Salam olsun İbrahimə



Yüklə 0,98 Mb.
səhifə24/68
tarix10.01.2022
ölçüsü0,98 Mb.
#108171
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   68

Seyidlərə hörmət

Seyid Kamal Sadat Şəkərabi


Bir məhəllədə yaşayırdıq. Atam qədim məddahlardan idi və İbrahim Hadinin atası Məşhədi Hüseynlə qədimdən dost idi.

İbrahimin qardaşı mərhum Əsğər ağa da mənim qardaşımla dost idi və həmişə bir yerdə idilər. Mənim bu ailə ilə tanışlığım belə başlandı.

Bir gün ağa İbrahim bizə gələndə hamının önündə ikiqat əyilib atamın əlini öpdü. Mən təəccübləndim. O, güləş çempionu idi, bütün məhəllə onu tanıyırdı. Ağa İbrahim dedi: "Siz seyidlər həzrət Zəhranın (ə) övladlarısınız, sizə hörmət etmək vacibdir".

Get-gəllər yavaş-yavaş çoxaldı. Bir gün atam İbrahimə dedi: "Mənim bu oğlumu da zorxanaya apar".

İbrahimin tövsiyəsi ilə həmin axşam atamla birgə Hacı Həsənin zorxanasına getdik. Ondan sonra o mənəvi mühitin idmançılarından birinə çevrildim.

İbrahim mənimlə elə təvazökarlıqla rəftar edirdi ki, xəcalət çəkirdim. Hər dəfə içəri girəndə ayağa qalxıb deyirdi: "Seyidlərin salamatlığı üçün salavat!" Sonra da mən girmədən meydançaya girməzdi.

Zorxananın mürşidi də ucadan "seyidlərin cəddinə salavat" – deyirdi və bundan sonra idmana başlayırdıq.

İbrahimin rəftarına görə seyid olmağımla fəxr etməyə başladım. Onun xarakterləri və davranış tərzi mənə və bir çox idmançıya təsir edirdi. Hamı onu çox istəyirdi. Hər yerdə İbrahimin pəhləvan ruhiyyəsindən söhbət gedirdi.

Orada Abbas ağa adlı bir adam vardı, mərhum Teyyubun nişan çəkəni olmuşdu. O da İbrahimə çox hörmət edirdi.

O günlərdə haraya gedirdiksə, İbrahim məni pul xərcləməyə qoymur və deyirdi: "Seyid övladına xidmət etməyə də ləyaqət lazımdır".

Nəhayət, inqilab qələbə çaldı və sonra müharibə başlandı. Mən onu gec-gec görürdüm. Cəbhədən gələndə də daim fəaliyyətdə idi.

Bir dəfə Fəth komitəsi məhəlləsində onu gördüm, oturub söhbətləşdik. İnqilabın və quruluşun gələcəyinə görə narahat idi.

Maraqlı fikirləri vardı, ictimai və siyasi məsələlərdə çox püxtələşdiyi hiss olunurdu. O zaman mən də pasdar idim, ancaq siyasi məsələləri onun qədər bilmirdim.

O, inqilabın problemlərini çox yaxşı təhlil edir, düşmənlərin xalqın inqilabi ruhiyyəsini sıradan çıxarmalarından qorxurdu.

İbrahim fəqih rəhbərin yalnız qalacağından da nigaran idi. Digər tərəfdən bəzi inqilabçıların hərəkətlərindən və bəzi radikallıqlardan narahat olurdu.

Yaxşı yadımdadır, belə deyirdi: "Düşmən ən mühüm məsələləri xalqın gözündə dəyişdirməyə və xalqı laqeyd etməyə çalışır. Belə olsa, inqilab daxildən məhv olar".

Müharibənin birinci ilində, ramazan ayının 23-cü gecəsində birlikdə əhya mərasiminə getdik. Yolda məhəllənin bir çox uşaqlarını gördük, futbol oynayırdılar. Hamısı İbrahimə hörmətlə salam verdi. Keçəndən sonra mənə dedi: "Seyid can, gör gənclərin başı necə qarışıb. Axı ramazan ayının 23-cü gecəsində futbol oynayarlar?! Bunlar İslamın və inqilabın gələcəyidirlər, Qədr gecəsi oyun oynamamalı, nə etdiklərini bilməlidirlər".

Sonra narahat halda əlavə etdi: "İnqilabdan bir neçə il keçir, hələ gəncləri yaxşı yönləndirə bilməmişik. Qorxuram elə bir gün gələr ki, inqilabın və İslamın yalnız adı qalar".

Sonra da dedi: "Allah bizim aqibətimizi xeyirli eləsin!"

Bir müddətdən sonra yarası sağaldı və cəbhəyə hazırlaşdı. Siması çox nurani olmuşdu. Ona dedim: "Ağa İbrahim, Allah eləməmiş, şəhid olsan, hamımız yetim qalarıq".

Gülümsəyib dedi: "Bu nə sözdür?! Ümidin Allaha olsun, hamımız gedəsiyik. Sən Zəhra balasısan, Allah yanında hörmətin var. Allahı ananın haqqına and ver ki, inqilaba və imama kömək etsin. Özün də bu inqilab üçün bacardığın qədər çalış".

Həmin ilin sonlarında şəhadət xəbəri yayıldı. Yalnız mən yox, onun bütün dostları yetim qaldı. Növbəti ildə zorxana bağlandı. Hacı Həsən deyirdi: "İbrahimsiz buranın səfası yoxdur".



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin