
bizim ailəyə nə yaşatdığını heç kəs təsəvvür edə bilməz.
Anamız İbrahimin dərdindən yatağa düşdü.
Nəhayət, eşitdim ki, 2011-ci ildə İbrahimə Behişti-
Zəhradakı (ə) naməlum şəhid qəbirlərinin birinin üstündə
xatirə daşı qoyulacaq.
İbrahim naməlum, tanınmaz qalmağı sevirdi. İndi isə
naməlum bir şəhidin qəbri üstündə ona məzar daşı
qoyulacaq, əslində, naməlum şəhidlərin biri İbrahimin
vasitəsilə uca tutulacaqdı.
İlk dəfə İbrahimin baş daşı önündə dayananda birdən
bütün vücudum titrədi, rəngim qaçdı və təəccüblə ətrafa
baxdım.
Qohumlarımızdan bir neçəsi də eyni vəziyyətə düşdülər.
Otuz il öncə orada baş vermiş bir hadisə yadımıza düşdü.
Xürrəmşəhrin azadlığı üçün keçirilən əməliyyatda
anamın əmisi oğlu Şəhid Həsən Siracian şəhadətə
qovuşdu. O zaman İbrahim yaralı idi və əsa ilə gəzirdi,
ancaq onun şəhid olduğunu bilib Behişti-Zəhraya (ə) gəldi.
Həsəni dəfn edəndə yaxınlaşıb dedi: "Xoş halına,
Həsən! Necə yaxşı yerdəsən! 26-cı sırada və əsas