Salam olsun İbrahimə



Yüklə 0,98 Mb.
səhifə30/68
tarix10.01.2022
ölçüsü0,98 Mb.
#108171
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   68

Nəzarətçi

Hüseyn Qəffari


Sinif yoldaşlarımla birgə Tehrandan cəbhəyə yollandım. Gilanqərb cəbhəsinə gedib bir neçə ay qaldıq və Allahın lütfü ilə orada xalis bəndələrdən biri ilə tanış oldum.

Mən rabitəçi idim. O günlərdə İbrahimlə dəfələrlə tapşırığa getdim. O, sadə bir Bəsic üzvü kimi bizimlə deyib-gülürdü, döyüş zamanı isə necə məharətli olduğu üzə çıxırdı.

Mən Gilanqərb düşərgəsində bölgənin vəziyyətinə uyğun olaraq uzunqulaqlar gördüm. Qərb bölgəsi düzənlik idi və uzunqulaq çox işə yarayırdı.

İbrahim silah-sursatı və ərzağı uzunqulağın belinə yükləyib gedirdi. Raket səsi gələndə uzunqulaqlar qəlpələrdən qorunmaq üçün dərhal yerə otururdular.

Həmin günlərdən mənim yadımda gözəl xatirələr qalıb.

Bir gecə yenə rabitəçisi kimi kəşfiyyat qrupunun tərkibində düşmən mövqelərinə doğru yola düşdüm. İbrahimlə bir dostu üzərinə 106 mm. kalibrli top bərkidilmiş bir SUV avtomobilini itələyə-itələyə düşmənin qarşısında məxfi bir yerə apardılar. Yeri öncədən seçmişdilər. Düşmən səngərləri bizim qarşımızda idi.

Bir saatdan sonra öncədən öyrənilmiş düşmən səngərləri həmin top vasitəsilə bir-bir məhv edildi. Hava işıqlanmadan həmin avtomobili işə salıb tez geri qayıtdıq. Düşmən oraya güclü atəş yağdırırdı.

***


Müharibənin ilk günlərindən düşmən mövqelərinin yaxınlığında yarısı yanmış bir avtomobil qalmışdı. İbrahim gecə ikən özünü həmin avtomobilə çatdırıb içində gizləndi.

Mən öz mövqelərimizdə ratsiya ilə dayanmışdım və uzaqdan İbrahimlə əlaqə saxlayırdım.

Hava işıqlanandan sonra o, durbinlə baxıb düşmən mövqelərinin koordinatlarını verirdi. Mən koordinatları artilleriyaya ötürürdüm və onlar vururdular.

Düşmən, səngərlərinin bir-bir dəqiq hədəf seçilməsinə təəccüblənmişdi. Buna görə də, haraya gəldi atəş yağdırmağa başladılar. Axşamüstü yanmış maşının yanında bir top mərmisi partladı və İbrahimlə ratsiya əlaqəsi kəsildi. Nigaran qaldım. Hava qaralanda həyəcanım daha da çoxaldı.

Birdən İbrahimin yavaş-yavaş bizə doğru gəldiyini gördüm. Ona bir neçə qəlpə dəymişdi. Yaşadığına çox sevindim. Onu tez xəstəxanaya apardıq. Həmin gün düşmənə ağır zərbə vuruldu.

***


Mən 1982-ci ilin yayına qədər Gilanqərbdə qaldım, sonra cənuba Kumeyl batalyonuna getdim. Vəlfəcr-hazırlıq əməliyyatı gecəsi batalyonla yola düşdük. İbrahimin də kəşfiyyatçı kimi bizim batalyona qoşulduğunu bilmirdim.

Biz üçüncü bölükdə idik. Gecə qaranlıqda kanallara qədər irəlilədik. Vəziyyət çox pisləşdi. Münafiqlərin xəyanəti nəticəsində əməliyyatın üstü açılmışdı.

Döyüşçülər kanallarda sıxışdılar və irəliləyə bilmədilər. Mən bəzi döyüşçülərlə birgə çıxış yolu tapmaq ümidi ilə irəlilədim, amma təəssüf ki, mühasirəyə düşdük və düşmən tərəfindən əsir tutulduq.

Əsirlikdə Kumeyl batalyonundan olub bizdən sonra düşmənin əlinə keçən digər dostlarla söhbətləşirdik. Onlar İbrahim Hadinin Kumeyl kanalındakı qəhrəmanlıqlarından ağız dolusu danışırdılar. O bizim batalyonla gəlmişdi, mənsə onu görə bilməmişdim. Növbəti ildə başqa əməliyyatlar baş tutdu və dostlarımızdan başqa bir neçəsi də əsir düşdü.

Əsirlik axşamlarında yenə İbrahimdən söz düşdü. Düşərgəyə yeni gəlmiş əsirlərin biri Vəlfəcr-hazırlıq əməliyyatının son günləri, kanalın mühasirəsi və İbrahimin itkin düşməsi haqda danışdı. Bunu eşidəndə sanki ürəyimizin yarası açıldı.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin