Son söz
Ağa İbrahimin kitabının nəşrindən yeddi il ötür. “Salam
olsun İbrahimə” kitabı 2010-2017-ci illərdə 120 dəfədən
artıq çap olunub.
Heç bir dövlət və media dəstəyi olmadan kitabın 700
min nüsxəsinin satılacağına özümüz də inanmazdıq. Bu
müddətdə İbrahimin yeni dostları tərəfindən minlərlə
zəng, mesaj və elektron məktub qəbul etdik.
Hamı bu əziz şəhidin vasitəsi ilə Allahın göstərdiyi
lütfdən danışırdı; Şəhid Hadiyə təvəssüllə Yəzd
vilayətində bir xərçəng xəstəsinin şəfa tapmasından
tutmuş, təsadüfən bu şəhidlə tanış olub bütün həyatını
dəyişmiş avara bir tələbəyə qədər.
Bir gənc elçilik üçün bir neçə yerə getmiş, amma nəticə
əldə edə bilməmişdi. O, Allahı Şəhid Hadiyə and verib bir
də elçiliyə gedir, getdiyi evdə Şəhid Hadinin rəsmini görür
və təsadüfən, həmin ailə də Şəhid Hadiyə təvəssül edibmiş
ki...
Çoxlu gənclər İbrahimə eşqlə zorxana idmanına
yollandılar və bütün işlərini Allahın razılığından ötrü
görməyə başladılar.
Bu illərdə bir gün də onu xatırlamadan yaşamadıq.
Bizim bütün həyatımız ona bağlandı. İbrahim elə bir yol
açdı ki, onun adını daşıyan mərkəz tərəfindən Allahın
lüftü ilə altmışdan artıq kitab çap olundu.
Onun bizə göstərdiyi yolla İslam cəmiyyətinə ölkəmizin
müxtəlif yerlərindən onlarla adsız-nişansız şəhid
tanıtdırıldı. O kitabların çoxu onlarla dəfə çap olub
yayıldı.
İlk gündə belə olacağını düşünməzdik, amma bizim
ixlas və bəndəlik timsalı olan əziz İbrahimimiz əməli
231
əxlaq nümunəsi kimi hətta digər ölkə və xalqlara da yol
göstərdi. Kəşmirdən gəlib kitabın tərcüməsinə icazə
istədilər, Hindistan və Pakistanda nəşr etdirdilər. Onlar
İbrahimin həmin bölgənin müsəlmanlarına ən yaxşı əməli
örnək olduğunu deyirdilər. Bu iş 2014-cü ilin fevralında
baş tutdu. Ondan sonra xaricdə yaşayan digər dostlar onun
alman və ərəbcəyə tərcüməsinə icazə istədilər. Allaha
şükür ki, bu iş də 2015-ci ildə ərsəyə gəldi. Onu ərəbcəyə
livanlı dostlar çap edib Suriya, İraq və Livanda yaydılar.
Sonra da ingilis və ruscaya tərcüməsi başlandı.
Biz ilk gündə mərhum Şeyx Hüseyn Zahidinin sözlərini
anlamaq üçün İbrahimin həyatı ilə maraqlanmışdıq.
Allahın köməyi ilə şeyxin sözünün doğruluğu sübuta
yetdi.
İbrahim düzgün həyat yolunu öyrənmək istəyən bütün
insanlara əməli əxlaq nümunəsidir.
|